Məhkəmə qərarları › İş №2(029)-846/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-846/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-846/2025 14.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X11 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X12 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 5544.98 manat məbləğində pulun alınıb, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X11 Azərbaycan Beynəlxalq Bankda olan ******************** nömrəli hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, X4 xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Qusar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunaraq, müayinə və müalicə almışdır. Cavabdeh xarici ölkə vətəndaşı olduğu üçün İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ona göstərilən tibbi xidmətlər ödənişli olub və bu barədə onun yaxınlarına da məlumat verilib. Cavabdehin Qusar RMX-da xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərdə aldığı tibbi xidmətlərə görə yaranmış borcu 5544.98 manat təşkil etmişdir. Tibbi xidmətlərin göstərildiyi müddətdə cavabdeh və onun yaxınlarından ödənişin edilməsi tələb edilsə də, heç bir ödəniş edilməmişdir. Növrət Nəsrullayevin yaşadığı ünvan olan Qusar rayonu, Qalacıq kəndinə “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs adından 10 iyun 2025-ci il tarixli, 18-1- 54/3-896/2025 nömrəli məktub göndərilərək, onun yaranmış borcunun 7 gün müddətinə Qusar RMX-nın Azərbaycan Beynəlxalq Bankda olan hesabına ödənilməsi tələb edilsə də, bugünə kimi bu tələblə bağlı heç bir rəsmi cavab alınmamışdır, bildirişin göndərilməsindən 14 gün keçməsinə baxmayaraq könüllü olaraq ödəniş yerinə yetirilməmişdir Məhkəmə iclasında İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X11 etibarnamə üzrə nümayəndəsi X6 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, X1 Federasiyasının vətəndaşıdır. Cavabdeh avtoqəzaya düşmüş, ona müalicə lazım olduğu üçün əməliyyat edilmiş və müalicə olunmuşdur. Həmin tibbi prosedurların və xidmətin aparılması ilə əlaqədar aralarında heç bir yazılı müqavilə olmamışdır. Qəzadan sonra cavabdeh xəstəxanaya çatdırıldıqda vəziyyəti ağır olmuş, onlar cavabdehə həmin tibbi xidmətlərin göstərilməsində məcburiyyət qarşısında qalmışlar. X3 göstəriləcək tibbi xidmətlərinə görə hər hansı yazılı qaydada müqavilə bağlanmamışdır. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1.öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X12 ilə cavabdeh X4 arasında tibbi xidmətlərin aparılması üçün heç bir müqavilə olmamışdır. Bu səbəbdəndə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, iddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 cavabdeh X3 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar