Məhkəmə qərarları › İş №2(029)-817/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-817/2020

12.11.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-817/2020 12.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlunun iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olmuş və yaşamış oğluX5ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun xx.xx.1991-ci il təvəllüdlü övladı X7 xx.xx.2011-ci il tarixdən Qusar Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə axtarışa elan olunmuşdur. Daha sonra oğlu Elmin Ağamirov xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasının ərazisinə keçmiş, xx.xx.2014-cü il tarixdə X4 şəhərindən aviareyslə Türkiyə Respublikasına getmişdir. Daha sonra isə o, Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuş və 2015-ci ilin yay aylarında döyüşlərdə həlak olmuşdur. X2 Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlarda həlak olması ərizəyə əlavə edilmiş sənədlərlə, o cümlədən Qusar RPŞ-nin müvafiq arayışı ilə təsdiq olunur. Ona görə də, hesab edir ki, oğlu Elmin Ağamirov ölmüş elan edilməlidir. Oğlunun ölmüş elan edilməsi onun adına ölüm haqqında şəhadətnamənin alınması, daha sonra isə vərəsəliyinmüəyyən edilməsi, həmçinin digər mülki-hüquqi əməliyyatların həyata keçirilməsi məqsədi ilə lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərilən halları təsdiq edərək xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olmuş və yaşamış oğluX5ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlud oğlu göstərmişdir ki, xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olmuş və yaşamış X5ölümü haqqında vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydiyyat yoxdur və rəisi olduğu şöbə tərəfindən bu barədə müvafiq arayış verilmişdir. Adıgözəl Mövlanov həmçinin hazırda ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin öz mülahizəsinə buraxdığını bildirərək iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiq\sinin surətindən görünür ki, Ərizəçi ünvan 2-da qeydiyyatdadır. İşdə olan XVİ-JQ 371893 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1991-ci ildə anadan olmuş və atası Ərizəçidur. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 48 saylı arayışdan görünür ki, X3 şəhəri Şarvili küçəsi 186 saylı evdə xx.xx.2014-cü il tarixdən yaşamır. İşdə olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 149-14540-1220 saylı məktubundan görünür ki, ünvan 2-da qeydiyyatda olmaqla Qusar şəhəri Şarvili küçəsi ev 186da yaşayan Ərizəçi doğma oğlu, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 2-da qeydiyyatda olmaqla yaşamış X7 xx.xx.2011-ci il tarixdən Qusar RPŞ tərəfindən Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə axtarışa elan olunmuşdur. Müəyyən olunmuşdur ki, E.Ağamirov xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasının ərazisinə keçmiş, xx.xx.2014-cü il tarixdə X4 şəhərindən aviareyslə Türkiyə Respublikasına getmişdir. Daha sonra isə o, Suriya Ərəb Respublikasına keçməklə “İŞİD”in nəzarət altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün qeyri-qanuni silahlı dəstələrə qoşulmuş və 2015-ci ilin yay aylarında məhv edilmişdir. Onun məhv edilməsi barədə Dövlət Təhlükəsizlik Xidmətindən və Dini İşlər üzrə Dövlət Komitəsindən də təsdiq cavabları alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 192 saylı arayışdan görünür ki, X5 ölüm haqqında akt qeydiyyatı tapılmamışdır. Yoxlama xx.xx.2014-xx.xx.2020-ci illər üzrə aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli 16/5537 saylı məktubla məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 1991-ci ildə Qusar rayonunda anadan olmuş X5 dövlət sərhədindən hərəkəti barədə X1 Axtarış Sistemindən çıxarışdan görünür ki, Elmin Ağamirovun xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasından çıxışı qeydə alınmış, həmin vaxtdan sonra ölkəyə girişi isə qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X7 xx.xx.2011-ci il tarixdən Qusar Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə axtarışa elan olunmuşdur. Daha sonra Elmin Ağamirov xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasının ərazisinə keçmiş, xx.xx.2014-cü il tarixdə X4 şəhərindən aviareyslə Türkiyə Respublikasına getmişdir. Daha sonra isə o, Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuş və 2015-ci ilin yay aylarında döyüşlərdə həlak olmuşdur. X5 Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlarda həlak olması ərizəyə əlavə edilmiş sənədlərlə, o cümlədən Qusar RPŞ-nin müvafiq arayışı ilə təsdiq olunur. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilmişi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni oğlu Elmin Ağamirovun 2015-ci ilin yay aylarında Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə ölməsi, 2014-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olmuş X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olmuş X7 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar