Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-975/2025 03.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlak vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlər əsasında, yəni torpaq sahəsinin ayrılmasına dair Qusar şəhər Sovetinin 17 yanvar 1956-cı il tarixli qərarına və digər torpaqayırma sənədlərinə, o cümlədən texniki pasporta əsasən atası X2 məxsus olmuşdur. X4 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə 2 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır: o, Bağışova (Abbasova) Gülnaz Abbas qızı, bacısı Maraqlı şəxs2. Hazırda mərhum atasından miras qalmış torpaq sahəsi onun sahibliyində və idarəçiliyindədir, vaxtaşırı olaraq həmin evə və həyətyanı torpaq sahəsinə gedib gəlir, əmlaklara nəzarət edir. Mərhum atasının digər vərəsəsi olan bacısı Maraqlı şəxs2 mərhum atasından qalmış mirası qəbul etmək istəmir, bu barədə ərizə verəcəkdir. O, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 07 avqust 2025-ci il tarixli 1637 saylı məktub verilmişdir. X4 vəfat edərkən hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edir ki, onun ərizəsinin əsasları 1964cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Bildirir ki, mərhum X4 vəfat edən zaman o, həmin evdə yaşamış, mirasa faktiki olaraq yiyələnmişdir. Ailə həyatı qurduqdan sonra həmin evi tərk etsə də, mütəmadi olaraq həmin evə gəlib getməkdə davam etmişdir. Bununla da, miras əmlakları qəbul edən yeganə vərəsə o olmuşdur. Hesab edir ki, mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ vardır. Göründüyü kimi, o, miras qoyan mərhum X4un mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak mənim mülkiyyətimə verilməlidir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində göstərilənləri təsdiq edir. Əlavəsi yoxdur, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar rayon Notariat ofisinə və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.1981-ci ildə Qusar şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlər əsasında, yəni torpaq sahəsinin ayrılmasına dair Qusar şəhər Sovetinin 17 yanvar 1956-cı il tarixli qərarına və digər torpaqayırma sənədlərinə, o cümlədən texniki pasporta əsasən ərizəçinin atası X2 məxsus olmuşdur. Ərizəçinin X4 xx.xx.1981 -ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə 2 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır: Ərizəçi, yəni Bağışova (Abbasova) Gülnaz Abbas qızı, bacısı Maraqlı şəxs2. Hazırda mərhum atasından miras qalmış torpaq sahəsi ərizəçinin sahibliyində və idarəçiliyindədir, vaxtaşırı olaraq həmin evə və həyətyanı torpaq sahəsinə gedib gəlir, əmlaklara nəzarət edir. Mərhum atasının digər vərəsəsi olan bacısı Maraqlı şəxs2 mərhum atasından qalmış mirası qəbul etmək istəmir. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Ərizəçi mərhum atası X1 miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməli və həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X1 miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin və həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-975/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-975/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver