Məhkəmə qərarları › İş №2(029)-850/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-850/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-850/2020 19.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, onun vəkili X12 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki olaraq ona satdığı, lakin alqı-satqını notariatda rəsmiləşdirməkdən imtina etdiyi 0,12 ha torpaq sahəsinə görə cavabdehə ödədiyi 3750 (üç min yeddi yüz əlli) manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun mərhum X1nun həyat yoldaşıdır. Cavabdeh Qusar rayonu Gündüzqala kəndinda qeydiyyatda olmaqla faktiki olaraq Xudat şəhərində yaşayır. 2005-ci ildə X1 və Cavabdeh JN-274A KOD 30107038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən özlərinə və uşaqlarına məxsus Qusar rayonu Gündüzqala kəndində yerləşən 0,12 ha boş həyətyanı torpaq sahəsini ondan aldıqları 2250 manat borc pulun əvəzində ona qaytarmışlar. Lakin, o vaxt həmin torpaq sahəsinin onun adına notariat qaydasında rəsmiləşdirilməsini həyata keçirməmişlər, torpağı sonradan notarial qaydada adına keçirməyi qərara almışlar. O vaxtdan həmin torpaq sahəsi onun faktiki istifadəsində və idarəçiliyindədir, artıq 15 ildir ki, həmin torpaq sahəsini o, ailə üzvləri ilə əkib-becərir. Həmin torpaq sahəsinin bir hissəsindən onun razılığı ilə digər qardaşı X16 istifadə edir. X1 xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Cavabdeh həmin torpaq sahəsinin ondan və digər qardaşı X4 geri alınması barədə Qusar Rayon Məhkəməsində iddia qaldırmış və Qusar Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(029)-115/2013 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsinin ondan və digər qardaşı X4 alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(029)-115/2013 saylı qətnaməsi qəbul edildikdən sonra o, Cavabdeh həmin 0,12 ha həyətyanı torpaq sahəsinə görə ona və mərhum X1na verdiyi 2250 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh 2250 manat puldan əlavə ona yenə də 1500 manat pul verilməsini tələb etmiş və bundan sonra həmin torpaq sahəsini onların adlarına rəsmiləşdirməyə razı olacağını bildirmişdir. O, bu şərtə də razı olub ona əlavə olaraq 1500 manat pul verəcəyini demişdir. 2013-cü ilin may ayında o, həyat yoldaşı X3 və oğlu X17 700 manat verib Qusar şəhərinə göndərmişdir. Qusar şəhər avtovağzalında, çayxanada onlar həmin vaxt Xudat şəhərindən ora gəlmiş Cavabdeh ilə görüşüb ona həmin 700 manatı vermişlər. Bundan sonra 2013-cü ilin avqust ayında o, həyat yoldaşı X3 və oğlu X17 yenidən 800 manat verib Qusar şəhərinə göndərmişdir. Qusar şəhər avtovağzalında, çayxanada onlar yenə də Cavabdeh ilə görüşüb ona həmin 800 manatı da vermişlər. Artıq bununla da Cavabdeh özünün əlavə tələb etdiyi 1500 manatın ona tam çatdığını bildirərək həmin torpaq sahəsinə aid JN-274A KOD 30107038 nömrəli Şəhadətnaməsini həyat yoldaşı X3 və oğlu X17 vermişdir. Lakin, sonradan onlar fikir verəndə görmüşlər ki, Cavabdeh onlara verdiyi sənəd JN-274A KOD 30107038 nömrəli Şəhadətnamənin kserosurətidir. Buna baxmayaraq onlar artıq Cavabdeh onlardan əl çəkəcəyinə ümid olub bu məsələnin dalınca getməmişlər. Lakin, bu yaxınlarda Cavabdeh yenidən onun üstünə icra məmurları ilə gələrək Qusar Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(029)-115/2013 saylı qətnaməsinə əsasən onun məcburi qaydada həmin torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. O, Qusar Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(029)-115/2013 saylı qətnaməsinə hörmətlə yanaşır. Lakin, həmin torpaq sahəsindən çıxarılmazdan qabaq, həmin torpaq sahəsinə görə Cavabdeh ödədiyi 2250 manat+700 manat+800 manat olmaqla, cəmi 3750(üç min yeddi yüz əlli) manat pulunun cavabdehdən alınıb ona geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, o, 2005-ci ildə Qusar rayonu Gündüzqala kəndində yerləşən və X1 ilə onun həyat yoldaşı Cavabdeh və onların övladlarıəna məxsus olan 0.12 ha torpaq sahəsini 2250 manat satın almışdır. Belə ki, X25un ona 2250 manat məbləğində borcu olmuş və həmin borcun əvəzi kimi həmin torpaq sahəsini ona vermişdir. X25 xx xxx 2012-ci il tarixdə vəfat etmiş və bundan sonra cavabdeh torpaq sahəsini ondan geri tələb etmiş, məhkəmə qaydasında torpaq sahəsi ondan alınaraq cavabdehə verilmişdir. Bundan sonra o, qarşılıqlı razılığa əsasən cavahdehə əlavə olaraq 1500 manat məbləğində pul vermiş və həmin şəxs bunun müqabilində torpaq sahəsini ona verəcəyinə söz vermişdir. Lakin, o, həmin vədinə əməl etməmiş və torpaq sahəsini yenidən tələb etməyə başlamışdır. Odur ki, hesab edir ki, qardaşının ona olan 2250 manat məbləğində borcu, həmçinin torpağa görə əlavə olaraq cavabdehə verdiyi 1500 manat məbləğində pul cavabdehdən tutulub ona verilməlidir. Ona görə də, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhməmə iclasında Cavabdeh iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş qaynıdır. Belə ki, iddiaçı onun xx xxx 2012-ci il tarixdə ölmüş əri X7 qardaşıdır. O, mərhum əri ilə yaşadıqları müddətdə iddiaçı onlarla yola getməmiş, daima onları incitmişdir. Onun, mərhum ərinin və uşaqlarının mülkiyyətində Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.12 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini uzun müddət iddiaçı istifadə etmişdir. Sonradan həmin torpaq sahəsini qaytarmasını tələb etdikdə o, bundan imtina etmişdir. O və mərhum əri həmin torpaq sahəsini iddiaçıya satmamışlar, ondan heç bir məbləğdə pul almamışlar. İddiaçının dedikləri yalandır, torpağı qaytarmamaq üçün bəhanə edir. Onun mərhum ərinin iddiaçıya heç bir borcu da olmamışdır. Əgər iddiaçı ona pul vermiş olsaydı ondan qəbz alardı. Mərhum ərinin mirasına dair vərəsəlik müəyyən olunmamış, həmin mirası o, qəbul etməmişdir. Ona görə də, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun əridir. Cavabdeh isə onun qaynı X7 arvadı olmuşdur. Yavər Salmanov xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Həmin şəxslərin özlərinin və uşaqlarının mülkiyyətində Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.12 ha torpaq sahəsi olmuşdur. Yavər Salmanovun onun əri İddiaçı 2250 manat məbləğində borcu olmuş və ona görə də, Yavər Salmanov 2005-ci ildə həmin torpaq sahəsini həmin borcun əvəzi kimi Akifə vermişdir. Lakin, Yavər öldükdən sonra Lyudmila torpaq sahəsini onlardan geri tələb etmiş və 2013cü ildə məhkəmə qaydasında həmin torpaq sahəsi həmin şəxsə qaytarılmışdır. Bundan sonra, Lyudmila həmin torpaq sahəsinin onlara satılmasına görə əlavə 1500 manat məbləğində pul istəmiş, əri Akif bununla razılaşmışdır. Bundan sonra 2013-cü ilin may ayında o, oğlu Salmanla birlikdə Qusar şəhər avtovağzalındakı çayxanada Lyudmila ilə görüşərək ona 700 manat, 2013-cü ilin avqust ayında isə eyni yerdə yenə oğlu Salmanla birlikdə Lyudmila ilə görüşərək ona 800 manat məbləğində pul vermişlər. Həmçinin, Lyudmila torpaq sahəsinin Şəhadətnaməsini onlara vermiş, sonradan baxarkən həmin sənədin kserosurət olduğunu gormüşlər. Bu yaxınlarda Lyudmila yenidən həmin torpaq sahəsini onlardan geri tələb etmiş, aldığı pulları isə etiraf etməyərək qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 şahid X5 ilə analoji ifadə verərək onun göstərdiyi halları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balabəyov Möhlət Tacir oğlu ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl, dəqiq tarixini xatırlamadığı gündə həmkəndlisi olan İddiaçı onun yanına iki baş dişi qoyun gətirərək onda olan iki baş erkək qoyunla dəyişmiş, ondan götürdüyü erkək qoyunları satıb torpaqla bağlı mübahisəni həll edəcəyini bildirmişdir. Lakin, o, Akifin həmin qoyunları satıb kimə, hansı borcu qaytaracağını bilməmişdir. X32 borcu olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun qaynıdır, cavabdeh isə digər qaynı Yavərin arvadı olmuşdur. Akifin arvadı Elnarə 2013-cü ildə ona müraciət edərək Lyudmilanın ondan torpağa görə pul istədiyini bildirmiş, ona 1 baş inək vermiş, o, isə Elnarəyə 800 manat məbləğində pul vermişdir. Elnarənin həmin pulu Lyudmilaya verib-verməməsini isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, xeyli müddət əvvəl, dəqiq tarixini xatırlamadığı gündə öz maşını ilə İddiaçı qaynanasının evindən iki ədəd xalçanı götürüb X26 şəhərində kirayədə yaşadığı evə aparıb vermişdir. Akiflə Yavər arasında hər hansı borc məsələsinin olmasını isə bilmir. İşə baxıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan KOD 30107038 JN-274A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7, Cavabdeh, X9 və X10 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(029)-115/2013 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndi ərazisində yerləşən, kodu 30107038 olan JN:274A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyət hüququ üzrə X13, Cavabdeh, X14 və X15 məxsus olan 0.12 ha torpaq sahəsi X4 və İddiaçı alınaraq Cavabdeh və X14 qaytarılması qət edilmişdir. İşdə olan AZ-İ 516480 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxx 2012-ci il tarixdə Xudat şəhərində ölmüşdür. Beləliklə, məhkəmə iсlasında müəyyən olundu ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi kodu 30107038 olan JN:274A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyət hüququ üzrə X13, Cavabdeh, X14 və X15 məxsusdur. İddiaçı torpaq sahəsinin mülkiyyətçilərindən olan Yavər Salmanovun qardaşıdır. Həmin torpaq sahəsi İddiaçı və Telman Salmanov tərəfindən istifadə olunduğundan Cavabdeh iddiasına əsasən həmin şəxslərdən alınaraq mülkiyyətçilərə qaytarılmışdır. İddiaçı həmin torpaq sahəsini X6 ona verdiyi 2250 manat borc müqabilində satın aldığını göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmədə dindirilən şahidlər də, ifadələrində iddiaçı ilə Yavər Salmanovun arasında borc münasibətlərinin olmasını təsdiq etməmişlər. Yavər Salmanov xx xxx 2012-ci il tarixdə ölmüşdür. Öldükdən sonra onun mirasına dair vərəsəliyin müəyyən olunması, mirasın aktivdə və passivdə hər hansı şəxsə, o cümlədən Cavabdeh keçməsi öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə iddiaçının cavabdehdən 2250 manat məbləğində pul tələbinə dair irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq həmin tələbi əsassız hesab edir. Bundan başqa, məhkəmə iclasında dindirilən şahid ifadələri ilə təsdiq olunmuşdur ki, həqiqətən də, iddiaçı torpaq sahəsinə görə cavabdehə özünün arvadə və oğlu vasitəsi ilə 2013-cü ilin may və avqust aylarında 800 və 700 manat olmaqla cəmi 1500 manat məbləğində pul vermişdir. Lakin, torpaq sahəsinə görə onlar arasında müqavilə bağlanmamış və razılaşmaları əhəmiyyətsiz əqd olmuşdur. Ona görə də, torpaq sahəsinə görə onun cavabdehə verdiyi pulu geri tələb etməsini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, İddiaçıla Cavabdeh arasında torpaq sahəsinin alqısatqısına dair olan razılaşma əhəmiyyətsiz bir əqd olduğundan həmin əqd üzrə pulu alan tərəf olan Cavabdeh aldığı pulu geri qaytarmalıdır. Azərbayсan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məсəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Həmin Məсəllənin 217.2-сi maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməli, qalan hissədə isə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar