Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-912/2023 04.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X45 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Piral kəndində yerləşən, ********** qeydiyyat, **********56 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.2034 ha torpaq sahəsinin; ********** qeydiyyat, **********93 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.3903 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; ********** qeydiyyat, **********57 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 1.381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; ********** qeydiyyat, **********92 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 1.823 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və ********** qeydiyyat, **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.2295 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinin mərhum X2 məxsus 1/6 hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakların vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Piral kəndində yerləşən 0.2034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında onun, X5, anası X6, bacısı Səfərova (Dustiyeva) Rəna Seyid qızının, qardaşı X17 və atasının nənəsi olmuş X1 adlarına qeydiyyata alınmaqla ********** qeydiyyat, **********56 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, həmin kənddə yerləşən 0.3903 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə yuxarıda göstərilən şəxslərin adlarına qeydiyyata alınmaqla ********** qeydiyyat, **********93 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, həmin kənddə yerləşən 1.381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə yuxarıda göstərilən şəxslərin adlarına qeydiyyata alınmaqla ********** qeydiyyat, **********57 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, həmin kənddə yerləşən 1.823 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə yuxarıda göstərilən şəxslərin adlarına qeydiyyata alınmaqla ********** qeydiyyat, **********92 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, həmin kənddə yerləşən 0.2295 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə yuxarıda göstərilən şəxslərin adlarına qeydiyyata alınmaqla ********** qeydiyyat, **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahələrinin birgə mülkiyyətçilərindən olan X4 01 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. X8 X5 anası X11 anası olmuşdur. X5 atası X12 olmuşdur. Atasının anası Elmira Səfərbəyovanın qızlıq soyadı “Mirzəbəyova” olmuş, atasının atası Şakir Səfərbəyovla ailə həyatı qurduqdan sonra “Səfərbəyova” soyadını qəbul etmişdir. Atasının anası Elmira Səfərbəyova 02 avqust 2018-ci il tarixdə vəfat etmişdir. X42 isə 14 may 2005-ci il tarixdə vəfat etmişdir. X21 vəfat edənədək onlarla birlikdə yaşamış və yuxarıda qeyd etdiyi 0.2034 ha torpaq sahəsi ailələrinin ümumi birgə sahibliyində, istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin X20ya məxsus hissəsini miras əmlak kimi qəbul etmək hüququ X22ya mənsub olmuş və həmin mirası həmin şəxs faktiki olaraq qəbul etməklə onlarla birlikdə torpaq sahəsinə sahiblik etmiş və ondan istifadə etmişdir. X22 vəfat etdikdən sonra isə mərhum Cəmilə Səfərbəyovanın həmin mirasını, yəni torpaq sahəsinin ona məxsus hissəsini o və digər ailə üzvləri idarə vetmişlər. X22 vəfat etdikdən sonra onun anasından qalmış mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququ olan şəxslər mərhum X42un övladlarına mənsubdur. Çünki, mərhum atası mərhum nənəsindən əvvəl vəfat etmişdir və ona görə də, mirasa dair vərəsəlik hüququ yalnız mərhum atasının uşaqlarına mənsubdur. Həmin şəxslər aşağıdakılardır:
1. X23
2. X26
3. X27 Hazırda bacısı Rəna Səfərova və qardaşı Sabir Səfərov mərhum nənəsinin anası Cəmilə Mirzəbəyovanın miras kütləsinə daxil olan əmlakı qəbul edib mülkiyyətlərinə keçirmək istəmirlər, bu barədə ərizə vermişlər. O, isə həmin mirası öz adına rəsmiləşdirmək istəyir. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 12 sentyabr 2023-cü il tarixli 1125 saylı məktub verilmişdir. Yuxarıda qeyd etdiyi 0.2034 ha torpaq sahəsi 6 nəfər şəxsin mülkiyyətindədir və hər bir mülkiyyətçinin mülkiyyət payı bərabər olmaqla 1/6 hissə təşkil etdiyindən həmin torpaq sahəsinin 1/6 hissəsi X20nın miras kütləsinə daxildir. Onun X20nın miras kütləsinə daxil olan, Qusar rayonu Piral kəndində yerləşən 0.2034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsini vərəsəlik qaydasında qəbul etmək üçün subyektiv hüququ vardır. Uzun müddətdir ki, o, həm həmin torpaq sahəsinin birgə mülkiyyətçisi kimi, həm də miras qoyan Cəmilə Mirzəbəyovanın vərəsəsi kimi həmin torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Göründüyü kimi, o, miras qoyan X20nın mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakların onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X9 ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan ********** qeydiyyat, **********56 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 0.2034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi, X16, X6, Səfərova (Dustiyeva) Rəna Seyid qızının, X17 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan ********** qeydiyyat, **********93 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 0.3903 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi, X16, X6, Səfərova (Dustiyeva) Rəna Seyid qızının, X17 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan ********** qeydiyyat, **********57 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 1.381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi, X16, X6, Səfərova (Dustiyeva) Rəna Seyid qızının, X17 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan ********** qeydiyyat, **********92 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 1.823 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi, X16, X6, Səfərova (Dustiyeva) Rəna Seyid qızının, X17 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan ********** qeydiyyat, **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 0.2295 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi, X16, X6, Səfərova (Dustiyeva) Rəna Seyid qızının, X17 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan XVİİ-JQ 451225 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğılu xx xxxxxx 1994-cü ildə anadan olmuş, atası X18, anası X7r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X28 xx.xx.1969-cu ildə anadan olmuş, atası X24, anası X19r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X13 xx.xx.1945-ci ildə anadan olmuş, atası İmam Mirzəbəyov, anası Cəmilə Mirzəbəyovadır. İşdə olan İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah haqqında akt qeydindən Çıxarışdan görünür ki, X24 ilə X13 xx.xx.1961-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Cəmilə Mirzəbəyova “Səfərova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 941976 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.1999-ciu il tarixdə vəfat etmişdir. İşdə olan X15 notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən və X6 notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş X1 mirasının onların tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirasın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası qəbul etməmişlər və buna görə də öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan X17 adından X9 tərəfindən verilmiş, notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş X1 mirasının onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirasın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan X3 Səfərbəyovanın nəvəsidir. Miras qoyan Cəmilə Mirzəbəyova vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ onun qızı olan Elmira Səfərəbəyovaya mənsub olmuş, həmin şəxs həmin əmlakları faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş, torpaq sahələrindən istifadə etmişdir. Elmira Səfərbəyova vəfat etdikdən sonra isə miras qoyan Cəmilə Mirzəbəyovanın miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək hüququ irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə keçmişdir. Cəmilə Səfərbəyovanın oğlu, Ərizəçi isə atası olan X38 Səfərbəyovadan əvvəl vəfat etdiyinə görə isə mirası vərəsəlik qaydasında qəbul etmək hüququ Seyid Səfərovun uşaqlarına keçmişdir. Odur ki, hazırda miras qoyan Cəmilə Mirzəbəyovanın yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün Ərizəçi subyektiv vərəsəlik hüququ vardır. Həmin hüquq eyni zamanda ərizəçinin bacısına və qardaşına mənsub olsa da, həmin şəxslər həmin mirası qəbul etmək istəmirlər, bu barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi miras qoyan Cəmilə Mirzəbəyova ilə birlikdə yuxarıda göstərilən torpaq sahələrinin birgə mülkiyyətçisidir, həmin şəxsin həmin torpaq sahələrinin hər birinə dair sahiblik, istifadə və sərəncam hüquqları vardır, uzun müddətdir ki, həmin hüquqlarını həyata keçirməklə torpaq sahələrinə faktiki sahiblik edir və onlardan istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Cəmilə Mirzəbəyovanın miras əmlaklarını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin torpaq sahələrinin hər birinin mərhum X2 məxsus 1/6 hissəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizə təmin edilsin. Qusar rayonu Piral kəndində yerləşən, ********** qeydiyyat, **********56 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.2034 ha torpaq sahəsinin; ********** qeydiyyat, **********93 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.3903 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; ********** qeydiyyat, **********57 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 1.381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; ********** qeydiyyat, **********92 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 1.823 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və ********** qeydiyyat, **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.2295 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinin mərhum X2 məxsus 1/6 hissəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HAKİM: ANAR QASİMOV