Məhkəmə qərarları › İş №2(029)-895/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-895/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-895/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 73-27.02.2018-002953 nömrəli 27.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faizlə 60 ay müddətinə 3200 (üç min iki yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin bankla onun arasında 21.06.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən o, borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşımışdır. Cavabdeh banka olan borcunu vaxtında ödəmədiyinə görə bank tərəfindən həmin şəxsə və ona qarşı iddia qaldırılaraq cəmi 3115.01 (üç min yüz on beş manat bir qəpik) manat kredit borcunun onlardan tutulması tələb olunmuş və Qusar rayon məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2-(029)-802/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ondan və Cavabdeh müştərək qaydada əsas borc üzrə 2862.62 (iki min səkkiz yüz altmış iki manat altmış iki qəpik) manat, faiz borcu üzrə 252.39 (iki yüz əlli iki manat otuz doqquz qəpik ) manat, cəmi 3115.01 (üç min yüz on beş manat bir qəpik ) manatın, 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Qusar rayon İcra və Probasiya şöbəsi həmin pulun ödənilməsi üçün 10 gün könüllü müddət vermiş, lakin pulun ödəniilməsi təmin olunmamışdır. Bundan sonra həmin Şöbə tərəfindən məcburi icra hərəkətlərinə başlanmış və 18 dekabr 2019-cu il tarixdə onun işlədiyi 6 nömrəli Yol İstismar MMC-yə müraciət olunaraq 1572.70 manat pulun, həmçinin həmin məbləğin 7 faizinin- yəni 110.087 manatın, cəmi isə 1672.88 manatın tutulması tələb olunmuş və həmin məbləğ hissə-hissə onun əmək haqqından tam olaraq tutulmuşdur. Bundan başqa, onun tərəfindən Cavabdeh borcuna görə "xxxx" ASC-yə 07.07.2020-ci il tarixdə 270.25 manat, 28.07.2021-ci il tarixdə 25.37 manat, 07.08.2020-ci il tarixdə 224.19 manat, 11.08 2020-ci il tarixdə 1370 manat, ümumilikdə isə 1890.31 manat məbləğində pul ödənilmişdir. Bununla da, onun tərəfindən "xxxx" ASC-yə Cavabdeh borcunun əvəzi kimi ümumilikdə 3463.01 manat, Qusar rayon İcra və Probasiya şöbəsinə isə 110.08 manat məbləğində pul ödənilmişdir. Cavabdeh banka olan borcu onun tərəfindən ödənildikdən sonra həmin bankın ərizəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. O, Cavabdeh zamini kimi onun "xxxx" ASC-yə ödəməli olduğu krediti ödəmiş və bu səbəbdən də həmin həcmdəki pulun cavabdehdən tələb edilməsi hüququ ona keçmişdir. Həmin hallar bank tərəfindən təqdim edilən sənədlərlə tam təsdiq edilir. Bu səbəbdən də hesab edir ki, Cavabdeh banka ödədiyi 3463.01 manat, Qusar rayon İcra və Probasiya şöbəsinə ödədiyi 110.08 manat, cəmi isə 3563.09 məbləğində pul tutularaq ona verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı bqarədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, həmçinin xəstə olduğuna görə məhkəməyə gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-802/2019 saylı 19.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada əsas borc üzrə 2862.62 (iki min səkkiz yüz altmış iki manat altmış iki qəpik) AZN, faiz borcu üzrə 252.39 (iki yüz əlli iki manat otuz doqquz qəpik) AZN, cəmi 3115.01 (üç min yüz on beş manat bir qəpik) AZN-nin, 30 (otuz) AZN dövlət rüsumunun və 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 73-27.02.2018-002953 nömrəli 27.02.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kreditor borcluya illik 23 faizlə 60 ay müddətinə 3200 (üç min iki yüz) manat kredit vermişdir. Həmçinin, İddiaçı "xxxx" ASC ilə 73-27.02.2018-002953 nömrəli 27.02.2018-ci il tarixli zaminlik müqaviləsi bağlayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq zamin durmuşdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin 6 nömrəli X2 Məsuliyyətli Cəmiyyətinə və "xxxx" ASC-yə ünvanlanmış 18 dekabr 2019-cu il tarixli 4391/19/05 saylı məktubun surətindən görünür ki, 6 nömrəli Yol İstismar MMC-də işləyən İddiaçı əmək haqqından 1572 manat 70 qəpik məbləğdə pulun ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Quba filialı tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 316 saylı arayışdan görünür ki, həmin filialla Cavabdeh arasında bağlanmış 27.02.2018-ci il tarixli 73-27.02.2018-002953 saylı kredit müqaviləsinə əsasən həmin iş üzrə zamin olan İddiaçı tərəfindən cəmi 2491.41 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, həqiqətən də, İddiaçı Cavabdeh "xxxx" ASC-nin qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təmini kimi zamin durmuşdur. Cavabdeh bank qarşısında olan öhdəliklərini yerinə yetirmədiyinə və banka olan borcunu ödəmədiyinə görə Qusar rayon məhkəməsinin 2(029)-802/2019 saylı 19.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 3115.01 (üç min yüz on beş manat bir qəpik) AZN, 30 (otuz) AZN dövlət rüsumu və 0.40 (qırx qəpik) AZN bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İddiaçı zamin kimi Cavabdeh banka olan borcundan cəmi 2491.41 manat məbləğində ödəniş etmiş və bununla da, həmin şəxs üzərinə düşən öhdəliyi icra etməklə bankın Cavabdeh qarşı mənsub olduğu kreditor hüquqları İddiaçı keçmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən banka 3463.01 manat deyil, 2491.41 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən Qusar rayon İcra və Probasiya şöbəsinə hər hansı ödəniş edilməsi barədə müvafiq sənəd isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, onun "xxxx" ASC-yə ödəmiş olduğu 2491.41 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2491.41 (iki min dörd yüz doxsan bir manat qırx bir qəpik) manat və məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi isə 2521.41 (iki min beş yüz iyirmi bir manat qırx bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı oğluna verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar