Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-889/2020 25.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz X1 və Maraqlı şəxs2nə qarşı Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz X1 və Maraqlı şəxs2nə qarşı Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə ərizəçi və maraqlı tərəflərin nümayəndələri məhkəmə hazırlığı iclasına gəlmiş, işin məhkəmə baxışı xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə ərizəçi və maraqlı tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmiş, işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmışdır. Bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi və maraqlı tərəflərin nümayəndələri heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, ərizəçinin və maraqlı tərəflərin nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz X1 və Maraqlı şəxs2nə qarşı Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsinə dair mülki iş, ərizəçi və maraqlı tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-889/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-889/2020
25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver