Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-862/2020 18.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qusar rayonu Avaran Palasada yerləşən iki mərtəbəli yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və 3 uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Qusar rayonu Xurel kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il təvəllüdlü X8, xx xxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X9 adlı üç uşaqları dünyaya gəlmişdir. Cavabdehlə xx xxxxxx 2007-ci il tarixdə ailə həyatı quraraq yuxarıda göstərilən ünvana gəlin köçmüş və üç uşaqları həmin evdə dünyaya gəlmişdir. 2019-cu ildə cavabdeh onu 3 uşağı ilə birlikdə evdən qovmuş və həmin vaxtdan Qusar şəhərində kirayədə yaşayır, uşaqları məktəbə gedirlər. Özü heç yerdə işləmir, başqa yerdən heç bir gəlir mənbəyi yoxdur və bu səbəbdən də, kirayədə qalmaqla uşaqları saxlaya bilmir. İstəyir ki, gəlin kimi köçərək yaşadığı evə qayıdıb bundan sonra da, uşaqları ilə birlikdə orada yaşasın. Lakin, cavabdeh könüllü olaraq onu evə buraxmaq istəmir, ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, mübahisəli evə cavabdehin atası Zabit Əkbərovun razıllığı ilə köçmüşdür. Mübahisəli ev həmin şəxsin adınadır, cavabdeh isə həmin evdə qeydiyyatdadır. Hesab edir ki. o, mübahisəli evə qaynatası Zabit Əkbərovun razılığı ilə 2007-ci ildə köçürüldüyü üçün həmin evdə yaşamaq hüququ əldə etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, 2007-ci ildə cavabdelə ailə həyatı quraraq həmin şəxsin yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evə gəlin köçmüş, özünün cehiz əmlaklarını da həmin evə aparmışdır. 3-4 il orada yaşadıqdan sonra cavabdehin atası X11 rayonu Avaran qışlaq kəndində ev tikmiş və cavabdehlə birlikdə həmin evə köçərək 8 il orada yaşamışlar, həmin evin tikilməsində onun da zəhməti olmuşdur, cehiz əmlakları da hazırda oradadır. Təxminən iki ildir ki, cavabdeh onu həmin evdən qovmuş və həmin vaxtdan o, kirayədə yaşayır. Cavabdeh azyaşlı uşaqların saxlanması üçün ona hər ay 240 manat məbləğində aliment ödəyir. Hesab edir ki, onun Qusar rayonu Avaran qışlar kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və 3 uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, o, 2007-ci ildə iddiaçı ilə ailə həyatı qurmuş, həmin şəxs onun yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən atasına məxsus evə gəlin köçmüş, özünün cehiz əmlaklarını da həmin evə gətirmişdir. Birgə yaşadıqları dövrdə onların 3 uşaqları anadan olmuşdur. İddiaçı ilə 3-4 il orada yaşadıqdan sonra atası tərəfindən inşa edilən və həmin şəxsə məxsus olan Qusar rayonu Avaran qışlaq kəndində yerləşən evə köçmüşlər və bir müddət orada yaşamışlar. Sonradan onların ailə münasibətləri pozulmuş, iddiaçı onunla yola getməmiş və onlar ayrılmışlar. İddiaçının köçmək istədiyi ev hazırda atası Zabit Əkbərova məxsusdur. Sonuncu, həmin evi şəxsi vəsaiti hesabına 2009-cu ildən az-az tikməyə başlamış və hazır olduqdan sonra o, iddiaçı ilə həmin evə köçmüşdür. xx.xx.2019-cu il tarixdə iddiaçı həmin evdən çıxıb getmiş, əmlakları isə həmin evdə qalmışdır. Hazırda onun atası iddiaçının həmin evdə yaşamışını istəmir, həmin evdə heç kim qeydiyyatda deyil, evin sənədləri yoxdur, yalnız torpaq sahəsinin sənədi var, həmin sənəd atasının adınadır. İddiaçı istəyirsə atasına məxsus Xurel kəndindəki evdə yaşaya bilər. Hesab edir ki, iddia əsassızdır və ona görə də, rədd edilməlidir. Odur ki. iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, işdə olan KOD 30103028 JN-018A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki. Qusar rayonu Avaran qışlaq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 23 saylı arayışdan görünür ki, Qusar rayonu Xurel kəndində qeydiyyatda olan Cavabdeh hal-hazırda Avaranqışlaq kəndində yaşayır, onun yaşadığı fərdi yaşayış evi və 0.12 ha həyətyanı torpaq sahəsi atası Xurel kınd sakini X4 məxsusdur. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 468 saylı arayışdan görünür ki, Qusar rayonu Xurel kənd sakini X4 məxsus olan Avaranqışlaq kəndində yerləşən fərdi yaşayış evində heç kim qeydiyyatda yoxdur. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 662 saylı arayışdan görünür ki, Qusar rayonu Avaranqışlaq kəndində yerləşən, Cavabdeh və İddiaçı yaşadıqları ev X7 tərəfindən tikilmişdir. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 663 saylı arayışdan görünür ki, Qusar rayonu Avaranqışlaq kəndindəki Cavabdeh və İddiaçı yaşadığı ev və 0.12 ha həyətyanı torpaq sahəsi Xurel kənd sakini X4 məxsusdur. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-419/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındaki xx xxxxxx 2007-ci il tarixdə Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyində 07 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; boşanmadan sonra xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5, xx xxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxx 2016-cı il təvəllüdlü X6 İddiaçı yanında qalması; xx xxxxxxxx 2008-ci il təvəllüdlü X8, xx xxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2007ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından onların üç uşaqları anadan olmuşlar. Ailə həyatı qurarkən İddiaçı faktiki olaraq cavabdeh Zabit Əkbərovun yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən sonuncunun atasına məxsus evə gəlin köçmüş və cehiz əmlaklarını həmin evə yerləşdirmişdir. Həmin evdə 3-4 il yaşadıqdan sonra isə iddiaçı ilə cavabdeh, cavabdehin atası Zabit Əkbərova məxsus olan Qusar rayonu Avaranqışlaq kəndində yerləşən və sonuncu tərəfindən inşa olunmuş fərdi yaşayış evinə köçmüşlər və 2019-cu ilin əvvəllərinə kimi birlikdə orada yaşamışlar. Lakin, həmin vaxt iddiaçı ilə evin faktiki mülkiyyətçisi olan Zabit Əkbərov arasında yaşayış sahəsindən istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş yazılı müqavilə bağlanmamış, həmçinin istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış alınmamışdır. Hazırda həmin evinyerləşdiyi torpaq sahəsi Zabit Əkbərovun mülkiyyətində olsa da, fərdi yaşayış evinin rəsmi hüquqi rejimi və statusu müəyyən deyildir, həmin evin mülkiyyət hüququ üzrə hər hansı şəxsin adına dövlət qeydiyyatına alınması məhkəmə tərəfindən müəyyən olunmamış və iddiaçı tərəfindən məhkəməyə bu barədə heç bir sənəd, sübut təqdim edilməmişdir. Həmin evə dair Cavabdeh da mülkiyyət hüququnun olması məhkəmədə müəyyən olunmamışdır. Belə olan halda, İddiaçı həmin evə istifadə hüququnun əmələ gəlməsi üçün hər hansı müqavilə bağlana bilməzdi. Çünki, cavabdehin həmin evə dair sərəncam hüququ olmamış və hazırda da yoxdur. 2019-cu ilin yanvar ayında iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmuş, həmin vaxtdan iddiaçı yaşadığı mübahisəli evi tərk etmiş və Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə onların aralarındakı nikah pozulmuşdur. Bununla da, iddiaçı ilə cavabdehin etibarlı ailə və mənzil münasibətləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki,Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mübahisəli Qusar rayonu Avaranqışlaq kəndində cavabdehin atası X4 məxsus həyətyanı torpaq sahəsində sonuncu tərəfindən inşa olunmuş fərdi yaşayış evində cavabdehlə birlikdə yaşasa da, onun həmin evə istifadə hüququnun əmələ gəlməsi üçün əsas olmamış, onun belə bir hüququ yaranmamış, həmçinin onun ailə hüquq münasibətlərində olduğu Cavabdeh da həmin evə dair mülkiyyət, istifadə və ya digər əmlak hüquqları olmamış, hazırda da yoxdur. Bundan başqa, iddiaçı cavabdehlə ailə hüquq münasibətlərinə daxil olarkən mübahisəli fərdi yaşayış evinə deyil, cavabdehin Qusar rayonu Xurel kəndində yaşadığı atasına məxsus evə gəlin köçmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə istifadə hüququ əmələ gəlməmişdir və onun həmin evə istifadə hüququ müəyyən edilə, uşaqları ilə birlikdə mübahisəli evə köçürülə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır, təmin edilə bilməz və bu səbəbdən də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-862/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-862/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver