Məhkəmə qərarları › İş №2(029)-976/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-976/2020

26.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-976/2020 26.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdeh Qusar rayonu Cavabdehnə qarşı Qusar rayonu Hil kənd orta məktəbinin xx.xx.2020-ci il 48-4 saylı əmrinin ləğv edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qusar rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli 48-4 saylı əmrinin ləğv edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə cavabdeh Qusar rayonu Cavabdeh direktoru Bəkərova Zöhrə Əhmədbəy qızı məhkəmə hazırlığı iclasına gəlmiş, İddiaçı isə məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmənin hazırlıq iclası iddiaçının iştirakı olmadan keçirilmiş və işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə İddiaçı, onun vəkili X1 və cavabdeh Qusar rayonu Cavabdeh direktoru Bəkərova Zöhrə Əhmədbəy qızı məhkəmə iclasına gəlmiş, işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmışdır. Bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun vəkili X1 və cavabdeh Qusar rayonu Cavabdeh direktoru Bəkərova Zöhrə Əhmədbəy qızı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı və cavabdeh Qusar rayonu Cavabdeh direktoru Bəkərova Zöhrə Əhmədbəy qızının iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Qusar rayonu Cavabdehnə qarşı Qusar rayonu Hil kənd orta məktəbinin xx.xx.2020-ci il 48-4 saylı əmrinin ləğv edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair mülki iş, İddiaçı və cavabdeh Qusar rayonu Cavabdeh direktoru Bəkərova Zöhrə Əhmədbəy qızı məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar