Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-950/2020 18.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh Qusar rayonu Bədişqala kənd orta məktəbinin direktoru Cavabdeh, üçüncü şəxs Qusar rayon Təhsil Şöbəsinin müdir əvəzi X11, Qusar rayon Təhsil Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Qusar rayonu Bədişqala kənd orta məktəbinin direktoru Cavabdeh qarşı işə bərpa, əmək haqqının, müavinətin və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qusar rayonu Bədişqala kənd orta məktəbinin direktoru Cavabdeh qarşı işə bərpa, əmək haqqının, müavinətin və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəlik vərəqələrinə görə müavinətin verilməsi, Bədişqala kənd tam orta məktəbinin direktorunun xx.xx.2020-ci il tarixdə yazdığı 27 nömrəli əmr ləğv edilməklə onun işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 1000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən Bədişqala kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndi ilə müəyyən edilmiş yaş həddinə çatandan sonra 8 ildir ki, hər il Əmək Məcəlləsinin 10-1.2, 10-1.3 və 73.1-ci maddələrinə əsasən və təhsil sahəsinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətlərinə, o cümlədən işlədiyi sahə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldığına, hökumətin çərçivə sənədləri olan kurikulumların, dərsliklərin, müəllimlərin diaqnostik imtahan resurslarının müəllifi olduğuna, Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi olan layihəyə rəhbərlik etdiyinə və s. görə çalışma müddəti əvvəlki müddətə-bir il artırılır. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi diabet xəstəliyi ağırlaşaraq yataq xəstəsi olmuşdur. Qusar rayon Mərkəzi Xəstəxanası karantin rejiminə keçdiyindən onu müayinə və müalicəyə X14 göndərmişlər. Qusar RMX-dan ona verilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və X15 verilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməyi barədə xəstəlik vərəqələri növbəti iş günündə xx.xx.2020-ci il tarixdə işə çıxaraq işəgötürənə-Bədişqala kənd tam orta məktəbinin direktoruna təqdim etmişdir. Direktorun tələbi ilə həmin vərəqləri xx.xx.2020-ci il tarixdə ona təqdim etməyi barədə qeydi yazmış və imzalamış, o, da həmin tarixdə ərizəni imzalamışdır. Direktor ona bildirmişdir ki, onu xx.xx.2020-ci il tarixdən işdən azad etmişdir. Aldığı bu mənəvi zərbə onu bir aylıq yatağa salmış, təzyiqini, şəkərini kriz həddə çatdırmış, insultdan onu həkimlər xilas etmişlər. Bir az sonra işəgötürəndən ikinci zərbəni almışdır. İşəgötürənin xx.xx.2020-ci il tarixdə sifarişli zərflə ona çatdırdığı tarixsiz və nömrəsiz məktubda yazılmışdır ki, “növbəti bülletenin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən Sizinlə bağlanmış müddətli əmək müqaviləsinə həmin tarixdən (bayram günüdə) xitam verilmişdir”. Aşağıdakı əsaslara görə işəgötürənin-yəni Bədişqala kənd tam orta məktəbinin direktoru X1 xx.xx.2020-ci il tarixdə yazdığı 27 nömrəli əmr ləğv edilməli və o, işə bərpa edilərək xx xxxxxxx 2021-ci ildə başa çatmalı olan layihənin icrasını təmin etmək məqsədilə onun çalışma müddəti bir il müddətinə uzadılmalıdır. Birincisi, o, müddəti xx.xx.2020-ci il tarixdə bitməli olan əmək müqaviləsini imzalamamışdır. Belə bir müddətli əmək müqaviləsi olmadığı üçün onun ləğv edilməsi də absurddur. Əmək Məcəlləsinin 81.2-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. İşəgötürən özünün xx.xx.2019-cu il tarixli əmri ilə bu qadağanı pozmuşdur. Keçən il məhkəmənin qərarı ilə işə bərpa olunmuşdur. Belə olan halda, işəgötürənin ləğv etdiyi həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 73.1 maddəsinə görə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əvvəlki əmək müqavilələrinin müddəti isə işəgötürənin imzaladığı bildirişdən göründüyü kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədərdir. Müddəti uzadılmış əvvəlki illərin əmək müqavilələrinin müddəti də belə olmuşdur. İkincisi, əmək müqaviləsinin müddəti xx.xx.2020-ci ildə bitirdisə, o, xəstələnib xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müalicə olunmuşdursa işəgötürən müalicədən qayıdıb işə çıxdığı ilk iş günündən-yəni xx.xx.2020-ci il tarixdən bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verə bilərdi. İşəgötürən Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əməl etməyərək əmək müqaviləsinə bir təqvim həftəsi deyil, bir aydan sonra-yəni xx.xx.2020-ci il tarixdə, o, işə çıxmamışdan da bir gün qabaq, onun iştirakını təmin etmədən, əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinin icra vəziyyətini müzakirə etmədən müddətli müqavilənin müddətinin Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uzadılıb-uzadılmayacağını müzakirə etmədən birtərəfli xitam verdiyi üçün xx.xx.2020-ci il tarixli əmr ləğv olunmalıdır. Üçüncüsü, işəgötürən əmək müqaviləsinin müddətinin qurtaracağı xx.xx.2020-ci il tarixdə də, əmək müqaviləsini birtərəfli qaydada ləğv edə bilməzdi. Çünki, Təhsil Nazirliyinin qrant müsabiqəsində qalib gəlmiş “Ləzgi dilinin öyrənildiyi məktəblərdə inteqrativ təhsil (İnT)” layihəsinin rəhbəri olaraq, işlədiyi Bədişqala kənd orta məktəbində xx.xx.2020-xx.xx.2021ci il tarixlərdə Təhsil Nazirliyinin təsdiq etdiyi icra planına uyğun fəaliyyət göstərməli, uzun illər minlərlə şagirdə 6 illik Azərbaycan dili fənninin proqramını keçdirməməklə işəgötürənin vurduğu ziyanı yeni yaratdığı səmərəli metodik sistemi tətbiq etməklə kompensasiya etməlidir. İşəgötürən əmək müqaviləsinin 3.4-cü və 4-cü paraqraflarında öhdəsinə götürdüyü öhdəçiliyə əməl etmək-işçinin müəlliflik hüququnun qorunması üçün konkret tədbirlər görmək-ona əmək şəraiti yaratmaq və onun şərtlərini təmin etmək, Təhsil Nazirliyinin onunla bağladığı müqaviləyə əsasən rəhbərlik etdiyi qrant layihəsində öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda-3 hədəf rayonun məktəblərində tətbiqi işlərində iştirak etdiyinə görə ƏM-nin 179q maddəsinin tələbi ilə iş yerini və orta əmək haqqını saxlamaq əvəzinə, müqaviləyə xitam verməli deyil, əmək müqaviləsinin müddətini uzatmalı idi. Bununla da, işəgötürən Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələb etdiyi kimi, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, o, xəstəlik vərəqələrini xx xxxx 2020-ci il tarixdə Bədişqala kənd orta məktəbinin direktoru X3 imza etdirməklə şəxsən təqdim etmiş və həmin vaxtdan bir təqvim həftəsi keçmədən müvafiq qərar qəbul etmək əvəzinə, həmin vaxtdan təxminən 1 ay keçdikdən sonra-yəni xx xxxx 2020-ci il tarixli əmrlə onu qanunsuz olaraq işdən azad etmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qusar rayonu Bədişqala kənd tam orta məktəbinin direktoru X4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2012-ci ildən Bədişqala kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. 1947-ci il təvəllüdlü İddiaçı yaşının 65-ə çatması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq xx.xx.2012-ci il tarixli 09 saylı əmri ilə işdən azad edilmiş, onun elmi dərəcəsi olduğu, qabaqcıl iş təcrübəsi Təhsil Nazirliyi tərəfindən bəyənilərək məktəblərdə öyrənildiyi və yayıldığı nəzərə alınaraq hər il müqavilə qaydasında işə dəvət edilərək 70 yaşa kimi ixtisası üzrə müəllimlik etmişdir. Sonuncu dəfə xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçıla 9 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. İddiaçı hər dəfə 13 və 14 tarixlərində xəstəlik sənədləri alır. O, xəstəxanaya müraciət edərək həmin şəxsin xəstə olub-olmamasını soruşmuş və ona bildirmişlər ki, həmin şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xəstə olmuş, xx xxxx 2020-ci il tarixdə xəstəlik müddəti bitmişdir. Bu səbəbdən də, onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilərək bu barədə əmr qəbul edilmişdir. Lakin, İddiaçı xx xxxx 2020-ci il tarixdə məktəbə poçt vasitəsi ilə iki ədəd xəstəlik vərəqəsi təqdim etmiş və o, həmin sənədləri təhsil şöbəsinə təqdim etmişdir. Həmin bülletenlərə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xəstə olduğu məlum olmuşdur. Ona görə də, xx xxxx 2020-ci il tarixdə yeni əmr qəbul edilərək xx xxxx 2020-ci il tarixli əmr ləğv edilmiş və İddiaçı əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Bundan sonra İddiaçı ərizə ilə müraciət edərək əmək müqaviləsinin müddətinin uzadılmasını xahiş etmiş, lakin həmin şəxsin yaşı 70-dən yuxarı olduğu üçün bunun mümkün olmadığı ona bildirilmişdir. Hesab edir ki, xx xxxx 2020-ci il tarixli əmr qanuni və əsaslıdır, İddiaçıla bağlanmış əmək müqaviləsinə düzgün olaraq xitam verilmişdir. Bundan başqa, iddiaçıya heç bir mənəvi zərər vurulmamış, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Qusar rayon Təhsil Şöbəsinin müdir əvəzi X17 X4 ilə analoji izahat verərək göstərmişdir ki, İddiaçı uzun müddət Qusar rayonu Bədişqala kənd orta məktəbində müəllim işləmiş, sonradan onun yaş həddi tamam olduğuna görə onunla müddətli əmək müqavilələri bağlanmış və həmin şəxs həmin əmək müqavilələrinə əsasən işləməkdə davam etmişdir. Hazırda isə onun 70-dən yuxarı yaşı vardır və təhsil qaydalarına əsasən onunla müddətli əmək müqaviləsi bağlana bilməz. İddiaçıla bağlanmış sonuncu müddətli əmək müqaviləsi xx xxxxxxxx 2019-cu il tarixdə 9 ay müddətinə bağlanmış və həmin müqavilənin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. Məlum olmuşdur ki, həmin şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xəstə olmuş, xx xxxx 2020-ci il tarixdə isə işdə olmalı olmuşdur. Bu səbəbdən də Bədişqala kənd orta məktəbinin direktorunun xx xxxx 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, sonradan İddiaçı təqdim etdiyi xəstəlik vərəqələrindən məlum olmuşdur ki, həmin şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək də, xəstə olmuş və işə başlamalı olduğu tarix xx xxxx 2020-ci il olmuşdur. Bu barədə məktəbə xx xxxx 2020-ci il tarixdə məlum olmuş, həmin tarixdə poçt vasitəsi ilə İddiaçı xəstəlik vərəqələri məktəbə daxil olmuşdur. Ona görə də, məktəb direktorunun xx xxxx 2020-ci il tarixli əmri ilə xx xxxx 2020-ci il tarixli əmr ləğv olunmuş, həmin şəxsin əmək müqaviləsinə işdə olmalı olduğu tarixdən sonrakı vaxtdan-yəni xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, həmin əmr tam qanuni və əsaslıdır, Əmək Məcəlləsinin tələblərinə uyğundur. Bundan başqa, iddiaçıya heç bir mənəvi zərər vurulmamış, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ona görə də, iddia əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında üçüncü şəxs Qusar rayon Təhsil Şöbəsinin nümayəndəsi X6 həmin şöbənin müdir əvəzi X17 ilə analoji izahat verərək onun göstərdiyi halları tam təsdiq etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayonu Bədişqala kənd orta məktəbi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin tarixdən həmin məktəbə müəllim qəbul olunmuşdur. Müqavilə 9 ay müddətinə bağlanmış və müddəti xx xxxx 2020-ci il tarixədək olmuşdur. Həmin müqavilədə İddiaçı imzası yoxdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə Qusar rayonu Bədişqala kənd orta məktəbi arasında bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə elektron sistemə daxil edilmiş, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd orta məktəbinin xx.xx.2020-ci il tarixli 21 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə qurtardığından və həmin vaxtda xəstəliyi ilə əlaqədar müalicədə olduğundan Əmək Məcəlləsinin 73-cü maddəsinin İİ bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məsələsinə xəstəlikdən qayıtdıqdan sonra bir təqvim həftəsi ərzində baxılması qərara alınmışdır. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd orta məktəbinin xx.xx.2020-ci il tarixli 22 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar müalicədən qayıtdığından xx.xx.2020-ci il tarixdə işdə hesab edilmişdir. Bundan başqa, həmin şəxslə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 607983 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki. İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstə olmuş, işə başlamalı tarix xx.xx.2020-ci il olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 613759 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki. İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstə olmuş, işə başlamalı tarix xx.xx.2020-ci il olmuşdur. İş materiallarında olan İddiaçı Bədişqala kənd orta məktəbinin direktoru X3 ünvanlandığı xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, həmin şəxs əmək qabiliyyətini itirdiyi günlər üçün xəstəliyə görə müavinətin verilməsini xahiş etmiş, həmin ərizə Cavabdeh tərəfindən imza olunaraq qəbul edilmişdir. İş materiallarında olan “X16 Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 10162 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən həmin mərkəzin Poliklinika şöbəsinə müraciət etmiş, “Şəkərli diabet İİ tip. Prostat vəzinin adenoması, kəskin sistit” diaqnozu ilə xx.xx.2020-ci il tarixə kimi xəstəlik vərəqəsi açılmış və xəstə konservativ ambulator müalicəyə götürülmüşdür. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd orta məktəbinin xx.xx.2020-ci il tarixli 27 saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli 22 nömrəli əmr ləğv edilmişdir. Həmin şəxs xx.xx.2020-ci il tarixdən işdə hesab edilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 1985-ci ildən müəllimlik fəaliyyəti ilə məşğul olmaqla Qusar rayonu Bədişqala kənd orta məktəbində işləmiş, sonradan onun yaş həddi tamam olduğuna görə onunla müddətli əmək müqavilələri bağlanmış və həmin şəxs həmin əmək müqavilələrinə əsasən işləməkdə davam etmişdir. İddiaçıla bağlanmış sonuncu müddətli əmək müqaviləsi xx xxxxxxxx 2019-cu il tarixdə 9 ay müddətinə bağlanmış, həmin müqavilə xx.xx.2020-ci il tarixdə elektron sistemə daxil edilmiş və həmin müqavilənin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. Həmin şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xəstə olmuş və məktəbin rəhbərliyi tərəfindən o, xx xxxx 2020-ci il tarixdə işdə hesab edilmişdir. Bu səbəbdən də, Bədişqala kənd orta məktəbinin direktorunun xx xxxx 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, sonradan İddiaçı təqdim etdiyi xəstəlik vərəqələrindən məlum olmuşdur ki, həmin şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək də, xəstə olmuş və işə başlamalı olduğu tarix xx xxxx 2020-ci il olmuşdur. Bu səbəbdən də, məktəb direktorunun xx xxxx 2020-ci il tarixli 27 saylı əmri ilə xx xxxx 2020-ci il tarixli əmr ləğv edilmiş, İddiaçı xx xxxx 2020-ci il tarixdə işdə hesab olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. AzərbaycanRespublikasınınƏmək Məcəlləsinin 73-cümaddəsinin1-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı) bayram günüdür. Həmin Maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir. Göründüyü kimi, işəgötürən Qusar rayonu Bədişqala kənd orta məktəbinin direktoru tərəfindən xx xxxx 2020-ci il tarixdə 27 saylı əmr qəbul olunarkən İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli əmrin Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinə uyğun olmadığı-yəni həmin tarixdə İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi müəyyən edilmiş və bu səbəbdən də, həmin əmr ləğv edilmişdir. Bununla da, məktəblə İddiaçı arasında əmək münasibətləri davam etmişdir. Lakin, buna baxmayaraq, eyni tarixdə eyni əmrlə məktəbin direktoru tərəfindən İddiaçı xx xxxx 2020-ci il tarixdə işdə olması hesab edilmiş və xx xxxx 2020-ci il tarixdən yenidən əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, xx xxxx 2020-ci il tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü olmuş və Əmək Məcəlləsinin tələblərinə əsasən qeyri-iş günü olmuşdur. Belə olan halda, onun həmin tarixdə işdə hesab edilməsi qanunazidd olmuşdur. Bundan başqa, məktəb direktoru tərəfindən xx xxxx 2020-ci il tarixli əmr qəbul olunarkən İddiaçı xəstə olub-olmaması, əmək qabiliyyətinin olub-olmaması araşdırılmamış, həmin şəxs məktəbə dəvət olunmaqla onun səhhətinin mövcud vəziyyəti öyrənilməmiş və əmr qəbul olunan vaxtdan təxminən 1 ay əvvəlki tarixnən əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə məktəb direktoruna şəxsən imza etdirməklə xəstəlik vərəqələrini təqdim etsə də, direktor tərəfindən bu barədə vaxtında heç bir qərar qəbul olunmamışdır. Bununla da, Qusar rayonu Bədişqala kənd orta məktəbinin direktoru həmin əmri qəbul edərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinəəsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinəəsasənişçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinəəsasənpozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinəəsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Odur ki, məhkəmə hesab edir ki, Qusar rayonu Bədişqala kənd tam orta məktəbinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli 27 saylı əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən həmin əmr ləğv edilməlidir. Həmçinin, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı tutduğu müəllim vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, həmin şəxsə xəstəliyə görə müavinət hesablanıb ödənilməlidir. Məhkəmə, İddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi tələbini müzakirə edərək hesab edir ki, həmin tələbin əsası kimi istinad olunmuş hallara dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmiş və həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə iddiaçının həmin tələbini əsassız hesab edir. Həmçinin, məhkəmə tərəfindən Bədişqala kənd orta məktəbinin direktorunun əməlində heç bir cinayət tərkibinin əlamətləri aşkar olunmamış və bu barədə hər hansı xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Qusar rayonu Bədişqala kənd orta məktəbinin xx.xx.2020-ci il tarixli 27 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və xəstəliyə görə müavinət ödənilməklə Qusar rayonu Bədişqala kənd orta məktəbinə azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-950/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-950/2020
18.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver