Məhkəmə qərarları › İş №2(029)-974/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-974/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-974/2021 20.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 14 noyabr 1992-ci il tarixdə vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızının həqiqətən də anası X3 doğma bacısı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma xalası Mülkiyeva Fiyzabani Osman qızı 1914-ü ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, 14 noyabr 1992-ci il tarixdə həmin kənddə 78 yaşında vəfat etmiş, bu barədə ölüm haqqında qeydləri kitabında 25 noyabr 1992-ci il tarixli, 22 nömrə ilə qeydə alınmışdır. Ölümün səbəbi ürək çatışmamazlığı olmuşdur. Xalası Mülkiyeva Fiyzabani Osman qızının doğumu haqqında məlumat Qusar rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi tapılmamışdır. Xalasından miras əmlak qalmışdır. Xalası Mülkiyeva Fiyzabani Osman qızının sağ qalmış qanun üzrə yeganə vərəsələri ərizəçi və onun bacı qardaşları qalmışdır. O, xalasının ölümündən sonra vərəsəlik hüquqlarını həyata keçirmək istəyir. Daha doğrusu xalasının adında olan əmlakları öz adına keçirtmək istəyir. Lakin, xalası Mülkiyeva Fiyzabani Osman qızının doğum haqqında akt qeydi Qusar rayon Qeydiyyat şöbəsində tapılmadığından Mülkiyeva Fiyzabani Osman qızının həqiqətən də onun doğma xalası olmasınıyəni anası X3 doğma bacısı olmasını təsdiq edə bilmir, bu səbəbdən maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoru ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də, onun və mərhum Mülkiyeva Fiyzabani Osman qızı arasında qohumluluq münasibətləri məhkəmə qaydasında müəyyən edilməlidir. Mülkiyeva Fiyzabani Osman qızı və anası X6 həqiqətən də doğma bacıdırlar. Onların ataları X10, anaları X15 olmuşlar. Xalasının və anasının həqiqətən də doğma bacıları olmalarını bir çox şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və izahatında bildirmişdir ki, onun doğma xalası Mülkiyeva Fiyzabani Osman qızı 1914-ü ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, 14 noyabr 1992-ci il tarixdə həmin kənddə 78 yaşında vəfat etmiş, bu barədə ölüm haqqında qeydləri kitabında 25 noyabr 1992-ci il tarixli, 22 nömrə ilə qeydə alınmışdır. Ölümün səbəbi ürək çatışmamazlığı olmuşdur. Xalası Mülkiyeva Fiyzabani Osman qızının doğumu haqqında məlumat Qusar rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi tapılmamışdır. Xalası Mülkiyeva Fiyzabani Osman qızının sağ qalmış qanun üzrə yeganə vərəsələri o və onun bacı qardaşları qalmışdır. O, xalasının ölümündən sonra vərəsəlik hüquqlarını həyata keçirmək istəyir. Daha doğrusu xalasının adında olan əmlakları öz adına keçirtmək istəyir. Lakin, xalası Mülkiyeva Fiyzabani Osman qızının doğum haqqında Qusar rayon Qeydiyyat şöbəsində akt qeydi tapılmadığından Mülkiyeva Fiyzabani Osman qızının həqiqətən də onun doğma xalası olmasını yəni anası X3 doğma bacısı olmasını təsdiq edə bilmir və bu səbəbdən maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoru ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Xalası Fiyzabani Mülkiyeva Rəsul Mülkiyevlə ailə qurmuş və həmin şəxsin soyadını yəni Mülkiyeva soyadını qəbul etmişdir. Daha sonra Rəsul Mülkiyev 1941-1945-ci illərdə müharibəyə getmiş və geri qayıtmamışdır. Odur ki, qeyd olunan halları nəzərə alıb məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 07.05.2021-ci il tarixli X11 (Qusar RİHB-nın İmamqulu kənd İƏD üzrə nümayəndənin müavini), X19 (kənd sakini), X4 (kənd sakini), X12 (kənd sakini), X5 (kənd sakini) tərəfindən tərtib olunmuş Aktdan görünür ki, onlar 14 noyabr 1992-ci il tarixində vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızı ilə bir məhəllədə yaşamışlar, mərhumun Qusar rayonu İmamqulukənd kəndində yaşayan Ərizəçi doğma xalası olduğuna şahidlik edirlər. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli 513 saylı arayışdan görünür ki, 14 noyabr 1992-ci il tarixdə vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızı həqiqətən də Ərizəçi doğma anası olan X9 atası, anası bir bacısıdır. İşdə olan 25 noyabr 1992-ci il tarixli İV-ЖГ № 392213 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mülkiyeva Fiyzabani Osman qızı 14 noyabr 1992-ci il tarixdə ürək-damar çatışmamazlığı nəticəsində Qusar rayonunda ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 77/15 saylı arayışdan görünür ki, Qusar rayon Qeydiyyat şöbəsinin arxivində Mülkiyeva Fiyzabani Osman qızına məxsus nikah haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 73/15 saylı arayışdan görünür ki, Qusar rayon Qeydiyyat şöbəsinin arxivində Mülkiyeva Fiyzabani Osman qızına məxsus doğum haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuşdur. X7, anası X13r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X1 Salihat Osman qızı ilə Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 24.03.1947-ci il tarixdə 06 saylı akt qeydi ilə nikah bağlamış, nikah bağlandıqdan sonra qadın “Cumartova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli arayışdan görünür ki, X6 12 mart 1928-ci il tarixdə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuşdur. X2, anası X14r. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli X-494 saylı məktubdan görünür ki, həmin notariat ofisində 14 noyabr 1992-ci il tarixdə vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli arayışdan görünür ki, X21 09.11.2007-ci il tarixdə Qusar rayonu İmamqulukənd kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşdə olan 24.08.2021-ci il tarixli 317 saylı Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışından görünür ki, X16 təsərrüfat üzvlərinin siyahısında arvadı kimi göstərilmiş X9 28/İX-2004-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Fiyzabani Mülkiyeva 14 noyabr 1992-ci il tarixdə ölmüşdür. Mərhum Fiyzabani Mülkiyeva Ərizəçi doğma xalası olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəiyi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli 513 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi mərhum Fiyzabani Mülkiyevanın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla mərhum Fiyzabani Mülkiyevanın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə mərhum Fiyzabani Mülkiyevanın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma bacısı oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 14 noyabr 1992-ci il tarixdə vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızının doğma bacısı oğlu olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni ərizəçinin Fiyzabani Mülkiyevanın doğma bacısı oğlu olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdikləri halları tam sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 14 noyabr 1992-ci il tarixdə vəfat etmiş Mülkiyeva Fiyzabani Osman qızı ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni sonuncunun mərhum Fiyzabani Mülkiyevanın doğma bacısı oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar