Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-939/2021 08.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tağıyev X4 Ruslan Sadıkoviçə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində borc pulun qaytarılacağı günə olan Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi 28 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun tanışı, iş üzrə Cavabdeh 1994-cü ildə 3700 ABŞ dolları məbləğində pul borc vermişdir. Belə ki, cavabdeh həmin vaxt onun evinə gələrək ona Rusiyaya mal aparmaq üçün 3700 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş və malı sataraq Rusiyadan qayıdan kimi həmin pulu qaytaracağına söz vermişdir. Cavabdehi tanıdığı üçün ona inanaraq həyat yoldaşı Minsulu Tağıyeva evdə olan 2700 ABŞ dollarını gətirməyə tapşırmış, bu vaxt qonşuluqda yaşayan qardaşı Çingiz Tağıyev də onlarda olmuş və qardaşı Çingiz Tağıyevdə evə gedərək 1000 ABŞ dolları məbləğində pulu gətirərək ona vermiş və cəmi 3700 ABŞ dolları məbləğində pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh təkrarən aldığı borc pulu Rusiya Federasiyasından qayıdan kimi qaytaracağına söz verərək çıxıb getmişdir. Bundan sonra cavabdeh uzun müddət Rusiya Federasiyasında olduğundan ondan heç bir xəbər almaq və ondan olduğu yer barədə məlumat almaq mümkün olmamışdır. O, 2019-cu ildə Qusar rayonu Qarat-oba kəndində yas mərasimində olarkən təsadüfən cavabdehlə rastlaşmış və ondan borc olaraq verdiyi 3700 ABŞ dolları məbləğində pulunu tələb etmişdir. Cavabdeh borc aldığı pulu qaytaracağına söz vermiş, bundan sonra dostu, Qusar şəhər sakini İlham İskəndərovla bir yerdə 2019-cu ilin payız aylarında cavabdehin yaşadığı Qusar rayonu Qarat-oba kəndindəki evinə gedərək təkrarən borc verdiyi pulu tələb edəndə cavabdeh təsərrüfatında olan cins qazları göstərərək onları satıb borcu qaytaracağına söz vermişdir. Bir müddət sonra tanışı Azər Nuriyevlə birlikdə Qarat-oba kəndindəki seçki məntəqəsinə gedəndə yolüstü cavabdehin də evinə getmiş, cavabdeh ona 200 ABŞ dolları əvəzinə 10 baş cins qaz qaytarmışdır. 2019-cu ilin oktyabr ayının 8-də isə cavabdeh Qarat-oba kənd marşurutunda avtobus sürücüsü işləyən əmisi oğlu Əkbər Abdurzayevlə yenə 300 ABŞ dolları məbləğində pulu göndərərək qaytarmışdır. Aldığı borc puldan qalan 3200 ABŞ dolları isə bu günə kimi qaytarmamışdır. Ona görə də bu barədə Qusar rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırılmış və 21.11.2020-ci il tarixli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və tələbinin mülki xarakter daşıması ilə əlaqədar ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, 1994-cü ildə 3700 ABŞ dolları məbləğində pulu cavabdehə Qusarda öz evində vermişdir. O, cavabdehi əvvəllər tanımış, həmin vaxtlar cavabdeh Rusiya Federasiyasına tomat aparmaqla məşğul olmuşdur. 2019cu ilə kimi o, pulu cavabdehdən tələb etməmiş, cavabdehin evinə gedəndə qardaşından cavabdehin harada olduğunu soruşduqda, həmin şəxs cavabdehin Rusiya Federasiyasında olduğunu bildirmişdir. Cavabdehin özü ilə danışmamışdır. Cavabdeh Rusiya Federasiyasının Krasnoyarsk şəhərində olmuş, 2019-cu ildə onu təsadüfən yas yerində görmüş və verdiyi 3700 ABŞ dolları məbləğində pulu tələb etmişdir. Bu zaman cavabdeh, təsərrüfatında toyuqların, 120 baş qazın və 20-30 dəvə quşunun olduğunu və onları sataraq borcu qaytaracağını bildirmişdir. Cavabdeh ona 200 ABŞ dolları əvəzinə 10 baş cins qaz və 2019-cu ilin oktyabr ayının 8-də isə Qarat-oba kənd marşurutunda avtobus sürücüsü işləyən əmisi oğlu Əkbər Abdurzayevin vasitəsi ilə yenə 300 ABŞ dolları məbləğində pulu göndərərək qaytarmışdır. Borcun qalan hissəsini isə maşını satıb verəcəyini bildirmişdir. Cavabdeh tanışı Azərin yanında ondan pul aldığını etitaf etmiş, “bu qardaş mənə əl tutub, kömək edib” demişdir. Cavabdeh Rusiya Federasiyasında olduğundan 1994-cü ildən indiyədək məhkəməyə müraciət etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul etmir, İddiaçı çoxdan tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. O, iddiaçıdan 1994-cü ildə 200 ABŞ dolları borc pul almışdır. Lakin, o, iddiaçıya 300 ABŞ dolları və 10 qaz qaytarmışdır. Onun iddiaçıdan 3200 dollar borc pul almağı yalandır, böhtandır. Onun Kamrandan pul almağından uzun müddət keçmişdir, indiyə kimi məhkəməyə şikayət etməmişdir. Buna görə də, iddia müddəti tətbiq olunmaqla iddiaçının iddiası rədd olunmalıdır. Həmçinin bildirir ki, o, COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddia müddəti tətbiq olunmaqla iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar RPŞ-nin TB-nin 21.11.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Vətəndaş İddiaçı tələbinin mülki mübahisəli olduğundan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilmişdir. İşdə olan Qusar şəhəri, E. İbrahimova küçəsi, ev 46-da yaşayan İddiaçı Məhəmməd oğlunun, Qusar şəhəri, E. İbrahimova küçəsi, ev 75-də yaşayan X3, Qusar şəhəri, E. İbrahimova küçəsi, ev 46-da yaşayan X5, Qusar şəhər sakini X1 və Qusar şəhər sakini X2 tərtib etdiyi 01 mart 2021-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Qarat-oba kənd sakini Cavabdeh1994-cü ildə tanışı olan İddiaçı evinə gələrək Rusiya Federasiyasına mal aparmaq üçün lazım olduğunu bildirərək 3700 (üç min yeddi yüz) ABŞ dolları məbləğində borc pul istəmiş, Kamran Məmmədov arvadı Minsulu Tağıyevadan 2700 ABŞ dolları, qonşuluqda yaşayan qardaşı Çingiz Tağıyevdən isə 1000 ABŞ dolları olmaqla cəmi 3700 (üç min yeddi yüz) ABŞ dolları alaraq Cavabdeh borc olaraq vermişdir. Bundan sonra Cavabdeh uzun müddət Rusiya Federasiyasında olduğundan onunla əlaqə saxlamaq və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. 2019-cu ildə Qarat-oba kəndində yas mərasimində olarkən İddiaçı Cavabdehlə təsadüfən görüşmüş və ona verdiyi 3700 ABŞ dolları borcunu istəmişdir. Cavabdeh borcu qaytaracağına söz vermiş, bundan sonra İddiaçı öz dostu İlham İskəndərovla bir yerdə 2019-cu ilin oktyabr ayında Cavabdeh yaşadığı Qusar rayon Qarat-oba kəndindəki evinə gedərək təkrarən borc verdiyi pulunu istəyəndə Ruslan ona təsərrüfatındakı cins qazları sataraq borcu qaytaracağını bildirmiş və təminən bir ay sonra İddiaçı tanışı Azər Nuriyevlə birlikdə Qaratoba kəndində seçki məntəqəsinə gedəndə yolüstü Cavabdeh evinə də getmiş və Cavabdeh İddiaçı 200 ABŞ dolları əvəzinə 10 baş qaz vermiş, bir müddət sonra isə Qaratoba kənd marşurutunda işləyən avtobusda sürücü işləyən Əkbər Abdurzayevlə 2019-cu ilin oktyabr ayının 8-də daha 300 ABŞ dollarını göndərərək qaytarmışdır. Qalan 3200 (üç min iki yüz) ABŞ dollarını isə Cavabdeh bu günə kimi İddiaçı qaytarmamışdır. Məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmiş 08.12.2021-ci il tarixli ərizədən görünür ki, o, iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 1994-cü ildə borc münasibətləri olmuş, lakin aralarında yazılı müqavilə bağlanmamış, yalnız şifahi razılıq olmuşdur. İddiaçı tərəfindən Cavabdeh konkret hansı məbləğdə və hansı müddətə pul verilməsi barədə hər hansı qəbz və ya digər sənəd də olmamışdır. Bununla da, Cavabdeh hazırda iddiaçıya hər hansı məbləğdə borcunun olması məhkəmədə öz təsdiqini tapmamış və iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi 01 mart 2021-ci il tarixli aktı isə məhkəmə mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin akt 1994-cü ildən təxminən 25 il müddət keçdikdən sonra iddiaçının qohumları və tanışları tərəfindən tərtib edilmiş, həmin aktda Cavabdeh imzası isə yoxdur. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddiaçıdan 200 (iki yüz) ABŞ dolları borc pul aldığını etiraf etsə də, aldığı pulu geri qaytardığını, hazırda iddiaçıya borcunun qalmadığını bildirmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq iddia tələbini əsaslı hesab etmir. Bundan başqa, iddiaçı özü də bildirmişdir ki, cavabdeh borcu qaytarmadığından ona müraciət etmək istəmiş, lakin həmin şəxsi tapa bilməmişdir. Bununla da, iddiaçı 1994-cü ildən hüququnun pozulduğunu və iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğunu bilməli olmuş, buna baxmayaraq bununla bağlı məhkəmədə heç bir iddia qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmiş və bu səbəbdən də iddia rədd edilməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müzakirə edərək qeyd edir ki, Mülki Məcəllədə müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı Cavabdeh 1994-cü ildə borc pul verdiyini, lakin həmin şəxsin qaytarmalı olduğu pulu geri qaytarmadığını bildirmiş, bununla da, həmin vaxtdan o, hüququnun pozulduğunu bilməli olsa da, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yalnız həmin vaxtdan təxminən 27 il müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-939/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-939/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver