Məhkəmə qərarları › İş №2(029)-897/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-897/2021

23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-897/2021 23.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi Qusar rayonu Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən olunmasına dair ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi Qusar rayonu Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, ərizədə 14 noyabr 1992-ci il tarixdə vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızının həqiqətən də, ərizəçinin anası X1 doğma bacısı olması faktının müəyyən edilməsi tələb olunmuş, bunun miras qoyanın miras əmlakının vərəsəlik yolu ilə qəbul edilməsi üçün lazım olduğu qeyd olunmuşdur. Lakin, miras qoyanın birinci və ikinci dərəcəli vərəsələrinin olmaması və ərizəçinin həqiqətən qohumluq münasibətləri müəyyən olunacağı təqdirdə miras əmlaka vərəsəlik hüququnun yaranacağı barədə heç bir sənəd ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar