Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-834/2021 23.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili X21 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdehnə və üçüncü şəxslər X18 və X19 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 Cavabdehnə və üçüncü şəxslər X18 və X19 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşməkla X3 miras qalmış 0.0479 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onlar, yəni İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müddətinin uzadılması və bütövlükdə həmin mirasa dair onların vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onların X7 17 noyabr 1969-cu il tarixdə vəfat etmişdir. Atalarının ölümündən sonra birinci növbədə vərəsələri X1, qardaşları iş üzrə üçüncü şəxslər X25 və X26, habelə digər qardaşları X22 və X23 qalmışlar. X1 22 fevral 1992-ci il tarixdə, qardaşları X22 10 dekabr 1992-ci il tarixdə və X23 14 dekabr 2015-ci il tarixdə vəfat etmişlər. X3 ünvan 2 ünvanda 0.0479 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli yaşayış evi miras qalmışdır. Həmin daşınmaz əmlaka atalarının mülkiyyət hüququ **********64-10301 reyestr nömrəli, 24 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. X7 vəfat etdikdən sonra ondan miras qalmış ünvan 2 ünvanda yerləşən 0.0479 ha həyətyanı torpaq sahəsi və yaşayış evi onlar, yəni iddiaçılar tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin əmlak yalnız onların sahibliyinə və idarəçiliyinə keçmişdir. X4 yuxarıda qeyd olunmuş birinci növbədə vərəsələrindən heç biri atalarından qalan mirasdan pay tələb etməmişlər və yaxud mirası faktiki qəbul etməmişlər. Heç bir vərəsə mirasdan pay tələb etmədiyinə görə onlar, iddiaçılar ərizə ilə Cavabdehnə müraciət edərək həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair bütövlüklə iddiaçıların adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Lakin, Cavabdeh onlara vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi isə atalarının digər vərəsələrinin miras payları barədə münasibət bildirməmələri göstərilmişdir. Halbuki, X4 digər vərəsələri uzun illər boyu mirasdan pay tələb etməmiş, bu müddət ərzində vərəsələrdən X1, qardaşları X22 və X23 atalarından qalan mirası nə rəsmi qaydada, nə də ki, faktiki qəbul etmədən vəfat etmişlər. X4 sağ qalmış digər birinci növbədə vərəsələr, iş üzrə üçüncü şəxslər X25 və X26 da həmçinin atalarından qalan miras barədə notariata müraciət etməmiş və yaxud mirası faktiki qəbul etməmişlər. İş üzrə üçüncü şəxslər X25 və X26 həm də X3 miras qalmış əmlakdan onlara çatası payları nə faktiki, nə də ki, notariata ərizə ilə müraciət edərək qəbul etmədiklərini bildirmiş, bu barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər. ünvan 2 ünvanda yerləşən 0.0479 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini miras əmlak kimi iddiaçılardan başqa digər varislə qəbul etməmişlər və mirasa dair susmuşlar. Üçüncü şəxslər X25 və X26 atalarından miras qalmış əmlakdan onlara çatası payları nə faktiki, nə də ki, notariata ərizə ilə müraciət edərək qəbul etmədikləri barədə notarial qaydada təsdiqlənmiş ərizələr vermişlər. Atalarının digər birinci növbədə vərəsələri X1, qardaşları X22 və X23 da həmçinin atalarından qalan mirası nə rəsmi qaydada, nə də ki, faktiki qəbul etməmişlər və həmin mirası qəbul etmədən özləri də vəfat etmişlər. Ona görə də, atalarının digər birinci növbədə vərəsələrinin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. İddiaçılar, notariat orqanına ərizə verməsələr də və mirasın qəbul edilməsi müddətini ötürsələr də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edirlər. Ona görə də, hesab edir ki, Cavabdeh yuxarıda qeyd etdikləri mirasa dair adlarına qanun üzrə vərəsəlik şəhadətnaməsini verməməsi əsassızdır. Odur ki, həmin mirasın onlar tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onların həmin mirasa dair vərəsəlik hüquqları tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilərək həmin hüquqları tanınmamalıdır. Məhkəmə iclasından iddiaçıların nümayəndəsi və vəkili X28 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin ofisin notariusu Dəyanət Tağıyev isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Üçüncü şəxslər X18 və X19 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəklərini bildirmişlər. Həmçinin sözü gedən miras payından imtina etdiklərini, gələcəkdə həmin miras barədə heç bir iddialarının olmayacağını bildirmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılmasını, iddiaçılar İddiaçı1, İddiaçı2 iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.4,185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının, cavabdehin və üçüncü şəxslərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə İddiaçıların nümayəndəsi və vəkili X21 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** saylı qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən xüsusi mulkiyyətdə olan 59.8 kv/m sahəsi olan fərdi yaşayış və 0.0479 ha olan torpaq sahəsinin tam payı X20 məxsusdur. İşdə olan Suraxanı rayon qeydiyyat şöbəsinin verdiyi 0061 8 0873 17122015 saylı Akt qeydindən görünür ki, X23 14.12.2015-ci il tarixdə “Beyin Ödemi” səbəbindən vəfat etmişdir. İşdə olan 28.08.2021-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. X10, anası X2r. İşdə olan 28.08.2021-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, İddiaçı2 xx.xx.1965-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X10, anası X2r. İşdə olan 27.07.2019-cu il tarixli Qusar rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X24 17.11.1969-cu il tarixdə Qusar şəhərində bədənin yanması nəticəsində ölmüşdür. İşdə olan 27.08.2021-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X5 04.05.1992-ci il tarixdə Qusar şəhərində kəskin ürək çatışmamazlığından ölmüşdür. İşdə olan 27.08.2021-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X22 01.02.1993-cü il tarixdə Qusar şəhərində Miokard infarktı səbəbindən ölmüşdür. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 oktyabr 2019-cu tarixli 2989 saylı arayışdan görünür ki, 17.11.1969-cu ildə vəfat etmiş mərhum X24 vəfat etdiyi günədək Qusar şəhəri E.İbrahimova (Əzizbəyov) küçəsi 37 saylı evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsləri qalmışdır. X9, X22, X26, X25, İddiaçı1, X23 və İddiaçı2. Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı1 və İddiaçı2 idarə edirlər. İşdə olan X15 və X16 Notariat Ofisinə ünvanladığı ərizələrdən görünür ki, 17.11.1969-cu ildə vəfat etmiş mərhum X13 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hal-hazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmış, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Cavabdeh verdiyi 18 avqust 2021-ci il tarixli X-887 saylı cavab məktubundan görünür ki, X14 digər birinci növbəli varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbədən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçıların X7 17 noyabr 1969-cu il tarixdə vəfat etmişdir. Həmin şəxsin ölümündən sonra onun birinci növbədə vərəsələri kimi həyat yoldaşı olan X5, övladları olan iddiaçılar, o cümlədən X25, X26, X22 və X23 qalmışlar. X5 22 fevral 1992-ci il tarixdə, X22 10 dekabr 1992-ci il tarixdə və X23 14 dekabr 2015-ci il tarixdə vəfat etmişlər. X13 ünvan 2 ünvanda 0.0479 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli yaşayış evi miras qalmışdır. Həmin daşınmaz əmlaka Güləli Niftəliyevin mülkiyyət hüququ **********64- 10301 reyestr nömrəli, 24 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. X24 vəfat etdikdən sonra ondan miras qalmış ünvan 2 ünvanda yerləşən 0.0479 ha həyətyanı torpaq sahəsi və yaşayış evi iddiaçılar tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin əmlak yalnız onların sahibliyinə və idarəçiliyinə keçmişdir. X6 yuxarıda qeyd olunmuş digər vərəsələrindən heç biri mirasdan pay tələb etməmişlər, bununla bağlı notariat orqanına ərizə ilə müraciət etməmişlər, yaxud mirası faktiki qəbul etməmişlər. İddiaçılar mirası faktiki qəbul etdiklərinə görə, həmçinin digər vərəsələr mirasa dair susduqlarına görə ərizə ilə Cavabdehnə müraciət edərək həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair bütövlüklə iddiaçıların adlarına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Lakin, Cavabdeh onlara vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi isə atalarının digər vərəsələrinin miras payları barədə münasibət bildirməmələri göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə mirasla bağlı iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, mərhum Güləli Niftəliyev vəfat etdikdən sonra ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0479 ha həyətyanı torpaq sahəsi iddiaçıların birgə sahibliklərinə və idarəçiliklərinə keçmiş və iddiaçılar həmin vaxtdan indiyədək həmin evi idarə edirlər. Mərhum Güləli Nİftəliyevin digər vərəsələri isə həmin mirası qəbul etməmişlər, mirasa dair susmuşlar, mirası notariat qaydasında ərizə verməklə və ya faktiki qəbul etməmişlər. Əksinə, Arif və Akif Niftəliyevlər notariat qaydasında təsdiqlənən ərizələr verərək mirası qəbul etmədiklərini və belə bir niyyətlərinin də olmadığını bildirmişlər. Digər vərəsələr isə, mirası qəbul etmədən vəfat etmişlər. Ona görə də, mərhum Güləli Niftəliyevin iddiaçıdan başqa, digər vərəsələrinin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. İddiaçılar isə mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına ərizə verməsələr də və mirasın qəbul edilməsi müddətini ötürsələr də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edirlər. Ona görə də, məhkəmə hesab edir ki, həmin mirasın iddiaçılar tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onların həmin mirasa dair vərəsəlik hüquqları tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X6 miras kütləsinə daxil olan, ünvan 4 ünvanda yerləşməklə 24.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin şəxsə məxsus 0.0479 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müddəti uzadılsın və bütövlükdə həmin mirasa dair İddiaçı1 ilə İddiaçı2 vərəsəlik hüquqları tanındın Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-834/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-834/2021
23.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver