Məhkəmə qərarları › İş №2(029)-847/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-847/2023

14.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-847/2023 14.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Qusar rayonu Şirvanlı Bələdiyyəsinin nümayəndəsi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Qusar rayonu Şirvanlı Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qusar rayonu Şirvanlı Bələdiyyəsi Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, Cavabdeh fərdi sahibkardır (VÖEN **********). Azərbaycan Respublikasının MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırkı mübahisə üzrə tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri təhlil edilərkən müəyyən olunur ki, iddia Qusar rayonu Şirvanlı bələdiyyəsinin adından qaldırılmış, cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Mübahisənin predmetini mülkiyyətin müdafiəsi təşkil etsə də və mübahisə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisə olsa da, xarakterinə görə cavabdehin torpaq sahəsində həyata keçirdiyi fərdi sahibkarlıq (heyvandarlıq) fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır və mübahisə məhz həmin fəaliyyət çərçivəsində əmələ gəlmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunur ki, Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə rayon məhkəməsində deyil, kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin, mübahisəli torpaq sahəsi Qusar rayonu ərazisində yerləşdiyindən, eyni zamanda cavabdeh Qusar rayonu Şirvanlı kəndində yaşadığından və bu ərazi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğundan mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 35, 44, 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Qusar rayonu Şirvanlı Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar