Məhkəmə qərarları › İş №2(029)-965/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-965/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-965/2025 06.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2405 (iki dörd yüz beş) manat məbləğində borc pulun və ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Bolsulu qəsəbəsində yerləşən N saylı hərbi hissədə gizir rütbəsində qulluq edən Neftçala rayon sakini X1 ilə tanışlıq münasibəti olduğu üçün müxtəlif vaxtlarda pula ehtiyacı olmuş və ondan borc pul istəmişdir. O, onun hərbçi olduğunu bilib etibar etdiyindən ona müxtəlif vaxtlarda borca pul vermiş və hər zaman pulunu geri almışdır. Lakin, bir müddət sonra iş yoldaşı Qusar rayon Həsənqala kənd sakini Cavabdeh ilə onu tanış etmiş və onun da borc pula ehtiyacı olmasını bildirmişdir. O, Nurəddinin etibarına güvəndiyindən Cavabdeh hesab nömrəsi ******************** olan əmək haqqı kartına E-manat ödəniş terminalı vasitəsi ilə müxtəlif vaxtlarda, yəni xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 405 manat pulu və xx.xx.2021-ci il tarixdə isə 1.800 manat borc pul göndərmişdir. Həmin tarixlərdən bu vaxta kimi Cavabdeh aldığı 2.405 manat borcunu ona geri qaytarmaqdan boyun qaçırır. Cavabdeh ondan aldığı borc pulu ona 5 ay müddətində geri qaytarmalı idi. Lakin, həmin pulu hər dəfə geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Əvvəllər telefonuna cavab versə də sonradan cavab verməmiş və borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçı onun bank kartına 2405 manat məbləğində pul göndərmiş, həmin pul əslində Nurəddinə çatmalı olmuş və pulu kartdan çıxarıb sonuncuya vermişdir. Hazırda həmin borcu birdəfəyə qaytarmağa imkanı yoxdur. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, özünün kartı olmadığına görə tanışı olan İddiaçı ona verməli olduğu pulu keçmiş iş yoldaşı - Cavabdeh kartına köçürülməsini xahiş etmiş və sonradan özü həmin kartdan istifadə edərək həmin 2405 manat pulu çıxarmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək məhkəmədə iştirak edə bilməyəcəyini, bütün sübutlarını təqdim etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının tələbi tam şəkildə etiraf edilir. Belə olduğu halda Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, həmin faktı, yəni cavabdehə 2405 manat məbləğində pulun göndərilməsini sübut etmə vəzifəsindən iddiaçı azaddır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi iddiaçı tərəfindən cavabdehin kartına 2405 manat göndərilməsi onun (cavabdehin) iddiaçının hesabına həmin məbləğ həddində əsassız yerə varlanması kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2405 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2.405 (iki min dörd yüz beş) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar