Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-985/2022 29.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Ağamirzə oğlunun və cavabdeh X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Ağamirzə oğluvasitəsi ilə Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 2300 (iki min üç yüz) manat əsas borcun və iddia qaldırmaqla əlaqədar ödədiyi 43 (qırx üç) manat dövlət rüsumunun alınıb ona qaytarılmasınadair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 noyabr 2020-ci il tarixdə ondan 2300 (iki min üç yüz) manat borc almış, həmin borcu 2021-ci il ərzində ona qaytaracağını vəd etmişdir. O, Cavabdeh çoxdan tanıdığı üçün ona inanıb həmin pulu borc vermişdir. Cavabdeh ondan aldığı 2300 manat pulu 2021-ci il ərzində qaytaracağı barədə ona yazılı izahat vermiş, həmin izahatda Cavabdeh tərəfindən edilmiş imza 04 noyabr 2020-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti Başçısının Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Lakin, həmin vaxtdan 1 ilə yaxın keçməsinə baxmayaraq Cavabdeh hal-hazıra kimi həmin məbləği ona qaytarmamışdır. Cavabdeh ona borclu olduğu pulu könüllü olaraq qaytarmaq istəmir. Dəfələrlə cavabdehə müraciət edərək ona borclu olduğu pulu qaytarmasını xahiş etsə də heç bir nəticə olmamış, cavabdeh pulunu qaytarmamışdır.Ona görə də Cavabdeh ona borclu olduğu 2300 (iki min üç yüz) manat pulcavabdehdən məhkəmə qaydasında alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Ağamirzə oğlu iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. O, cavabdehı çoxdan tanıyır. İddiaçı cavabdehlə şifahi olaraq razılaşaraq, Qusar rayonu Həsənqala kəndindən 18 sot torpaq sahəsini 2300 manata almış, həmin pulu cavabdehə o, özü vermişdir. Lakin, həmin torpaq sahəsinin sənədləri cavabdehin mərhum atasına adına olduğundan, alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Cavabdeh sənədləşməyə kömək edəcəyini bildirsədə, bunu etməmişdir. Cavabdeh həmin məbləğdə pulu aldığı barədə iltizam imzalamış və həmin sənəd Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Həmin iltizama əsasən cavabdeh iddiaçıya 2300 manat məbləğində pulu qaytaracağını öhdəsinə götürmüş, lakin həmin pulu qaytarmamışdır. Hazırda da cavabdeh həmin pulu qaytarmaqdan imtina edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehiddianı qəbul etməyərəkizahatında bildirmişdir ki, onun adında əvvəllər iddiaçıya məxsus olan 57 sot torpaq sahəsi olmuşdur. İddiaçının atası Nümayəndə Ağamirzə oğlu maddi vəziyyətləri zəif olduğuna görə həmin torpaq sahəsini satmağı ona tapşırmışdır. 18 sot torpaq sahəsi onun atasının adına olmuş, həmin 18 sot torpaq sahəsinin alqı-satqısını həyata keçirmək mümkün olmamışdır. Həmin torpaq sahəsindən Nümayəndə Ağamirzə oğlu istifadə edir. Həmin torpaq sahəsi satılmadığına görə iddiaçı ondan pul tələb etməyə başlamışdır. O, Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyində iltizama könüllü qol çəksə də, bunu savadsızlığından etmişdir. O, iddiaçıya olan borcunu qəbul etmir, iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb,tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişxx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Qusar rayonu Həsənqala kəndində yaşayan Cavabdeh İddiaçı 2300 (iki min üç yüz) manat məbləğində borc pul almış, 2021-ci il ərzində həmin məbləği tam olaraq qaytaracağına söz vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh 18 sot torpaq sahəsinə görə İddiaçı sonuncunun atası Nümayəndə vasitəsi ilə 2300 manat məbləğində pul almış, torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəyini vəd etsə də vədini yerinə yetirməmiş, aldığı 2300 manat məbləğində pulu 2021-ci il ərzində tam olaraq qaytaracağı barədə iddiaçıya izahat-iltizam yazıb vermiş, həmin sənəd Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyində təsdiq olunmuşdur. Cavabdeh həmin izahat-iltizam yazarkən ona heç bir təzyiq olmadığını məhkəmə iclasında bildirmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında 2300 manat məbləğində pulun qaytarılmasına dair öhdəliyi yaranmış, lakin həmin öhdəliyi yerinə yetirməmişdir.Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh2300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2300 (ikimin üç yüz) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat məbləğində pulvəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-985/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-985/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver