Məhkəmə qərarları › İş №2(029)-90/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-90/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-90/2021 10.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.560.31 (üç min beş yüz altmış manat otuz bir qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********00101 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-nə cəmi 3560,31 (üç min beş yüz altmış manat otuz bir qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 3.560,31 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-nə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşlarının hər ay Cavabdeh ünvanına gələrək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi kimi və cavabdeh tərəfindən vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi isə onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. “xxxx” ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, “xxxx” ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında “xxxx” ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, “xxxx” ASC-dən əvvəl əhalinin elektrik enerjisi ilə təchizatçısı “xxxx” ASC olmuşdur. Cavabdeh Cavabdeh əvvəllər də elektrik enerjisinə görə borcu olmuş, 2013-cü ildə həmin şəxsin ünvanına sayğac quraşdırılmış, cavabdeh elektrik enerjisindən istifadə etsə də, yaranmış borcunu mütəmadi olaraq ödəməmişdir. Cavabdehin borcları həm müqavilə, həm də elektrik enerjisindən istifadə qaydalarını pozmasına görə hesablanmış borclar təşkil edir. Bundan başqa, cavabdehin “xxxx” ASCdən əvvəl də borcu olmuşdur. Belə ki, cavabdehə aid abonent haqqında çıxarışda göstərilən ETAİS-dən gələn borc “xxxx” ASC-nə qədər olan borcdur. Cavabdeh hazıradək elektrik enerjisinə görə cəmi borcu 3560,31 manat təşkil edir. Odur ki, həmin borcun cavabdehdən tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “xxxx” ASC-nin nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan «xxxx» ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli SD-128 saylı arayışdan görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə 3560,31 (üç min beş yüz altmış manat otuz bir qəpik) manat borcu vardır. İşdə olan «xxxx» ASC-nin abonent Cavabdeh haqqında elektron çıxarışdan görünür ki, həmin şəxsin sayğac üzrə 1615,05 manat, aktlar üzrə 1945,26 manat, cəmi isə 3560,31 manat məbləğində borcu vardır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli 039865 saylı “enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı üzrə razılığa gəlmişlər və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 131665 saylı aktın surətindən görünür ki, abonent Cavabdeh sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt götürərək elektrik enerjisindən istifadə etmişdir. Sayğac yenisi ilə əvəz edilmiş, kənar xətt ləğv edilmişdir. İşdə olan “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblər” barədə qərarın surətindən görünür ki, 131665 saylı xx.xx.2019-cu il tarixli akt əsasında Cavabdeh 498,96 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli 193441 saylı aktın surətindən görünür ki, Cavabdeh sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Sayğac yenisi ilə əvəz edilmiş, kənar xətt ləğv edilmişdir. . İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblər” barədə qərarın surətindən görünür ki, 193441 saylı xx.xx.2020-ci il tarixli akt əsasında Cavabdeh 506,79 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh elektrik enerjisinin təchizatını həyata keçirən “xxxx” ASC ilə elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlamaqla elektrik enerjisindən istifadə etmiş, lakin, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək həmin ASC-nə haqq ödəməmişdir. Bundan başqa, həmin şəxs sayğacdan kənar xətt çəkərək əsassız qaydada elektrik enerjisindən istifadə etmiş və bununla da, “xxxx” ASCnə ziyan vurmuşdur. Həmçinin, o, “xxxx” ASC-dən əvvəl də, elektrik enerjisindən istifadə etmiş, lakin buna görə də, müvafiq haqq ödəməmişdir. Bununla da, həmin şəxsin indiyədək elektrik enerjisinə görə cəmi 3560,31 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh ümumilikdə 3560,31 (üç min beş yüz altmış manat otuz bir qəpik) manat məbləğində borc tutularaq iddiaçı «xxxx» ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı «xxxx» ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3560,31 (üç min beş yüz altmış manat otuz bir qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar