Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-881/2020 22.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə Ərizəçi Qusar rayon Notariat Ofisinə və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qusar rayon Notariat Ofisinə və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş X12 miras kütləsinə daxil olan, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/3 hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin miras əmlaklara dair vərəsəlik hüququnun tanınmaqla qanun üzrə vərəsəlik yolu ilə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi xüsusi mülkiyyət hüququ üzrə ona, 1/3 hissəsi isə X13 məxsusdur. Həmin ev əvvəllər bütövlükdə mərhum Əmir Musayevə məxsus olmuş və xx xxxxx 1985-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evin 2/3 hissəsi ona satılmış, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, həmin evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə keçmiş, adına torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Əmir Musayev xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin ev bütövlükdə onun istifadəsinə keçmiş və həmin evin bütövlükdə sahibi özü olmuşdur. X8 qohumluğu olmuşdur. Belə ki, o, xx xxxxxxx 1987-ci il tarixdə Qusar şəhərində vəfat edən X12 doğma qardaşı olan Çərkəsov (Musayev) Ağalar Musa oğlunun doğma nəvəsidir. Yəni, onun atası xx xxxxxxx 1990-cı il tarixdə vəfat etmiş X2r. X1 atası xx xxxxxx 1980-ci il tarixdə vəfat etmiş Çərkəsov (Musayev) Ağalar Musa oğludur. Çərkəsov (Musayev) Ağalar Musa oğlu isə X12 doğma qardaşıdır. Beləliklə, o, X16 qardaşı oğlunun oğludur. Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(029)424/2020 saylı qətnaməsi ilə onunla X14 arasında qohumluq münasibətləri müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmimş və o, hazırda həmin şəxsin qanun üzrə vərəsəsidir. Bundan başqa, hal-hazırda o, X20 şəhəri T.İsmayılov küçəsi 65 saylı ünvanda yerləşən evə olan 1/3 hissədəki payını 30 ildən artıqdır ki, vərəsəlik yolu ilə faktiki olaraq qəbul etmiş, həmin payı faktiki olaraq o, idarə edir. O, Qusar rayon Notariat Kontoruna müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, mirasən qəbul edilməsi müddəti ötürülmüşdür. Ona görə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülsə də, o, yuxarıda qeyd etdiyi mirası faktiki olaraq qəbul etmiş, miras kütləsinə daxil olan əmlakların 2/3 hissəsi uzun müddətdir ki, onun mülkiyyətindədir, həmin evdə ailəsilə birlikdə o, qeydiyyatda olmaqla yaşamış, hazırda da onlar yaşayırlar. Ona görə də, hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin səbəbləri üzürlü sayılaraq həmin müddət uzadılmalıdır. Həmçinin, onun həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüququ tanınmalı, həmin miras qanun üzrə vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizə üzrə tələbi müdafiə edərək göstərmişdir ki, ərizəçi onun atasıdır. Sonuncu xx xxxxxxx 1987-ci il tarixdə Qusar şəhərində vəfat edən X12 doğma qardaşı olan Çərkəsov (Musayev) Ağalar Musa oğlunun doğma nəvəsidir. Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(029)424/2020 saylı qətnaməsi ilə ərizəçi ilə X14 arasında qohumluq münasibətləri müəyyən edilmişdir. Ərizəçi X20 şəhəri T.İsmayılov küçəsi 65 saylı ünvanda yerləşən evə olan 1/3 hissədəki payını 30 ildən artıqdır ki, vərəsəlik yolu ilə faktiki olaraq qəbul etmiş, həmin payı faktiki olaraq o, idarə edir. Əvvəllər T.İsmayılov küçəsi müvafiq olaraq K.Marks və M.Qorki adlandırılmışdır. X16 digər qanun üzrə vərəsələri olan Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əskərova (Çərkəsova) Naz Ağalar qızı isə mirası qəbul etəməmişlər, bu barədə heç bir niyyətləri olmamış, hazırda da yoxdur. Həmin şəxslər həmin mirasın ərizəçinin adına rəsmiləşdirilməsinə razıdırlar, bu barədə ərizə vermişlər. Odur ki, ərizənin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əskərova (Çərkəsova) Naz Ağalar qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizələr göndərərək göstərmişlər ki, xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş əmisi X10 miras qalmış əmlaklardan, o cümlədən ünvan 1 saylı ünvanda yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onlara çatası miras payı qəbul etməmişlər, qəbul etmək niyyətləri yoxdur, mirasın qəbul edilməsi müddətini ötürmüşlər, həmin müddətin uzadılması və mirasdan payın verilməsini istəmirlər, gələcəkdə də bu barədə hər hansı tələbləri olmayacaqdır. Həmin mirası mərhum Əmir Musayev vəfat etdiyi vaxtdan qohumu Ərizəçi qəbul etmiş, həmin vaxtdan həmin evdə həmin şəxs yaşayır. Mirasın həmin şəxsin adına rəsmiləşdirilməsinə etiraz etmirlər, buna razıdırlar.Bundan başqa, həmin şəxslər səhhətlərivə işləri ilə bağlı məhkəməyə gələ bilmədiklərini göstərmişlər və işə onların iştirakları olmadan baxılaraq Ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(029)-424/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş X14 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni sonuncunun X16 doğma qardaşı oğlunun oğlu olması faktı müəyyən edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2032 saylı arayışdan görünür ki, xx.xx.1987ci il tarixdə vəfat etmiş X12 aşağıdakı vərəsələri xx.xx.1991-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X11, qardaşı qızları Əskərova (Çərkəsova) Naz Ağalar qızı, Maraqlı şəxs1 və qardaşı oğlu Maraqlı şəxs2 qalmışlar. İşdə olan Qusar rayon Dövlət notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1985ci il tarixli müqavilənamənin surətindən görünür ki, X3 şəhəri K.Marks küçəsi 65 ünvanda yerləşən fərdi yaşayış evinin iki otağını nəvəsi Ərizəçi satmışdır. İşdə olan xx xxxxx 1985-ci il tarixli 29 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyata alınmışdır. İşdə olan A ******* saylı xx xxxx 2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Qusar şəhərində yerləşən 280 kv.metr torpaq sahəsi Qusar rayon X5 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarı ilə Ərizəçi adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli X-481 saylı məktubdan görünür ki, Ərizəçi X12 vərəsələri sırasına daxildir. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli X-728 saylı məktubdan görünür ki, həmin notariat ofisinə xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciəti daxil olmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, qanunda nəzərdə tutulan müddətin ötürülməsi ilə bağlı mümkün deyildir. Bu səbəbdən də, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əskərova (Çərkəsova) Naz Ağalar qızının notariat qaydasında təsdiqlənən xx.xx.2020 və xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş əmiləri X10 miras qalmış əmlaklardan, o cümlədən ünvan 1 saylı ünvanda yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onlara çatası miras payı qəbul etməmişlər, qəbul etmək niyyətləri yoxdur, mirasın qəbul edilməsi müddətini ötürmüşlər, həmin müddətin uzadılması və mirasdan payın verilməsini istəmirlər, gələcəkdə də bu barədə hər hansı tələbləri olmayacaqdır. Həmin mirası mərhum Əmir Musayev vəfat etdiyi vaxtdan qohumları Ərizəçi qəbul etmiş, həmin vaxtdan həmin evdə həmin şəxs yaşayır. Mirasın həmin şəxsin adına rəsmiləşdirilməsinə etiraz etmirlər, buna razıdırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi məxsusdur. Həmin ünvan əvvəllər müvafiq olaraq “K.Marks küçəsi 65” və “M.Qorki küçəsi 65” olmuşdur. Həmin ev əvvəllər bütövlükdə mərhum Əmir Musayevə məxsus olmuş və xx xxxxx 1985-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evin 2/3 hissəsi ərizəçiyə satılmış, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, qalan 1/3 hissəsi isə Əmir Musayevin mülkiyyətində qalmışdır. Əmir Musayev xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmişdir. X15 ərizəçinin qohumluğu olmuş, Ərizəçi mərhum X12 doğma qardaşı olan Çərkəsov (Musayev) Ağalar Musa oğlunun doğma nəvəsidir. Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(029)-424/2020 saylı qətnaməsi ilə xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş X14 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni sonuncunun X16 doğma qardaşı oğlunun oğlu olması faktı müəyyən edilmişdir. Ərizəçi X20 şəhəri T.İsmayılov küçəsi 65 saylı ünvanda yerləşən evə olan 1/3 hissədəki payını 30 ildən artıqdır ki, vərəsəlik yolu ilə faktiki olaraq qəbul etmiş, həmin payı faktiki olaraq o, idarə edir. X16 digər qanun üzrə vərəsələri olan Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əskərova (Çərkəsova) Naz Ağalar qızı isə mirası qəbul etməmişlər, bu barədə heç bir niyyətləri olmamış, hazırda da yoxdur. Həmin şəxslər həmin mirasın ərizəçinin adına rəsmiləşdirilməsinə razıdırlar, bu barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasənikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasənmirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasənvərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasənvərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, hazırda ərizəçinin tərəfindən yuxarıda göstərilən mirasın qəbul edilməsi müddəti ötürülsə də, yəni notariat kontoruna ərizəni gec versə də, o, mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, həmin mirasa dair iddia edən digər vərəsə indiyədək olmamış, hazırda da yoxdur, Ərizəçi miras qoyanın mirasını faktiki qəbul etmiş yeganə vərəsəsidir. Həmin ünvanda onun özü və ailə üzvləri qeydiyyatdadırlar və o, ailəsi ilə birlikdə orada yaşayır, evin və torpaq sahəsinin yeganə sahibi, istifadəçisi və idarəçisi də onun özü olmuş, hazırda da özüdür. Bu, isə həmin mirasın onun tərəfindən şəksiz qəbul edilməsini təsdiq edir. Mirasa dair pay tələbi irəli sürən hər hansı şəxs yoxdur. Odur ki, məhkəmə hesab edir ki, mirasın Ərizəçi tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və həmin şəxsin həmin mirasa dair vərəsəlik hüququ tanınmaqla ev və torpaq sahəsi vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxxx 1987-ci il tarixdə vəfat etmiş X12 miras kütləsinə daxil olan, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/3 hissəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılsın və həmin miras əmlaklara dair Ərizəçi vərəsəlik hüququ tanınmaqla həmin ev və torpaq sahəsi qanun üzrə vərəsəlik yolu ilə onun mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-881/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-881/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver