Məhkəmə qərarları › İş №2(029)-913/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-913/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-913/2023 30.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh “Cavabdeh” kimi göstərilib iddia ərizəsi Qusar rayon məhkəməsinə ünvanlanmış olsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinin ziddinə cavabdehin rəsmi qeydə alındığı yer olması barədə iddia ərizəsinə heç bir sənəd əlavə edilməmiş, və eyni zamanda cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir və “poçt ünvanı” dedikdə – məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi ilə sənədlərin cavabdehə rəsmi qaydada verilməsi mümkün olan ünvan nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün, cavabdehin poçt ünvanını da iddiaçı göstərməlidir. Lakin, iddiaçı istənilən ünvanı cavabdehin poçt ünvanı kimi ərizədə göstərə bilməz. Yəni, cavabdehin poçt ünvanı iddiaçının mülahizələrinə əsasən müəyyən olunmur və iddia ərizəsində cavabdehin poçt ünvanı kimi göstərilən ünvanın cavabdehə hər hansı bir aidiyyətinin olduğunu təsdiq edən sənəd (arayış və s.) məhkəməyə təqdim olunmursa və eləcə də, cavabdehin poçt ünvanı dəqiq olmayan ünvan kimi göstərilirsə - həmin ünvan cavabdehin poçt ünvanı kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları aparılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərdən görünür ki, iddia ərizəsində cavabdehin ünvanı mötəbər sübuta əsaslanmaqla göstərilmədikdə və cavabdehin ünvanı dəqiq müəyyən edilmədikdə, çəkişmə prinsipinə əməl edilməsi üçün iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi və həmin iddia ərizəsinə etiraz və mülahizələrinin bildirilməsi üçün cavabdehə vaxt verilməsi - iddia ərizəsinə baxılıb həll edilməsi üçün qanunda nəzərdə tutulan müddət ərzində mümkün deyildir və bu nöqsan cavabdehin prosessual müddətlər çərçivəsində məlumatlandırılmasına və çəkişmə prinsipinin təmin edilməsinə təminat yaratmır. Ona görə də, məhkəmə araşdırılmasının aparılmasının çəkişmə prinsipinə əməl etməklə aparılması məqsədi ilə cavabdehin ünvanının iddiaçı tərəfindən iddia ərizəsində dəqiq göstərilməsi və həmin ünvanın cavabdehə aid olması barədə iddia ərizəsinə hər hansı bir sübut əlavə edilməsi xüsusi ilə mühüm əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar