Məhkəmə qərarları › İş №2(029)-865/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-865/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-865/2023 11.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə qızı Məryəm və oğlu Əhmədin, xx.xx.2017-ci il tarixdə qızı Cəmilənin və xx.xx.2019-cu ildə oğlu Musanın Suriyada doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdə Maraqlı şəxsndə X2 ilə rəsmi nikaha daxil olmuşdur. X1 ilə Suriyaya getmişdir. Suriyada onun xx.xx.2015-ci il tarixdə qızı Məryəm və oğlu Əhməd, xx.xx.2017-ci il tarixdə qızı Cəmilə, xx.xx.2019-cü il tarixdə oğlu Musa doğulmuşdur. Doğumun qeydiyyata alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona doğumun qeydiyyata alına bilməməsi barədə qanunvericiliyin tələbləri izah edilərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə edərək izahatında göstərmişdir ki, o, əri İlkin Nemətovla birlikdə Suriyaya getmiş, orada onun 4 övladı anadan olmuşdur. Suriyada olarkən əri İlkin Nemətov ölmüş, lakin onun ölümü barədə sənəd yoxdur. O, uşaqları ilə birlikdə Suriyadan geri qayıtmış, hazırda uşaqlar onunla birlikdə yaşayırlar. Uşaqlarının doğum haqqında şəhadətnamələri yoxdur, ona görə də, onları məktəbə qoya bilmir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmiş şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İ 054120 saylı nikah haqqında şəhadətnamənin surətindn görünür ki, X2 ilə Ərizəçi nikahları 01 noyabr 2012-ci il tarixdə Maraqlı şəxsndə 175 saylı akt qeydi ilə qeyd edilmişdir. İşdə olan AA0243904 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Suriyada doğulmuş, xx.xx.2015-ci il təvəllüdlü Ahmet Namatov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan AA0243905 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Suriyada doğulmuş, xx.xx.2015-ci il təvəllüdlü Meryem namatova xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan AA0243906 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Suriyada doğulmuş, xx.xx.2017-ci il təvəllüdlü Cemile Qasımova xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan AA0243907 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Suriyada doğulmuş, xx.xx.2019-cu il təvəllüdlü Musa Qasımov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 06 oktyabr 2023-cü il tarixli 541/11, 542/11, 543/11 və 544/11 saylı arayışlardan görünür ki, Ərizəçi xx.xx.2015-ci ildə doğulan qız və oğlan uşağı, xx.xx.2017-ci ildə doğulan qız uşağı və xx.xx.2019-cu ildə doğulan oğlan uşağı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 05/Q-2xxxx-2023 saylı məktubdan görünür ki, həmin şəxsə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın doğumun qeydə alınması Bölməsinin 2.5.4 bəndinə əsasən doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Həmin şəxs göstərilən sənədi təqdim edə bilmədiyinə görə həmin Qaydanın 2.6 bəndinə müvafiq olaraq doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktların, o cümlədən doğum faktının müəyyən edilməsi ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması ilə şərtləndirilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi əri İlkin Nəmətovla birlikdə Suriyaya getmişlər və Suriyada olarkən o, xx.xx.2015-ci il tarixdə bir qız, bir oğlan uşağı, xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2019-cu ildə bir oğlan uşağı dünyaya gətirmişdir. Lakin, Suriyada olan hərbi əməliyyatlar səbəbindən həmin uşaqlara doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkün olmuşdur. Ərizəçi azyaşlı uşaqları ilə birlikdə Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan səfirliyinin verdiyi vətənə qayıdış şəhadətnamələri əsasında Azərbaycan Respublikasına qayıtmışdır. Ərizəçi həmin uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, uşaqların doğumunu təsdiq edən müvafiq tibb müəssisəsinin sənədi olmadığına görə şəhadətnamələrin verilməsi mümkün olmamışdır. Bununla da, ərizəçinin həqiqətən də, yuxarıda göstərilən uşaqları doğması təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmış, eyni zamanda ərizəçinin həmin uşaqların doğulmaları faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, məhkəmə Ərizəçi dəlilləri ilə razılaşaraq hesab edir ki, onun Suriya Respublikasında 22 may 2015-ci il tarixdə bir qız və bir oğlan uşağı, 03 iyul 2017-ci il tarixdə bir qız uşağı və 15 fevral 2019-cu il tarixdə bir oğlan uşağı doğması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Suriya Respublikasında 22 may 2015-ci il tarixdə bir qız və bir oğlan uşağı, 03 iyul 2017-ci il tarixdə bir qız uşağı və 15 fevral 2019-cu il tarixdə bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşaqların doğumunun qeydə alınması və müvafiq şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik eedən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar