Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-822/2023 20.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı N saylı hərbi hissənin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı N saylı hərbi hissənin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iсlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: N saylı hərbi hissə Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İddiaçı ünvan 1 ünvanında yerləşən xidməti mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 13.09. 2023-ci il tarixdə İddiaçı Qusar rayonun ərazisində olan Qusar-2 hərbi şəhərciyinin daxilində yerləşən xidməti istifadə üçün nəzərdə tutulmuş mənzillərdə yoxlamalar keçirilmiş və yoxlama zamanı İddiaçı ünvan 2 ünvanında yerləşən xidməti mənzildə vətəndaş Cavabdeh heç bir əsas olmadan qanunsuz olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” əsasnamənin tələblərini pozaraq həmin ünvanda yerləşən xidməti mənzildə yaşadığı müəyyən olunmuşdur. Sözügedən xidməti mənzil vətəndaş Cavabdeh mərhum atası X2 xidməti istifadə üçün verilmişdir. Lakin, vətəndaş X5 dünyasını dəyişdikdən sonra həmin xidməti mənzildə onun qızı vətəndaş Cavabdeh heç bir əsas olmadan yaşamaqa davam etmişdir. Bu halda hərbi hissədə hazırda xidmət edən hərbi qulluqçuların xidməti məznillə təmin olunmalarına maneçiliklər törədir. Dəfələrlə hərbi hissə tərəfindən vətəndaş Cavabdeh həmin xidməti mənzilin boşaldılması və aidiyyəti üzrə təhvil verilməsi barədə şifahi və yazlı xəbərdarlıq edilsə də onun tərəfindən həmin xəbərdarlıqlara heç bir məhəl qoyulmamış və həmin xidməti mənzildən istifadə olunmasına, yaşanılmasına davam etdirilmişdir. Məhkəmə iсlasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən xidməti mənzildə qanunsuz yaşaması təqdim edilmiş sənədlərlə tam təsdiq olunur. Həmin mənzil cavabdehin atasına xidməti istifadə üçün verilmiş, həmin şəxs isə vəfat etmişdir. Hərbi qulluqçunun vəfatından sonra onun uşaqlarının mənzildə yaşamaları üçün qanuni əsas yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, onun atası Şair Kərimov 23 il hərbi xidmət göstərmiş, mübahisəli mənzil atasına və atasının ailə üzvlərinə verilmiş və onlar 1986-cı ildə həmin evə köçmüşlər. O, 1994-cü ilə kimi həmin mənzildə yaşamış, 1994-cü ildə ailə həyatı qurub ər evinə köçmüş, mübahisəli mənzildən qeydiyyatdan çıxıb ərinin kənddə yerləşən evinə qeydiyyata düşmüşdür. 2008-cü ildə atası vəfat etmiş, 14 il ögey anası həmin mənzildə hüququ olmadan yaşamışdır. Onun əri ilə münasibətləri pozulduğuna görə ondan faktiki olaraq ayrılaraq oğlu ilə birlikdə mübahisəli mənzilə qayıdıb orada yaşamağa başlamışdır. Onun yaşamağa başqa evi olmadığına görə mübahisəli mənzilə qayıtmışdır. Mənzilə dair orderdə onun da adı olduğuna görə hesab edir ki, onun həmin mənzildə yaşamaq hüququ var. Odur ki, iddianı qanunsuz hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan 29 yanvar 1986-cı il tarixli 439 saylı orderin surətindən görünür ki, Qusar şəhəri Vaqif küçəsi 11/2 saylı mənzil yaşamaq üçün X4 və ailə üzvləri olan arvadı E.M.Kərimovaya, qızı Cavabdeh, qızı İ.Ş.Kərimovaya, oğlu Ş.Ş.Kərimova və oğlu İ.Ş.Kərimova verilmişdir. İşdə olan AZ-İİ 239541 və AZ-İİ 239540 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.1988-ci ildə, X5 isə 1xx.xx.2009-cu ildə vəfat etmişlər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 339 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanda yaşama hüququ olmadan yaşayır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 341 saylı arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil İddiaçı balansındadır. İşdə olan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından elektron çıxarışdan görünür ki, həmin şəxs Qusar rayonu Ləyərqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasında yaranan hüquq münasibəti 2000-ci ildən əvvəl yaranmışdır. Belə ki, mübahisəli xidməti mənzil 29 yanvar 1986-cı il tarixdə cavabdehin atasına verilmiş, həmin şəxs özünün ailə üzvləri ilə, o cümlədən cavabdehlə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən mənzillə bağlı tərəflər arasında olan hüquq münasibətinə, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilərək mübahisəyə müvafiq hüquqi qiymət verilməlidir. «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 1994-cü ildə ailə həyatı quraraq daimi yaşamaq üçün Qusar rayonu Ləyərqışlaq kəndində köçmüş, mübahisəli mənzildən qeydiyyatdan çıxaraq həmin kəndə pasport qeydiyyatına düşmüşdür. Həmin faktı cavabdeh özünün izahatında da etiraf etmişdir. Belə olan halda, həmin şəxs mübahisəli mənzildən köçdüyü gündən onun mübahisəli mənzilə istifadə hüququ itirilmişdir. Cavabdeh həmin mənzilə qayıdarkən isə onun mənzildən istifadə hüququ mövcud deyildi və ona görə cavabdehin təkrar həmin mənzilə qayıdıb orada yaşamasının heç bir hüquqi əsası yoxdur. Ona görə də, məhkəmənin qənaətinə görə cavabdehin hazırda həmin xidməti mənzildə mənzilə dair sərəncam səlahiyyətlərinə malik qurum olan Qusar rayonu N saylı Hərbi Hissənin icazəsi və razılığı olmadan yaşaması qanunsuzdur. Azərbayсan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məсəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Həmin Məсəllənin 217.2-сi maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh N saylı hərbi hissənin ünvan 4 ünvanda yerləşən xidməti mənzilindən, başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-in 216-220-сi maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh N saylı hərbi hissənin ünvan 4 ünvanda yerləşən xidməti mənzilindən, başqa yaşayış sahəsi verilmədən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-822/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-822/2023
20.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver