Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-929/2022 27.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 (üç min altı yüz) manat pulun, ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh ona yaxınlaşaraq ona məxsus mağazadan 2018-2020-ci illər ərzində malları nisyə almışdır. Bundan başqa Cavabdeh şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə müxtəlif vaxtlarda ondan borca pul almışdır. Cavabdeh cəmi ona 3600 manat pul borclu olmuşdur. O, Cavabdeh həmin məbləğin nə vaxt qaytaracağını soruşanda cavabdeh ona hər ay 200 manat qaytaracağına söz vermişdir. Bu barədə onların aralarında 24 sentyabr 2020-ci il tarixli yazılı razılaşma olmuşdur. Cavabdeh ilə aralarında 24 sentyabr 2020-ci il tarixli yazılı razılaşma olsada ona borclu olan 3600 manat pulu qeyd olunan müddətdə ona qaytarmamışdır. Cavabdeh borclu olan pulunun qaytarılması barədə onun tərəfindən bir neçə dəfə zəng olunub cavabdeh isə hər dəfə onu aldadaraq pulunun yaxın vaxtlarda qaytarmağına söz vermişdir. Cavabdeh ona borclu olan pulu könüllü olaraq qaytarmaqdan boyun qaçırmış və həmin məbləği bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Cavabdeh onun həmkəndlisidir. Onlar əvvəllər bir yerdə iş görmüşlər, münasibətləri yaxşı olmuşdur. Müəyyən səbəblərə görə Cavabdeh ona borcu olmuşdur. Bundan əlavə, cavabdehin onun işlətdiyi mağazaya borcu olmuş, həmçinin birgə gördükləri işdən cavabdeh ona borclu qalmışdır. Cavabdehin ona borcu olması barədə qəbzi cavabdeh özü imzalamış, həmin qəbz yazılanda cavabdehə heç bir təsir və təziq olmamışdır. O, borcla bağlı cavabdehin həyətinə getmiş, onun qolundan tutub, həyətdən çıxartmaq istəyəndə cavabdeh 102-yə zəng etmiş, daha sonra polis əməkdaşları gəlib onları şöbəyə aparmış, Polis Şöbəsində cavabdeh döyüldüyünü bildirmiş, Polis Şöbəsində ondan izahat alınmışdır. İddianın təmin edilməsi bartədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun iddiaçının işlətdiyi mağazaya 600 manat borcu olmuş, həmin borcdan 350 manatı ödəmiş, hazırda onun iddiaçıya 250 manat borcu qalmışdır. 3000 manat məbləğində onun iddiaçıya borcu yoxdur. Əvvəllər onlar bir yerdə işləmiş, 1 hektardan yuxarı əkin sahəsində paxla əkmişdir. 4 aydan çox, o, həmin sahəsdə işləmiş, orada zəhmət çəkmişdir. Lakin, sonradan paxla bitməmişdir. O, iddiaçı ilə bir yerdə işləyəndə hər ay 700 manat pul qazanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzi o, Quba şəhərində yazmışdır. Belə ki, iddiaçı, iddiaçının oğlu və onun qardaşı, o, Quba şəhərində “TOPAZ”-da olduğu vaxt ora gəlib, onu maşına otuzdurmuş, ona hədə-qorxu gəlmişlər, iddiaçının oğlu ona “səni elə yerə apararamki sənin tikələrində tapılmayacaq” demişdir. Buna görə də, o, qorxudan həmin qəbzi yazıb imzalamışdır. Səhərisi gün o, 102-zəng xidmətinə zəng etmiş, sahə müvəkkilinə baş vermiş hadisə barədə bildirmiş və sahə müvəkkili onları şöbəyə dəvət etmiş, şöbədə 650 manata görə razılaşmış və şöbədə onları barışdırmışlar. İşə baxıb,tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3600 manat pul borcludur. Ayda 200 manat qaytarmaq şərti ilə borcunu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh iddiaçıdan 2018-2020-ci illər ərzində malları nisyə almışdır. Bundan başqa Cavabdeh şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə müxtəlif vaxtlarda ondan borca pul almışdır. Cavabdeh ona hər ay 200 manat qaytaracağına söz vermişdir. Bu barədə onların aralarında 24 sentyabr 2020-ci il tarixli yazılı razılaşma olmuşdur. Cavabdeh ona təzyiq altında həmin qəbzi imzaladığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 3600 manat borc pul vəsaiti tutularaq Hümmət Ağabaliyevə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 56 (əlli altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində borc pul və 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq iddiaçı Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-929/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-929/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver