Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-835/2020 02.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı 35000 manat borc pul tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı 35000 manat borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iddia ərizəsi Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-699/2020 saylı qərardadı ilə geri qaytarılmış, həmin qərardad qüvvədədir. Həmin qərardadda göstərilmişdir ki, iddia ərizəsi bir nüsxədən ibarət tərtib olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri işdə tərəf olan şəxsə verilməsi üçün müvafiq sayda əlavə olunmamışdır. Bundan əlavə cavabdehin yaşayış yeri barədə Arayış və ya MAPS-dan arayış ərizəyə əlavə edilməmişdir. Həmçinin, elektron məhkəmə sistemində edilmiş sorğuya əsasən Cavabdeh adına şəxsiyyət vəsiqəsi məlumatları tapılmamışdır. İddiaçı tərəfindən məhkəmənin məlum qərardadında göstərilən nöqsanlar aradan qaldırılmamış, bu barədə heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Beləliklə, ərizə yenidən Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-835/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-835/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver