Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-915/2024 22.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3774.09 (üç min yeddi yüz yetmiş dörd manat doqquz qəpik) manat pulun və iddia qaldırmaqla əlaqədar ödədiyi 57.75 (əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh zamin duraraq "xxxx" ASCdən xx.xx.2013-cü il tarixində 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) manat məbləğinə kredit almışdır. Bir müddət Cavabdeh öz kreditini stabil ödəsə də, daha sonra ödənişləri dayandırmış və o, (iddiaçı) müqavilə üzrə onun zamini kimi 3575.47 (üç min beş yüz yetmiş beş manat qırx yeddi qəpik) manat borc, həmin məbləğin 7% miqdarında yəni, 295.30 (iki yüz doxsan beş manat otuz qəpik) manat icra ödənişini həyata keçirmişdir. Ümumilikdə 3774.9 (üç min yeddi yüz yetmiş dörd manat doqquz qəpik) manat pul onun əmək haqqından tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hazırda Cavabdeh ona 3774.09 (üç min yeddi yüz yetmiş dörd manat doqquz qəpik) manat ödəməlidir. Cavabdeh kredit borcunu ödədikdən sonrada ona yalan vədlər verərək ona borcu qaytarmaqdan yayınır. Bundan sonra o, Cavabdeh dəfələrlə xəbərdarlıq etmiş və həftədə 3-4 dəfə telefon zəngləri etsə də, o, yaxın vaxtlarda ödəyəcəyini bildirmiş, lakin neçə aylar keçməsinə baxmayaraq həmin pulu ödəməmjşdir. Artıq aradan uzun müddət keçməsinə baxmayaraq həmin borclu qaldığı 3774.09 (üç min yeddi yüz yetmiş dörd manat doqquz qəpik) manat məbləğində pulu ödəməmişdir. O, dəfələrlə pulumun qaytarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh könüllü olaraq pullarını qaytarmaq istəmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh ona borclu olduğu 3774.09 manat puldan 400 manat vermiş, qalan hissəsi isə qalmışdır. Odur ki, həmin halın nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və məhkəməyə ərizə təqdim edərək göstərdi ki, o, iddiaçıya olan borcundan 400 manat qaytarmış, qalan 3374.09 manat borcu qaytarmaqdan imtina etmir, qısa zaman ərzində həmin pulu İddiaçı ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işin materialları və tərəflərin izahatları ilə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh – “Kredit alan” və İddiaçı Vəliyullayevna– “Zamin” olmaqla Kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklər lazımi qaydada icra edilmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Cavabdeh və İddiaçı müştərək qaydada Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4218,5 manat və 20 manat dövlət rüsumunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 14 avqust 2024-cü il tarixli məktubundan Qusar Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 32485/2018-50-3 saylı icra sənədinə əsasən 3478,79 manat məbləğində vəsait "xxxx" ASC-nin hesabına, həmin məbləğin 7 faizi miqdarında 259,30 manat İddiaçı əmək haqqından tutularaq tələbkarın hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehin onun qarşısında borc öhdəliyinin olmasını sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatı ilə iddiaçıya borclu olduğunu etiraf etmiş, lakin həmin borcun 400 manat hissəsini iddiaçıya qaytardığını, qalan hissəsini, yəni 3374.09 manat borcu qaytaracağını bildirmişdir. İddiaçı isə öz növbəsində cavabdehin ona 400 manat pul qaytardığını, 3374.09 manat borcunun isə qaldığını bildirmişdir. Məhkəmə cavabdehin qeyd olunanları etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin faktı sübut etmə vəzifəsindən iddiaçı azaddır və belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında yaranmış borc münasibətləri üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən onun həmin öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında öhdəliyini icra etməlidir. Bununla belə, iddiaçının məhkəmədə vermiş olduğu izahatı ilə bu borcun hazırda 3374.09 manat təşkil etdiyini etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məhz 3374.09 manat borcu vardır. Odur ki, iddia məhz həmin hissədə təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 3774.09 manat məbləğində borc tutularaq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 57.75 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3374.09 (üç min üç yüz yetmiş dörd manat doqquz qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 57.75 (əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-915/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-915/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver