Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-878/2024 29.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X26 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “qohumluq münasibətlərinin müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 17 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 bibisi nəvəsi olmağı faktının, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 23 oktyabr 2010-cu il tarixdə Qusar rayonu Hil kəndində vəfat etmiş atası X10 və 17 oktyabr 2022-ci il tarixdə Qusar rayonu Əvəcuq kəndində vəfat etmiş Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızı doğma bibi oğlu və dayı qızı olmuşlar. X1 anası, yəni onun ata tərəfdən nənəsi mərhum X8 və Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının atası mərhum X11 doğma bacı-qardaş olmuşlar. Beləliklə o, 17 oktyabr 2022-ci il tarixdə Qusar rayonu Əvəcuq kəndində vəfat etmiş Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının bibisi oğlunun oğlu, bibisi nəvəsidir. Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızı 08 aprel 1984-cii il tarixdə Qusar rayonu Əvəcuq kənd sakini X12 ilə rəsmi nikah bağlamaqla evlənmiş, “Rüstəmova” soyadını qəbul etmişdir. X3 və X5 həmin nikahdan uşaqları olmamışdır. X12 12 dekabr 2008-ci il tarixdə, X6 isə 17 oktyabr 2022-ci il tarixdə vəfat etmişlər. X3 ölümündən sonra birinci, ikinci, üçüncü və dördüncü növbədə vərəsələrdən heç kim qalmamışdır. Onun beşinci növbədə vərəsələrindən yegənə vərəsəsi, bibisi nəvəsi olaraq o, qalmışdır. X3 ölümündən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul edib idarə edir. O, X2 miras qalmış əmlaklar barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin Qusar rayon Notariat ofisi onun X6 ilə qohumluq münasibətlərimi təsdiq edən sənədlər olmadığı və mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də onun və X3 qohumluq münasibətləri məhkəmə qaydasında müəyyənləşdirilməli, onun 17 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 bibisi nəvəsi olmağı faktı, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. Onun 17 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 bibisi nəvəsi olmağı faktının, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsi ona vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Onun 17 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 bibisi nəvəsi olmağı, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyinin 27 avqust 2024-cü il tarixli arayışı və 27 avqust 2024-cü il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, onun mərhum atası X10 və mərhum Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızı doğma bibi oğlu və dayı qızı olmuşlar. X1 anası, yəni onun ata tərəfdən nənəsi mərhum X8 və Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının atası mərhum X11 doğma bacı-qardaş olmuşlar. Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının övladı olmamış, əri də ölmüşdür. Gülsabah Rüstəmovanın mirası ona qalmış, o, həmin mirası qəbul edib idarə edir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, həmin şəxsin ərizəsində göstərdikləri düzdür. O, X15n ögey oğludur, həmin şəxslə doğmalığı yoxdur. Ərizəçi isə mərhum Gülsabahın doğma bibisi nəvəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Ərizəçi onun həm qonşusu, həm də qohumudur. X15 da tanımış, həmin şəxs ərizəçinin qohumu olmuşdur. Belə ki, Ərizəçi X15n doğma bibisi nəvəsidir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon AZ-T 261345 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuş, atası X10, anası X9r. İşdə olan AZ-İ 422858 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X10 23 oktyabr 2010-cu il tarixdə ölmüşdür. İşdə olan İİİ-JQ 383353 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X7 08 aprel 1984-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və Gülsabah Ağaliyeva “Rüstəmova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 300396 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 340901 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 129 saylı arayışdan görünür ki, X3 barəsində həmin şöbədə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qusar rayon qeydiyyat şöbəsi üzrə 1928-1936-cı illərə dair ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. İşdə olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 647 saylı arayışdan görünür ki, Qusar rayonu Hil kənd sakini Ərizəçi 17 oktyabr 2022-ci il tarixdə Qusar rayonunun Əvəcuq kəndində vəfat etmiş Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının doğma bibisi nəvəsidir. Ərizəçi mərhum X1 anası (Ərizəçi ata tərəfdən nənəsi) mərhum X8 və mərhum Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının mərhum atası X11 doğma bacı- qardaş olmuşlar. İşdə olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 648 saylı arayışdan görünür ki, 17 oktyabr 2022-ci il tarixdə Qusar rayonunun Əvəcuq kəndində vəfat etmiş Rüstəmova (Ağaliyeva) Gülsabalı Tacəddin qızının yeganə vərəsəsi onun doğma bibisi nəvəsi, Qusar rayonu Hil kənd sakini Ərizəçidur. Ərizəçi başqa onun heç bir vərəsəsi yoxdur. Rüstəmova (Ağaliyeva) Gülsabah Tacəddin qızının ölümündən sonra onun əmlakını Qusar rayonu Hil kənd sakini Ərizəçi idarə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Əvəcuğ kəndində yerləşən 0.15 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X12 ilə X3 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli 1257 saylı məktubdan görünür ki, həmin notariat ofisində xx.xx.2022-ci il tarixdə vəfat etmiş Rüstəmova Gülsabah qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması, həmçinin müddətin ötürülməsi səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1, 307.2.9-cu maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. `Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi 17 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 bibisi nəvəsi olması faktı təqdim edilmiş sənədlərlə, o cümlədən məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Gülsabah Rüstəmovanın bibisinin nəvəsi olmaqla beşinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Miras qoyan Gülsabah Rüstəmovanın Ərizəçi başqa digər vərəsələri isə mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. Mirasa dair hər hansı mübahisə mövcud deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Gülsabah Rüstəmovanın miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 17 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 bibisi nəvəsi olması faktı müəyyən edilsin. X2 miras qalmış əmlakların Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-878/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-878/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver