Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-972/2022 22.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, Ərizəçi, onun vəkili Nümayəndə, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 və Maraqlı şəxs2 nümayəndəsi X12 iştirakları ilə Ərizəçi maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Maraqlı şəxs2nə qarşı şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Maraqlı şəxs2nə qarşı şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasında daimi yaşaması və hər hansı dövlətin vətəndaşı olmamağına dair faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci il tarixdə keçmiş Türkmənistan SSR, Çarjou vilayəti, Sayat rayonunun Sayat qəsəbəsində anadan olmuşdur. İki yaşında olarkən, yəni 1977-ci ildə ailəliklə Azərbaycan Respublikasının Qusar rayonunun Bədişqala kəndinə daimi yaşamaq üçün köçmüşdür. Həmin vaxtdan da Azərbaycanda yaşayır. O, 1980-1992-ci illərdə Bədişqala kənd orta məktəbində oxumuşdur. O, xx.xx.1994-cü ildə Qusar rayonunun İmamqulukənd kənd sakini X16 ilə evlənmiş və həmin vaxtdan da rayonun İmamqulukənd kəndində yaşayır. Həmin nikahdan iki uşaqları doğulmuşdur. xx.xx.1993-cü ildə ona keçmiş SSRİ-nin pasportu verilmiş, sonradan həmin pasportlar yığılaraq əvəzində müvəqqəti şəxsiyyət vəsiqələri (forma 9) verilirdi. Onun da pasportu alınaraq müvəqqəti vəsiqə vermişlər və gözləməyini bildirmişlər. Amma həmin vaxtdan bu günə qədər ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməmişdir. Bununla əlaqədar Maraqlı şəxs2nə, Dövlət Miqrasiya Xidmətinə və digər aidiyyəti təşkilatlara yazılı müraciətlər etmişdir. O, bütün ömrünü Azərbaycanda yaşamışdır. Etdiyi çoxsaylı şikayətlərə verilmiş cavablardan görünür ki, onun Azərbaycan Respublikası vətəndaşı olmağı müəyyən edilməmişdir. Maraqlı şəxs2 müraciəti ilə əlaqədar ona ünvanlanmış xx.xx.2018-ci il tarixli, 149-7376-1218 saylı və xx.xx.2019-cu il tarixli, 149- 19140-1219 saylı məktublarla onun heç bir dövlətin vətəndaşlığına (Türkmənistan Respublikası) mənsub olmamağı müəyyən edilmiş və Azərbaycan Respublikasında daimi yaşama faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra vətəndaşlıq mənsubiyyətinin müəyyən ediləcəyi göstərilmişdir. Türkmənistan Respublikasının vətəndaşlığına mənsubiyyəti barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı müraciətinə verilmiş xx.xx.2022-ci il tarixli, 7/15-50/15/22 №-li cavab məktubundan da görünür ki, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyindən daxil olmuş məlumata əsasən Türkmənistanın müvafiq səlahiyyətli orqanlarında onun Türkmənistan vətəndaşlığına mənsubiyyəti barədə məlumat yoxdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, 31 dekabr 1975-ci il tarixdə keçmiş Türkmənistan SSR, Çarjou vilayəti, Sayat rayonunun Sayat qəsəbəsində anadan olmuşdur. İki yaşında olarkən, yəni 1977-ci ildə ailəliklə Azərbaycan Respublikasının Qusar rayonunun Bədişqala kəndinə daimi yaşamaq üçün köçmüşdür. Həmin vaxtdan da Azərbaycanda yaşayır. 1980- 1992-ci illərdə Bədişqala kənd orta məktəbində oxumuşdur. 03 yanvar 1994-cü ildə Qusar rayonunun İmamqulukənd kənd sakini X16 ilə evlənmiş və həmin vaxtlan da rayonun İmamqulukənd kəndində yaşayır. Birgə nikahdan iki uşaqları anadan olmuşdur. 22 aprel 1993-cü ildə ona keçmiş SSRİ-nin pasportu verilib, sonradan həmin pasportlar yığılaraq əvəzində müvəqqəti şəxsiyyət vəsiqələri (forma 9) verilirdi. Onun da pasportu alınaraq müvəqqəti vəsiqə vermişlər və gözləməyini bildirmişlər. Amma həmin vaxtdan bu günə qədər ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməyib. Bununla əlaqədar Qusar Rayon Poliş Şöbəsinə, Dövlət Miqrasiya Xidmətinə və digər aidiyyəti təşkilatlara yazılı müraciətlər etmişdir. O, bütün ömrünü Azərbaycanda yaşamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizədə göstərilən xüsusatları və Ərizəçi dediklərini təsdiq etmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X13 izahatında bildirmişdir ki, ərizəni qəbul edir. Ərizəçi artıq uzun müddətdir ki, Azərbaycan Respulikasında yaşayır, daimi yaşayış yeri var, yaşayış veri barədə arayış təqdim olunub. Həmçinin Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyindən daxil olmuş məlumata əsasən Türkmənistanın müvafiq səlahiyyətli orqanlarında Ərizəçi Türkmənistan vətəndaşlığına mənsubiyyəti barədə məlumat yoxdur. Buna görə də ərizənin təmin edilməsinə etiraz etmir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi X20 izahatında bildirmişdir ki, Ərizəçi 1975-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, 1977-ci ildə valideynləri ilə birlikdə Azərbaycan Respulikasına daimi yaşamağa gəlmiş, orta məktəbi Qusar rayonunda oxumuş, 1992-ci ildə SSR-nin pasportu ilə təmin olunmuşdur. Sonradan ailə həyatı qurmuşdur. Ərizəçi 2011-ci ildə Qusar rayon Qeydiyyat və Şəxsiyyət bölməsinə müraciət etmiş, həmin vaxt ərizəçidə keçmiş SSRİ pasportu olmuş, qeydiyyat yeri Qusar rayon İmamqulukənd kəndi olmuşdur. Lakin, naməlum səbəblərdən həmin SSRİ pasportu itmişdir. Həmin vaxtlarda Türkmənistanda Azərbaycan vətəndaşlarının müəyyən problemləri olmuş, miqrasiya xidməti tam qanuna müvafiq qaydada ünvana gəlmə vərəqəsi göndərmiş, naməlum səbəblərdən həmin vərəqə 1993-cü ildə göndərilməmişdir. Buna görə də sənədləşmədə problem yaranmışdır. Miqrasıya xidmətinin də vətəndaşın qeydiyyatı barədə tam məlumat olmamış, arxiv sənədlərinə əsasən yaşayış hüququnun tanınmasını bildirmişdir. Ərizəçinin 2011-ci ildən sənədi əldə etmək üçün yazışmaları olmuşdur. Miqrasıya xidməti 2018-ci ildə vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Türkmənistanın Respublikası vətəndaşa iki il məsubiyyət barədə arayış verməmişdir. Uzun müddətdir ki, ərizəçi Azərbaycan Respublikasında yaşayır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İİ-ДБ № 479545 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 31 yanvar 1975-ci il tarixdə Türkmənistan SSR, Çarjou vilayəti, Sayat rayonunun Sayat qəsəbəsində anada olmuşdur. İşdə olan Vİ-ЖГ № 371419 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Ərizəçi nikahları 03 yanvar 1994-cü il tarixdə Qusar İHB-nın İmamqulukənd nümayəndəliyində 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan X2, X5 və X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən 1994-cü ildə Ərizəçi İmamqulukənd sakini X16 ilə ailə həyatı qurduqdan sonra daimi İmamqulukənd kəndində yaşayır. İşdə olan Qusar rayon Təhsil Şöbəsi Bədişqala kənd tam orta məktəbindən verilmiş 09 avqust 2014-cü il tarixli 29 saylı arayışdan görünür ki, həqiqətən Ərizəçi Elbrus qızı 1980-1981-ci tədris ilində məktəbin hazırlıq sinifinə daxil olmuş, 1991-1992-ci tədris ilində Xİ (on birinci) sinifi bitirmişdir. İşdə olan Maraqlı şəxs2ndən Ərizəçi ünvanlanmış xx.xx.2018-ci il tarixli 149-7376- 1218 saylı məktubun surətindən görünür ki, Ərizəçi dəfələrlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciət edərək müsbət cavab ala bilmədiyi ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Qusar RPŞ-si tərəfindən onun təqdim etdiyi sənədlər baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, onun heç bir dövlətin vətəndaşlığına (Türkmənistan Respublikası) mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktı məhkəmə tərəfindən müyyən edildikdən sonra vətəndaşlıq mənsubiyyəti müəyyən ediləcəkdir. Odur ki, Ərizəçi izah edilmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Qusar rayonunda daimi yaşamağı faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra müraciət etməlidir. İşdə olan Qusar rayon Dövlət arxivindən verilmiş xx.xx.2012-ci il tarixli 414 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonun Gedəzeyxur kənd İƏÜNnin 1991-1995-ci illərin 8 nömrəli Bədişqala kəndi üzrə olan Təsərrüfatbaşına kitabda X1 təsərrüfatında X6 və Ərizəçi Elbrusun təsərrüfat üzvüləri olduqları və Ərizəçi Elbrusun 9-11ci siniflərdə Bədişqala kənd orta məktəbində oxuduğu, ərə köçüb 11-94-cü il qeyd edilmişdir. İşdə olan Qusar rayon Dövlət arxivindən verilmişd xx.xx.2011-ci il taixli 578 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonun İmamqulukənd kənd İƏÜN-nin 1996-2000, 2001-2005-ci illərin 1 və 13 nömrəli Təsərrüfatbaşına kitablarda X3, X11 təsərrüfatında təsərrüfat üzvü kimi qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın İmamqulukənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 591 saylı arayışdan görünür ki, Feyzullayeva X9 rayonunun İmamqulukənd kənd sakinidir və onun ailəsi aşağıdakı üzvlərdən ibarətdir. X16, X17, X18. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinndən verilmiş 29 mart 2018-ci il tarixli ******* saylı şəxsin Azərbayan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair arayışdan görünür ki, 31 dekabr 1975-ci iltəvəllüdlü Ərizəçi Elbrus qızının 1865/m nömrəli, 27 fevral 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İşdə olan Maraqlı şəxs2ndən Ərizəçi ünvanlanmış 13 fevral 2017-ci il tarixli 149- 2145F-1217 saylı məktubdan görünür ki, AzərbaycanRespublikasının DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məlumatına əsasən onun Qusar rayonunda qeydiyyatda olmağı barədə heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2013-cü il tarixli K/F-3572 saylı məktubdan görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bununla belə 1981-ci il tarixdən hal-hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı faktı məhkəmə qaydasında tanındıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməklə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 7/15-50/15/22 saylı məktubdan görünür ki, Səfirlikdən daxil olmuş məlumata əsasən, Türkmənistanın müvafiq səlahiyyətli orqanlarına Ərizəçi Türkmənistan vətəndaşlığına mənsubiyyəti barədə məlumat yoxdur. İşdə olan Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyindən verilmiş xx.xx.2021-ci il tarixli 429/2021 saylı arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Türkmənistan SSR, Çarjou vilayəti, Sayat rayonunun Sayat qəsəbəsində anadan olmuş Ərizəçi Türkmənistan Respublikasının vətəndaşlığına mənsubiyyətini Türkmənistanın müvafiq orqanları müəyyən edə bilməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmasa da, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Qusar rayonu İmamqulukənd kənd sakini X16 ilə rəsmi nikaha daxil olmaqla daimi olaraq həmin kənddə yaşayır. Həmin hal ərizəyə əlavə olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Bundan başqa, həmin şəxsin anadan olduğu Türkmənistan Respublikasının vətəndaşı olub-olmaması araşdırılmış və onun həmin respublikanın vətəndaşı olması barədə məlumat aşkar edilməmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı onun üçün hüquqi əhəmiyyət kəsb edir. Belə ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini başqa yolla və üsulla əldə edə bilmir, şəxsin vətəndaşlıq mənsubiyyətini müəyyən edən miqrasiya orqanı və şəxsiyyət vəsiqələrini verən polis orqanı da ərizəçiyə bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Odur ki, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-972/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-972/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver