Məhkəmə qərarları › İş №2(029)-887/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-887/2020

22.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-887/2020 22.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmalarına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazıbəyov İddiaçı Xəzəngül Bədəl qızına və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə və qeydiyyatdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən onun xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Həmin yaşayış evində onunla bərabər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar. Cavabdeh1 onun ögey anasıdır və onun evində qeydiyyatda olmasına baxmayaraq, uzun illərdir ki, faktiki olaraq qardaşının evində yaşayır. Cavabdehlər Cavabdeh2 onun keçmiş həyat yoldaşı, Cavabdeh3 isə qızıdır. O, 1999-cu ildə Cavabdeh2 boşanmış və həmin vaxtdan həmin şəxs qızı Cavabdeh3 ilə birlikdə ona məxsus yaşayış evindən çıxıb getmişlər. Onlar da, həmçinin onun evində qeydiyyatda qalmalarına baxmayaraq, uzun illərdir ki, X2 şəhərində yaşayırlar. Artıq uzun illərdir ki, cavabdehlər onun evində yaşamırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin ünvan hazırda Ç.Qurbanov küçəsi ev 4 adlanır. Cavabdehlər həmin evdə qeydiyyatda olsalar da, orada yaşamırlar. Belə ki, iddiaçının ögey anası olan Cavabdeh1 15-20 ildir ki, qardaşının evində yaşayır. Cavabdeh2 iddiaçının arvadı olmuş və onlar 1999-cu ildə boşanmışlar. Sonuncu, 1999-cu ildə həmin evdən çıxmış və X2 şəhərinə getmiş, həmin vaxtdan orada yaşayır. Cavabdeh3 iddiaçının qızıdır. Sonuncunu öz dayısı övladlığa götürmüş və 1999cu ildə Aliyə də anası Səidə ilə birlikdə Astarxan şəhərinə köçmüş, həmin vaxtdan orada yaşayır. İddiaçı özünün mülkiyyətində olan evi 3 il bundan əvvəl Lalə adlı şəxsə kirayəyə vermiş və həmin vaxtdan indiyədək həmin evdə Lalə yaşayır. Hazırda həmin evdə cavabdehlərə məxsus heç bir əşya yoxdur. Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdən çıxmaqla daimi olaraq başqa ünvana köçdüklərindən, həmin vaxtdan həmin evdə daimi yaşamadıqlarından, həmin evdə onlara məxsus heç bir əmlaklar olmadığından, özlərinin başqa daimi yaşayış sahələri olduğundan, mülkiyyətçi kimi iddiaçı onların yerinə əlavə kommunal və digər xərclər çəkdiyindən, onların formal olaraq pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozduğundan və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən onların ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və həmin şəxslər həmin evdən qeydiyyatdam çıxarılmalıdırlar. Şahlar Xidirov qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.Həmin ünvan hazırda Ç.Qurbanov küçəsi ev 4 adlanır. 3 ildir ki, o, həmin evdə kirayədə yaşayır. Cavabdeh1 İddiaçı ögey anasıdır. Əkrəmin doğma anası Aliyə adlı qadın olmuş və sonuncu 30-40 il bundan əvvəl vəfat etmişdir. Cavabdeh2 Əkrəmin arvadı olmuş və onlar 1999-cu ildə boşanmışlar. Cavabdeh3 isə Əkrəmin qızıdır. Sonuncunu öz dayısı övladlığa götürmüşdür. Xəzəngül 15-20 ildir ki, qardaşının evində yaşayır. Səidə və Aliyə 1999-cu ildən X2 şəhərində yaşayırlar. Hal-hazırda Əkrəmin evində cavabdehlərə məxsus heç bir əşya yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduqları yuxarıda göstərilən ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri və çağırış vərəqələri göndərilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasına gəlməmiş, poçt xidməti tərəfindən həmin şəxsə göndərilmiş məktublara edilmiş qeydlərdən isə görünür ki, həmin şəxslər həmin ünvanda yaşamır, Cavabdeh2 və Cavabdeh3 Rusiyada yaşayırlar, Cavabdeh1 isə başqa ünvana köçmüşdür. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2012 saylı arayışdan görünür ki, ünvan 2 saylı ünvandakı evdə Cavabdeh1, İddiaçı, Cavabdeh2, Cavabdeh3, X6 və X7 qeydiyyatdadırlar. İşdə olan Vİ-JQ 491057 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 xx xxxxxxx 1999-cu il tarixdə rəmi nikaha daxil olmuşlar və Olya Ağayeva “Qazıbəyova” soyadını qəbul etmişdir. İşdə olan İ-AZ 170068 və AZ-İ 231873 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X4 birgə nikahlarından xx xxxxxxxx 2000-ci il təvəllüdlü Şeyla Qazıbəyova və xx xxxxxx 2002-ci il təvəllüdlü Günay Qazıbəyova anadan olmuşlar. İşdə olan İİ-JQ 313512 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki. İddiaçı ilə Cavabdeh2 arasındakı nikah pozulmuş və bu barədə xx xxxxxxxx 1999-cu il tarixdə Qusar rayon VVAQ şöbəsində nikahın ləğv edilməsinə dair akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3700 3 0004 02032004 saylı övladlığa götürmə haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahlarından anadan olmuş xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 Əkrəm qızı X8 tərəfindən övladlığa götürülmüşdür. İşdə olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 5100 1 5307 03121993 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahlarından anadan olmuş xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 Əkrəm qızının ata adı dəyişdirilərək “Muradovna” olmuşdur. İşdə olan X13, X11 və X3 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Onlar həmin şəxsin qonşularıdırlar. Həmin evdə İddiaçı başqa, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar. Lakin, həmin şəxslər qeydiyyatda olsalar da, uzun illərdir ki, həmin evdə faktiki olaraq yaşamırlar. İddiaçı hal-hazırda Bakı şəhərində yaşayır. Ona məxsus evdə X1 yaşayır, həmin evdə başqa heç kim yaşamır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, QusarşəhəriN.Şərifov(indiki Ç.Qurbanov) küçəsi4 saylı ünvanda yerləşən yaşayışevixüsusimülkiyyəthüququüzrə İddiaçı məxsusdur. Həmin evdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyatdadırlar. Cavabdeh1 iddiaçının ögey anası olmaqla 15-20 ildir ki, həmin evdə deyil, qardaşının evində yaşayır. Cavabdeh2 iddiaçının keçmiş arvadı, Cavabdeh3 isə iddiaçının qızıdır. Sonuncu, öz dayısı Murad Seyidov tərəfindən övladlığa götürülmüşdür. Səidə və Cavabdeh3lar 1999-cu ildən iddiaçıya məxsus evdə deyil, X2 şəhərində yaşayırlar. Hal-hazırda həmin evdə cavabdehlərə məxsus heç bir əşya yoxdur. Həmin hallar məhkəmə iclasında dindirilmiş şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Beləliklə, müəyyən olundu ki, artıq cavabdehlər uzun müddətdir ki, özlərinin daimi yaşayış yerlərini dəyişmişlər, onlara məxsus heç bir əmlak mübahisəli evdə yoxdur və bununla da, artıq uzun müddətdir ki, həmin şəxslərin iddiaçıya məxsus evdə olan qeydiyyatları formal xarakter daşıyır. Bu, isə iddiaçının həmin evə dair mülkiyyət hüququnu-yəni sərəncam vermək hüququnu məhdudlaşdırır, həmçinin evə dair əlavə kommunal xidmət haqlarının ödənilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, cavabdehlərin mübahisəli evə istifadə hüquqları ilə bağlı münasibətlər 2009-ci ilin oktyabrın 1-dən əvvəl yaranmışdır və bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinin 5-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 97-ci maddəsinin 1-ci hissəsinə əsasən əgər kirayəçi, onun ailə üzvləri və ya onunla birlikdə yaşayan başqa şəxslər yaşayış sahəsini mütəmadi dağıtsalar və ya korlasalar, ondan öz təyinatı üzrə istifadə etməsələr yaxud sosialist birgəyaşayış qaydalarını mütəmadi pozmaqla başqalarının onlarla bir mənzildə və ya bir evdə yaşamasını qeyri-mümkün etsələr, xəbərdarlıq və ictimai təsir tədbirləri bir nəticə verməsə, kirayədarın və ya marağı olan başqa şəxslərin tələbi ilə təqsirkarlar digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları ilə birlikdə yaşaması mümkün sayılmırsa, belə şəxslər də digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədiyi, icarədarın və onun ailə üzvlərinin bu Məcəllənin 60-cı maddəsində göstərilən müddətlərdən artıq başqa yerə getdiyi hallarda, eləcə də bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslara görə ev mülkiyyətçisi icarə müqaviləsinin pozulmasını tələb etmək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdən çıxmaqla daimi olaraq başqa ünvana köçdüklərindən, həmin vaxtdan həmin evdə daimi yaşamadıqlarından, həmin evdə onlara məxsus heç bir əmlaklar olmadığından, özlərinin başqa daimi yaşayış sahələri olduğundan, mülkiyyətçi kimi iddiaçı onların yerinə əlavə kommunal və digər xərclər çəkdiyindən, onların formal olaraq pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozduğundan və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən onların ünvan 4 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməlivə həmin şəxslər həmin evdən qeydiyyatdam çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin və onlar həmin evdən qeydiyyatdan çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar