Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-888/2020 21.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində vəfat etmiş X5 onun doğma bacısı olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bacısı İsabəyova (Seydullayeva) Məlki Nəsrulla qızı xx xxxxxx 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində vəfat etmişdir. Mərhum bacısı xx.xx.1922-ci il tarixdə, o, isə xx xxxxxx 1939-cu il tarixdə X1 və X6 ailəsində dünyaya gəlmişlər. 1965-ci ilin may ayında mərhum bacısı X16 kənd sakini X19 ilə faktiki ailə həyatı qurmuş, həmin vaxtdan da rəsmi sənədlərdə (miras qalmış əmlakın Seydullayeva Məlkinin adına DƏDRX-də qeydiyyata alınmasına dair sənədlərdə) onun soyadı, rəsmi nikahları olmasa da, faktiki əri İsabəyov Cəlalın soyadı olan “İsabəyova” kimi yazılmışdır. Vəfat edəndən sonra mərhum bacısının Quxuroba kəndində 0,20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli, ümumi sahəsi 154,6 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Bacısının vəfatından sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə uyğun olaraq mirası qəbul edib həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə sahiblik edir. Mərhum bacısından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün onun tərəfindən Maraqlı şəxsnə müraciət olunmuş, lakin mərhum bacısı ilə qohumluq münasibətlərinin müəyyən edilməsi mümkün olmadığına görə, ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Buna səbəb də, Qusar rayon Qeydiyyat şöbəsində bacısının doğum haqqında akt qeydinin olmamasıdır. Ona görə də, mərhum bacısının ölümünün “X13” adı ilə qeydə alınmasını təsdiq edən sənəddən başqa, onun şəxsiyyətinə dair hər hansı rəsmi sənəd mövcud deyildir. Mərhum bacısı Məlki İsabəyova (Seydullayeva) ilə qohumluq münasibətləri müəyyən edilmədən ondan miras qalmış əmlakın onun adına DƏDRX-də qeydiyyata alınması üçün vərəsəlik şəhadətnaməsinin alınması mümkün deyildir, qohumluq münasibətlərinin məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ərizədə qeyd edilən hallar ona əlavə edilmiş, Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 665 saylı, xx.xx.2020-ci il tarixli 686 saylı arayışlar, xx.xx.2020-ci il tarixli Akt, Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, xx xxxxxx 2020ci il tarixli, xx xxxx 2020-ci il tarixli arayışlar, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** olan xx.xx.2020-ci il tarixli Çıxarış və Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli X-737 olan arayışla təsdiq olunur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək imkanına malik olmadığını göstərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu ildə Qusar rayonu Sudur kəndində anadan olmuş, Qusar rayonu Quxur-oba kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1939-cu ildə Qusar rayonu Sudur kəndində anadan olmuş, atası X2, anası X11r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 99/15 saylı arayışdan görünür ki, X3 doğum haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1936-1945-ci illər üzrə aparılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxuroba kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayonu Quxuroba kənd sakinləri Əliağa Şahnamazov, Əmirbəy Əmirbəyov və Arif Novruzov tərəfindən tərtib edilmiş və Quxuroba kənd İƏN tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx xxxxxx 1939-cu ildə X2 ilə X7 ailəsində anadan olmuş Ərizəçi mərhum İsabəyova (Seydullayeva) Məlki Nəsrulla qızının doğma qardaşıdır. 1981-ci ildə Cəlal İsabəyov və Məlki İsabəyova (Seydullayeva) Quxuroba kəndinə köçmüşlər, Cəlal İsabəyov xx.xx.1985-ci il tarixdə, Məlki İsabəyova (Seydullayeva) isə xx.xx.1999-cu il tarixdə həmin kənddə vəfat etmişlər. İşdə olan Qusar rayon İHB-nın Quxuroba kənd İƏN tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 665 saylı arayışdan görünür ki, X13 xx xxxxxx 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində vəfat etmiş və onun ölümündən sonra miras əmlakı doğma qardaşı Ərizəçi vərəsəlik qaydasında qəbul edərək ona sahiblik edir. İşdə olan Qusar rayon İHB-nın Quxuroba kənd İƏN tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 686 saylı ayarışdan görünür ki, xx xxxxxx 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində vəfat etmiş İsabəyova (Seydullayeva) Məlki Nəsrulla qızı hal-hazırda həmin kənddə yaşayan xx xxxxxxxx 1939-cu il təvəllüdlü Ərizəçi doğma bacısıdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli X-737 saylı məktubdan görünür ki, xx xxxxxx 1999-cu ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçixx.xx.1939-cu ildə Qusar rayonu Sudur kəndində anadan olmuş, Qusar rayonu Quxur-oba kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 məxsusdur. Sonuncu xx xxxxxx 1999-cu il tarixdə həmin kənddə vəfat etmişdir. Həmin şəxsin doğumu haqqında akt qeydi Qusar rayon Qeydiyyat şöbəsində aşkar olunmamışdır. Bu səbəbdən də, Ərizəçilə mərhum Məlki İsabəyovanın bacı-qardaş olmasını təsdiq edən sənəd mövcud deyildir. Bununla belə, həmin şəxslərin doğma bacıqardaş olmaları Qusar rayon İHB-nın Quxuroba kənd İƏN tərəfindən verilmiş yuxarıda göstərilən məlum arayışla, həmin kənd sakinləri tərəfindən tərtib olunmuş aktla, həmçinin digər sənədlərlə tam təsdiq olunmuşdur. Məlki İsabəyova vəfat etdikdən sonra onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ərizəçinin sahibliyinə keçmişdir. Halhazırda Ərizəçi mərhum Məlki İsabəyovanın mirasına daxil olan həmin əmlakları vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla mərhum Məlki İsabəyova arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum X5 doğma qardaşı olmasını təsdiq edən doğum haqqında akt qeydi olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni ərizəçinin mərhum Məlki İsabəyovanın doğma qardaşı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdikləri halları tam sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxx 1999-cu il tarixdə vəfat etmiş X13 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni sonuncunun mərhum Məlki İsabəyovanın doğma qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-888/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-888/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver