Məhkəmə qərarları › İş №2(029)-933/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-933/2021

15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-933/2021 15.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 11 oktyabr 2001-ci il tarixdə vəfat etmiş X8 onun doğma bacısı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bacısı X11 1936-cı ildə ünvan 1ində anadan olmuş, 06 may 1983-cü il tarixdə həmin kənddə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 iyun 1983-cü il tarixli, 06 nömrə ilə qeydə alınmışdır. Ölümün səbəbi ateroskleroz olmuşdur. Qusar rayon Qeydiyyat şöbəsində X2 doğumu haqqında akt qeydi tapılmamışdır. Bacısından miras əmlak qalmışdır. X2 sağ qalmış qanun üzrə yeganə vərəsələri o və qardaşı X12 qalmışdır. O, bacısının ölümündən sonra vərəsəlik hüquqlarını həyata keçirmək istəyir. Daha doğrusu bacısının adında olan əmlakları öz adına keçirtmək istəyir. Lakin, X2 doğum haqqında akt qeydi Qusar rayon Qeydiyyat şöbəsində tapılmadığından X8 həqiqətən də onun doğma bacısı olmasını təsdiq edə bilmir, bu səbəbdən maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də, onun və mərhum X11 arasında qohumluluq münasibətləri məhkəmə qaydasında müəyyən edilməlidir. X11 həqiqətən də onun doğma bacısıdır. Onların ataları X13, anaları X22 olmuşlar. X2 həqiqətən də doğma bacısı olmasını bir çox şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, tələbində durur və ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa bildirmişdir ki, o, yaşı və şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə məhkəmə iclaslarında onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 06.12.2021-ci il tarixli Qusar RİHB-nın Gilah kənd İƏD üzrə nümayəndəliyində X19, X10 və X18 tərəfindən tərtib olunmuş aktdan görünür ki, mərhumə X1 sakini Ərizəçi doğma bacısıdır. İşdə olan 06.12.2021-ci il tarixli 135 saylı Qusar RİHB-nın Gilah kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Xuluq kənd sakini mərhumə X11, ünvan 1 sakini Ərizəçi doğma bacısıdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli 249 saylı arayışdan görünür ki, Qusar rayon Qeydiyyat şöbəsinin arxivində X9 məxsus nikah haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli 248 saylı arayışdan görünür ki, Qusar rayon Qeydiyyat şöbəsinin arxivində X9 məxsus doğum haqqında akt qeydi tapılmamışdır. İşdə olan 01.06.2021-ci il tarixli 58 saylı Qusar RİHB-nın Gilah kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, mərhumə X11 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: X12 və Ərizəçi. Mərhumənin ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli arayışdan görünür ki, X22 13.03.1975-ci il tarixdə ünvan 1ində ölmüşdür. Bu barədə 14.03.1975-ci il tarixli ölüm haqqında akt qeydləri kitabında 05 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli arayışdan görünür ki, X17 06 may 1983-cü il tarixdə ünvan 1ində ölmüşdür. Bu barədə 10.06.1983-cü il tarixli ölüm haqqında akt qeydləri kitabında 06 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.05.2021-ci il tarixli arayışdan görünür ki, X11 09.10.2001-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Bu barədə 11.10.2001-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 195 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşdə olan 30 iyun 1962-ci il tarixli АЗ 240957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1946-cı il tarixdə ünvan 1ində anadan olmuşdur. X5, anası X20r. İşdə olan JN-0019 KOD 30108028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 9/3 saylı qərarı ilə ünvan 1ində yerləşən 1.61 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli X-799 saylı məktubdan görünür ki, həmin notariat ofisində 09.10.2001-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bacıqız Rzayeva 11 oktyabr 2001-ci il tarixdə ölmüşdür. X24 Ərizəçi doğma bacısı olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar rayon İHB-nın Gilah kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəiyi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli 135 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X24nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X24nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X24nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma qardaşı olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 11 oktyabr 2001-ci il tarixdə vəfat etmiş X8 doğma qardaşı olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni ərizəçinin Bacıqız Rzayevanın doğma qardaşı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 oktyabr 2001-ci il tarixdə vəfat etmiş X11 ilə Ərizəçi arasındakı qohumluq münasibətləriyəni sonuncunun X24nın doğma qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar