Məhkəmə qərarları › İş №2(029)-870/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-870/2024

04.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-870/2024 04.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X16ə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X16ə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X13 direktoru X6 onun işdən çıxarılmağı və əmək müqaviləsinə xitam verilməsi barədə 22 iyul 2024-cü il tarixli, 18-1-54/3-1-1341/2024 saylı əmrinin ləğv edilməsi və onun əvvəllər işlədiyi “Qusar rayon Mərkəzi Xəstəxanası” X16ə anbar bölməsinin müdiri vəzifəsinə işə bərpa olunmağı, məcburi iş buraxma müddəti üçün cavabdehdən əmək haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Qusar RXM-na müddətsiz əmək müqaviləsi əsasında anbardar qəbul edilmişdir. Qusar RMX-nin xx.xx.2020-ci il tarixli, 026/20 nömrəli əmrinə əsasən anbardar işindən bölmə müdiri vəzifəsinə keçirilmişdir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” X13 direktoru X6 22 iyul 2024-cü il tarixli, 18-1-54/3-1- 1341/2024 saylı əmri ilə işdən çıxarılmışdır. Həmin əmrdə göstərilir: “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 anbar bölməsinin bölmə müdiri İddiaçı ilə bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müqavilənin müddəti qurtardığı üçün) xitam verilsin. İddiaçı son haqq hesabı, əmək kitabçası və həmin əmrin surəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son üç günü verilsin”. İşdən çıxarılmağı tam qanunsuz və əsassız olduğu üçün o, xx.xx.2024-cü il tarixli rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti X3 müraciət etmişdir. Həmin müfəttişliyin rəisi Təngiz Nəzərovun imzası ilə ona 26 avqust 2024-cü il tarixli, 3-17-5/2-M-57368/2024 saylı məktubla cavab verilmişdir ki, araşdırma zamanı “Qusar rayon Mərkəzi Xəxtəxanası” PHŞ tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və məşğulluq altsistemi”nə baxış keçirilərkən məlum olmuşdur ki, o, xx.xx.2013-cü il tarixdə Qusar RMX-na müddətsiz əmək müqaviləsi əsasında anbardar işinə qəbul edilmişdir. Qusar RMX-nın xx.xx.2020-ci il tarixli, 026/20 nömrəli əmrinə əsasən o, anbardar işindən bölmə müdiri vəzifəsinə keçirilmiş və Qusar RMX tərəfindən xx.xx.2020-ci il tarixdə X1 Sistemində müqavilə müddətsiz qalmaqla müvafiq dəyişdiklər edilmişdir. Aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, onunla Qusar RMX arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətsiz əmək müqaviləsinə müəssisənin 22.07.2-24-cü il tarixli, 18-1- 54/3-1-1341/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması” xitam verilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə Qusar RMX- ya anbar bölməsinə bölmə müdiri vəzifəsinə təyin edilərkən əmək müqaviləsində əsas məzuniyyətin müddəti 21 təqvim günü müəyyən edilmişdir. Bununla əlaqədar əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilərkən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) 21 təqvim gününə görə hesablanmış və gecikdirilərək natamam ödənilmişdir. Həmçinin, qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Qusar RMX tərəfindən onun müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi və son haqq- hesabı gecikdirilərək natamam ödənilməsi nəticəsində Qusar RMX tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (Əmək müqaviləsinin müddəti), 83-cü maddəsinin 4-cü hissəsinin (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq- hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir), 144-cü maddəsinin (Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) və 172-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çxıdığı gün verilir) tələbləri pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 34.3-cii maddəsinin tələbləri (Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir) nəzərə alınmaqla “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru X11 barəsində İXM-nin 192.6-ci maddəsinə uyğun inzibati xəta haqqında Protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında Qərara əsasən inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də bölmə müdiri işlədiyi müddət ərzində istifadə etmədiyi bütün iş illərinin qalıq əsas məzuniyyətlərinə görə pul əvəzinin yenidən hesablanaraq ödənilməsi, eyni zamanda əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 18-1-54/3-1-1341/2024 nömrəli xitam əmrinin ləğv olunması ilə əlaqədar “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə xx.xx.2024-cü il tarixli, 3-17-5/2-53573/2024 nömrəli göstəriş məktubu göndərilmişdir”. Bu günə kimi əmək müfəttişliyinin həmin göstərişinə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Bundan da əlavə 15 avqust 2024-cü il tarixdə o, mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərmiş və 10 sentyabr 2024-cü il tarixdə ərizəsi üzrə ilkin mediasiya sessiyası təyin edilmiş, həmin tarixdə cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru Radik Kazımov tərəfindən 10 sentyabr 2024-cü il tarixli, MŞQ/MT- 027/2024-01363 saylı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Beləliklə, cavabdehin onun işdən çıxarılmağı barədə və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müqavilənin müddət qurtardığı üçün) xitam verilməsi tamamilə qanunsuz və əsassızdır. Yuxarıda qeyd edildiyi kimi o, xx.xx.2013-cü il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasına anbardar işinə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli, 026/20 nömrəli əmri ilə anbardar işindən bölmə müdiri vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış müqavilənin müddəti müddətsiz olmuşdur. Bu hal X4 X2 müraciətimi araşdırarkən öz təsdiqini tapmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Onun cavabdeh müəssisə ilə bağladığı əmək müqaviləsinin müddəti “müddətsiz” göstərildiyi halda cavabdeh yuxarıda göstərilən qanun normalarının tələblərini kobud surətdə pozaraq əmək müqaviləsinə “müddətin qurtarması” əsası ilə xitam vermişdir. O, işdən çıxarılarkən aylıq əmək haqqı 651 manat təşkil edirdi. Onu da qeyd etmək istəyir ki, o, işdən çıxarıldığı gün əmək kitabçası ona təhvil verilmiş, lakin işdən çıxarılmağı barədə əmr qeyd olunsa da, müvafiq möhürlə təsdiqlənməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, 11 il Qusar RMX-da işləmiş, işlədiyi dövrdə heç bir nöqsanlara yol verməmişdir. İşlədiyi yerin müdiriyyəti əvvəlcə ona demişdir ki, ali təhsil tələb olunduğu halda, onun ali təhsili yoxdur, sonra isə demişdir ki, başqa işə keçirilməlidir. 2024-cü ilin iyul ayının 02-də ona xəbər verilmiş, 22-də isə işdən çıxarılmışdır. Onun əmək müqaviləsi müddətsiz olmuş, işdən çıxarılan zaman isə onun əmək müqaviləsi müddətli əmək müqaviləsi kimi ləğv edilmişdir. O, bu barədə müdiriyyətə bildirsə də, aydınlıq gətirilməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən Əmək Məcəlləsinə əlavə olunmuş nümunəvi formaya uyğun Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulan qaydada müddətli bağlanmışdır. Həmin müqavilə “Qusar RMX” X16lə iddiaçı arasında qarşılıqlı razılaşma əsasında müddətli bağlanmışdır. Əmək müqaviləsi yazılı bağlanmış və imzalanmışdır. Lakin, əmək müqaviləsində dəyişiklik edildiyi zaman texniki səhv nəticəsində elektron sistemdə onun müddətsiz bağlandığı qeyd olunmuşdur. Əmək müqaviləsinin müddəti başa çatdığına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun qaydada xitam verilmişdir. İddiaçının işə bərpa olunması mümkün deyil, o, işlədiyi müddətdə xəstələrin ərzaqlarını verməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş xxxxxxx000108 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” X16 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlanmaqla həmin şəxs anbar bölməsinin bölmə müdiri vəzifəsinə qəbul olunmuşdur. Müqavilə müddətsiz bağlanmışdır. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 22 iyul 2024-cü il tazrixli 18-1-54/3-1- 1341/2024 saylı əmrinin surətindən görünür ki, həmin X13 anbar bölməsinin bölmə müdiri İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müqavilənin müddəti qurtardığı üçün) xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2024-cü il tarixli 3-17-5/2-M-57368/2024 saylı məktubun surətindən görünür ki, həmin şəxsə bildirilmişdir ki, araşdırma zamanı “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və məşğulluq altsistemi”nə baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Qusar RMX-na müddətsiz əmək müqaviləsi əsasında anbardar işinə qəbul edilmişdir. Qusar RMX-nın xx.xx.2020-ci il tarixli, 026/20 nömrəli əmrinə əsasən anbardar işindən bölmə müdiri vəzifəsinə keçirilmiş və Qusar RMX tərəfindən xx.xx.2020-ci il tarixdə X1 Sistemində müqavilə müddətsiz qalmaqla müvafiq dəyişliklər edilmişdir. Aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, onunla Qusar RMX arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətsiz əmək müqaviləsinə müəssisənin xx.xx.2024-cü il tarixli, 18-1- 54/3-1-1341/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması” xitam verilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə Qusar RMX- ya anbar bölməsinə bölmə müdiri vəzifəsinə təyin edilərkən əmək müqaviləsində əsas məzuniyyətin müddəti 21 təqvim günü müəyyən edilmişdir. Bununla əlaqədar əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilərkən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) 21 təqvim gününə görə hesablanmış və gecikdirilərək natamam ödənilmişdir. Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Qusar RMX tərəfindən onun müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi və son haqq-hesabı gecikdirilərək natamam ödənilməsi nəticəsində Qusar RMX tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (Əmək müqaviləsinin müddəti), 83-cü maddəsinin 4-cü hissəsinin (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq- hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir), 144-cü maddəsinin (Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) və 172-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çxıdığı gün verilir) tələbləri pozulduğu aşkar edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri (Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir). Nəzərə alınmaqla “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru X11 barəsində İXM-nin 192.6-ci maddəsinə uyğun inzibati xəta haqqında Protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında Qərara əsasən inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də bölmə müdiri işlədiyi müddət ərzində istifadə etmədiyi bütün iş illərinin qalıq əsas məzuniyyətlərinə görə pul əvəzinin yenidən hesablanaraq ödənilməsi, eyni zamanda əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 18-1-54/3-1-1341/2024 nömrəli xitam əmrinin ləğv olunması ilə əlaqədar tərəfimizdən “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə xx.xx.2024-cü il tarixli, 3-17-5/2-53573/2024 nömrəli göstəriş məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi elektron sənəd formasında bağlanılır və elektron sistemdə mövcud olan məlumatlara əsasən, o cümlədən əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X16 arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmışdır. Buna baxmayaraq, cavabdeh “Qusar RMX” PHŞ iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə, yəni Əmək Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan qaydada, həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla da, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68 və 73-cü maddəsinin tələbləri, o cümlədən iddiaçının əmək hüquqları pozulmuşdur. Həmin hallar iddiaçının müraciəti əsasında X10 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda, “Qusar RMX” PHŞin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz və əsassız olmuş və iddiaçının həmin əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunması tələbi əsaslıdır. Bu baxımdan məhkəmə cavabdehin nümayəndəsinin X1 Sistemində iddiaçı ilə müqavilənin müddətsiz bağlanmasına dair məlumatların texniki səhv nəticəsində qeyd edilməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin k) bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək vəzifəsi əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi kimi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 iyul 2024-cü il tarixli 18-1-54/3-1- 1341/2024 saylı əmri ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 anbar bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 iyul 2024-cü il tarixli 18-1-54/3-1-1341/2024 saylı əmri ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 anbar bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar