Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-900/2025 24.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Türkiyə Respublikasında ev şəraitində qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Quxur-oba kəndində yaşayır. 1994-cü il tarixdə Qusar rayonu Quxur-oba kənd sakini X2 ilə rəsmi nikahı qeyd etdirmədən el adəti ilə toy edərək evlənmiş, birgə yaşadıqları müddətdə Qusar rayonu Quxur-oba kəndində 01 yanvar 1999-cu il təvəllüdlü X4 və 03 aprel 2002-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Həyat yoldaşı X2 radikal dini təriqətli şəxs olduğundan 2015-ci ildə Suriya Respublikasında gedən hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getmək qərarına gəlmiş və bundan sonra həyat yoldaşı Zahid Əlifxanov, o və azyaşlı uşaqları birlikdə Suriyaya getmişlər. Həyat yoldaşı X6 gedən döyüşlərdə həlak olmuş və o, həmin vaxt hamilə vəziyyətdə tək qaldığından gizli yollarla Suriyadan Türkiyə Respublikasına getmişdir. Türkiyyə Respublikasında olarkən xx.xx.2018-ci il tarixdə ev şəraətində onun bir qız uşağı da anadan olmuş, adını Səlsəbil qoymuşlar. Lakin, həmin vaxt Suriyadan Türkiyyə Respublikasına qeyrirəsmi yolla gəldiyinə görə həmin uşağa doğum haqqında şəhadətnamənin alınması qeyrimümkün olmuşdur. Onun və uşağın heç bir sənədi olmadığından xeyli müddət Türkiyədən Azərbaycana qayıda bilməmişdir. Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan konsulluğundan ona və azyaşlı uşağına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmiş və həmin sənəd əsasında o, azyaşlı uşağı ilə birlikdə Azərbaycan Respublikasının Qusar rayonu Quxur-oba kəndinə qayıtmışdır. Hazırda Səlsəbil adlı uşağa şəxsiyyət vəsiqəsi əldə etmək istəyir, lakin onun doğumu haqqında şəhadətnamə olmadığından bunu edə bilmir. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, doğumun qeydə alınması üçün doğum faktını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Səlsəbil adlı qızı Türkiyədə evdə doğulduğundan belə bir sənədlər mövcud olmamış və bu səbəbdən də, həmin sənədləri təqdim edə bilməmişdir. Ona görə də Maraqlı şəxs doğumun qeyd edilməsini qeyrimümkün hesab etməklə məhkəməyə müraciət edilməsini tövsiyyə etmiş, bu barədə xx.xx.2025ci il tarixli məktub vermişdir. Hal-hazırda Səlsəbil adlı qızı onunla birlikdə yaşayır, tam sağlamdır. Bundan başqa, onun Türkiyədə Səlsəbil adlı uşaq dünyaya gətirməyini onun yaxın qohumları və tanışları da təsdiq edirlər. Həmçinin, Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan konsulluğu tərəfindən də Səlsəbil adlı uşağın onun uşağı olması təsdiq olunaraq bu barədə həmin uşağa müvafiq vətənə qayıdış şəhadətnaməsi verilmişdir. Hesab edir ki, onun xx.xx.2018ci il tarixdə Səlsəbil adlı qız uşağını dünyaya gətirməyi müvafiq tibbi sənədlərlə təsdiq olunmasa da, ərizəyə əlavə etdiyi sübutlarla təsdiq olunur və ona görə də məhkəmə qaydasında onun Türkiyyə Respublikasında ev şəraitində xx.xx.2018-ci il tarixdə X1 adlı qız uşağı doğmağı faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermis və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmiş şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AA0281146 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Türkiyədə doğulmuş, xx.xx.2018-ci il təvəllüdlü Səlsəbil Əlirzayeva xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış 22 iyul 2025-ci il tarixli 3-16-15/8-15- 387/2025 saylı məktubdan görünür ki, həmin şəxsə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təstiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər, doğum haqqında şəhadətnamə və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin şəxs göstərilən sənədi təqdim edə bilmədiyinə görə qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktların, o cümlədən doğum faktının müəyyən edilməsi ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması ilə şərtləndirilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi əri ilə birlikdə Suriyaya getmişlər, əri Suriyada həlak olmuş, bundan sonra ərizəçi Türkiyə Respublikasına getmiş və orada olarkən o, xx.xx.2018-ci il tarixdə bir qız uşağı dünyaya gətirmiş, lakin, həmin uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi azyaşlı uşağı ilə birlikdə Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan səfirliyinin verdiyi vətənə qayıdış şəhadətnamələri əsasında Azərbaycan Respublikasına qayıtmışdır. Ərizəçi həmin uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumunu təsdiq edən müvafiq tibb müəssisəsinin sənədi olmadığına görə şəhadətmnaələrin verilməsi mümkün olmamışdır. Bununla da, ərizəçinin həqiqətən də, yuxarıda göstərilən uşağı doğması təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmış, eyni zamanda ərizəçinin həmin uşağın doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, məhkəmə Ərizəçi dəlilləri ilə razılaşaraq hesab edir ki, onun Türkiyə Respublikasında 27 yanvar 2018-ci il tarixdə qız uşağı doğması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Türkiyə Respublikasında ev şəraitində xx.xx.2018-ci il tarixdə qız uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşağın doğumunun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik eedən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-900/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-900/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver