Məhkəmə qərarları › İş №2(029)-907/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-907/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-907/2021 03.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun X12 ilə birgə yaşadıqları müddətdə 27 oktyabr 2006-cı il tarixdə “X21” və 28 mart 2008-ci il tarixdə “X24” adlı iki uşağının anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə rəsmi nikah qeyd etdirmədən X12 ilə evlənmişdir. Birgə nikahlarından onların 10 noyabr 1998-ci il tarixdə X13, 25 sentyabr 2001-ci il tarixdə X14 və 20 may 2003-cü il tarixdə X15 adlı 3 uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğu üçün o, X4 ayrılmışdır. Nikahları Qusar rayon məhkəməsinin 26 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X4 ayrıldıqdan sonra uşaqların üçü də onun hiamyəsində qalmışlar. X12 ondan ayrıldıqdan sonra yaşamaq üçün Pakistan Respublikasına köçmüşdür. 2006-cı ildə X12 ona barışmağı təklif etmiş və onu da 3 uşağı ilə birlikdə Pakistana dəvət etmişdir. O, X12 ilə barışmağa razı olmuş və 2006-cı ildə 3 uşağı ilə birlikdə əvvəlcə İrana, oradan da Pakistana, əri X6 yanına getmişdir. Pakistanda əri X12 ilə bir yerdə yaşasalar da təzədən aralarında nikah bağlamamışlar. X12 ilə Pakistanda yaşadıqları müddətdə onların 27 oktyabr 2006-cı il tarixdə Mariya və 28 mart 2008-ci il tarixdə Asma adlı daha iki uşaqları anadan olmuşdur. Həmin uşaqlar ev şəraitində anadan olmuşlar və doğum vaxtı o, hər hansı xəstəxanaya və həkim məntəqəsinə müraciət etməmişdir. Pakistanda olduqları vaxt həmin uşaqlara doğum haqqında şəhadətnamə almamışlar. 2018-ci ildə Pakistanın hüquq mühafizə orqanları əri X8 həbs etmişlər. Onu hansısa cinayəti törətməkdə təqsirləndirirdilər. 2020-ci ildə Pakistanın hüquq mühafizə orqanları əri X8 Azərbaycan Respublikasına təhvil vermişlər. 2020-ci ildə onun böyük qızı 25 sentyabr 2001-ci il təvəllüdlü X16 bir nəfər türk vətəndaşı ilə ailə qurub Pakistandan Türkiyəyə köçmüşdür. 2020-ci ilin payızında o, uşaqları 10 noyabr 1998-ci il təvəllüdlü X13, 20 may 2003-cü il təvəllüdlü X15, 27 oktyabr 2006-cı il təvəllüdlü Mariya və 28 mart 2008-ci il təvəllüdlü Asma ilə birlikdə Pakistandan İrana, oradan əvvəlcə Naxçıvan Muxtar Respublikasına, oradan da Bakı şəhərinə qayıtmışlar. X37 Respublikasında, həm də Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ondan ailəsi, uşaqları, Pakistanda keçirdiyi həyat tərzləri haqqında geniş izahatlar alınmış və bundan sonra o, uşaqları ilə evinə buraxılmışdır. Bundan sonra o, həmin 4 uşaqla birlikdə Qusar rayonu Hil kəndinə valideynlərinin evinə qayıtmışdır. 2021-ci ildə əri X12 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilmişdir, halhazırda həbsdə həmin cəzanı çəkir. Qusar rayonuna qayıtdıqdan sonra o, 27 oktyabr 2006-cı il təvəllüdlü Mariya və 28 mart 2008-ci il təvəllüdlü Asma adlı azyaşlı uşaqlarına doğum haqqında şəhadətnamələri almaq üçün üçüncü şəxs Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin,həmin uşaqlar tibb müəssisəsində doğulmadıqları üçün Qusar rayon Qeydiyyat şöbəsi tibb müəssisəsinin müvafiq arayışı olmadan uşaqlarına doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Bu səbəbdən 27 oktyabr 2006-cı il təvəllüdlü Mariya və 28 mart 2008-ci il təvəllüdlü Asma adlı azyaşlı uşaqlarına doğum faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. Həqiqətən də X12 ilə Pakistanda birgə yaşadıqları müddətdə 27 oktyabr 2006-cı il tarixdə Mariya və 28 mart 2008-ci il tarixdə Asma adlı iki uşaqlarının anadan olmasını bir çox şahidlər təsdiq edirlər. Həmçinin uşaqların atasının həqiqətən X6 olmasını onun özü və bir çox şahidlər təsdiq edirlər. Ona görə də, X12 ilə birgə yaşadıqları müddətdə onun 27 oktyabr 2006-cı il tarixdə Mariya və 28 mart 2008-ci il tarixdə Asma adlı iki uşaqlarının anadan olması faktı müəyyən edilməli və üçüncü şəxs Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2006-cı il tarixdə anadan olmuş uşağına soyadı, adı və ata adı “X21”, “ata” qrafasında “X22”, “ana” qrafasında isə “Ərizəçi” qeyd edilməklə, 28 mart 2008-ci il tarixdə anadan olmuş uşağıma isə soyadı, adı və ata adı “X24”, “ata” qrafasında “X22”, “ana” qrafasında isə “Ərizəçi” qeyd edilməklə doğum haqqında şəhadətnamələr verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin şöbənin rəisi A.Mövlanov məhkəməyə 03.11.2021-ci il tarixli, 05-Q-250/19 saylı ərizə göndərərək işə xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını xahiş etmiş və qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 151195 saylı, AZ-T 151194 saylı və AZ-T 151196 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 10.11.1998-ci il tarixdə, X14 25.09.2001-ci il tarixdə və X15 20.05.2003-cü il tarixdə anadan olmuşlar. X2, anaları X5r. İşdə olan AZ-İ 367459 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 aralarındakı nikah Qusar rayon məhkəməsinin 26.04.2005-ci il tarixli qətnaməsinə əsasən pozulmuş Nikaha 26.04.2005-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra ərizəçi “Muradova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, 27 oktyabr 2006-cı il tarixdə anadan olmuş “Mariya” və 28 mart 2008-ci il tarixdə anadan olmuş “Asma” adlı uşaqlara doğum haqqında şəhadətnamələrinin verilməsi barədə Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməlidir. Doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda isə doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, 27 oktyabr 2006-cı il tarixdə anadan olmuş Mariya və 28 mart 2008-ci il tarixdə anadan olmuş Asma adlı uşaqların doğum faktlarının müəyyən edilməsi barədə ərizə ilə Qusar rayon məhkəməsinə müraciət edilməsi izah edilmişdir. İşdə olan 15 sentyabr 2021-ci il tarixdə X19, X17 və X20 tərəfindən Qusar rayonu Hil kəndində tərtib edilmiş aktdan görünür ki, Qusar rayonu Hil kənd sakinləri Ərizəçi və X12 1997-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahda olduqları vaxt onların 10 noyabr 1998-ci il tarixdə İbrahim, 25 sentyabr 2001-ci il tarixdə Fatimə və 20 may 2003-cü il tarixdə Xəticə adlı 3 uşaqları anadan olmuşdur. Sonradan Ərizəçi və X12 ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və onların aralarındakı nikah 2005-ci ildə məhkəmə qaydasında pozulmuşdur. 2006-cı ildə X1 Respublikasına yaşamağa getmiş, özünün keçmiş arvadını və 3 uşağını da ora dəvət etmişdir. Ərizəçi və X12 barışmışlar və 2006-cı ildə Pərvanə 3 azyaşlı uşağı ilə birlikdə Pakistan Respublikasına X6 yanına yaşamağa getmişlər. Ərizəçi və X1 Respublikasında birlikdə yaşadıqları vaxt onların 27 oktyabr 2006-cı il tarixdə Mariya və 28 mart 2008-ci il tarixdə Asma adlı uşaqları olmuşdur. Sonradan Ərizəçi uşaqları ilə birlikdə Pakistan Respublikasından Azərbaycan Respublikasına Qusar rayonu Hil kəndinə qayıtmışlar. Hal-hazırda Qusar rayonu Hil kəndində Ərizəçi himayəsində yaşayan 27 oktyabr 2006-cı il təvəllüdlü Mariya və 28 mart 2008-ci il təvəllüdlü Asma adlı uşaqların doğma anaları Ərizəçi, doğma X2dur. X10, X7 və X11 məhkəməyə göndərdikləri izahatlarından görünür ki, onlar yuxarıda qeyd olunan aktda göstərilən halları bir daha təsdiq etmişlər. İşdə olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli 725 saylı arayışdan görünür ki, Ərizəçi həmin kənddə yaşayır və ailə tərkibi 10.11.1998-ci il təvəllüdlü oğlu İbrahim Güləliyevdən, 20.05.2003-cü il təvəllüdlü qızı Xəticə Güləliyevadan ibarətdir. Ərizəçi himayəsində daha iki övladı vardır, anasının məlumatına görə onların adları və təvəllüdləri aşağıdakı kimidir:

1. 27.10.2006-cı il təvəllüdlü Muradova Mariya

2. 28.03.2008-ci il təvəllüdlü Muradova Asma Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də, ərizəçinin Pakistan Respublikasında X12 ilə birgə yaşadığı müddətdə 27 oktyabr 2006-cı il tarixdə Mariya və 28 mart 2008-ci il tarixdə Asma adlı iki uşaqları anadan olmuşdur. Hər iki uşaq tibb məntəqəsindən kənarda, ev şəraitində doğulmuş və hazırda sağ-salamatdırlar. Uşaqların doğulması barədə tibbi sənədlər olmadığından vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını həyata keçirən orqandan onların doğumu haqqında şəhadətnamələrinin alınması mümkün olmamış, doğum faktının müəyyən olunması barədə məhkəməyə müraciət etmək ərizəçiyə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və onun Pakistan Respublikasında ev şəraitində 27 oktyabr 2006-cı il tarixdə Mariya və 28 mart 2008-ci il tarixdə Asma adlı uşaqları doğması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Pakistan Respublikasında ev şəraitində 27 oktyabr 2006-cı il tarixdə X21 və 28 mart 2008-ci il tarixdə X24 adlı uşaqları doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar