Məhkəmə qərarları › İş №2(029)-988/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-988/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-988/2020 23.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qusar şəhəri, M.Murtuzayev küçəsi 11 saylı ünvanda yerləşən ona məxsus yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə və cavabdehlərin həmin evdən qeydiyyatdan çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun xüsusi mülkiyyətində Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanda yerləşən yaşayış evi vardır. Həmin evdə hal-hazırda ondan başqa qeydiyyatda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da vardır. O, cavabdehləri tanımır və onların həmin evə necə qeydiyyata düşdüklərini də bilmir. Cavabdehlər onun evində qeydiyyatda olsalar da, heç bir zaman ona məxsus Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanda yerləşən yaşayış evində yaşamamışlar və indi də yaşamırlar. Ona görə də, cavabdehlərin həmin evdən itifadə hüquqlarına xitam verilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə 15 ildir ki, Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11A ünvanında yerləşən evdə yaşayır. Səhvən o və ailə üzvləri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus yaşayış evinə qeydiyyata düşmüşlər. Ona görə də, o və ailə üzvləri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanda yerləşən yaşayış evində istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx xxxxxx 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, M.Murtuzayev küçəsi, 11 saylı ünvanda yerləşən **********34-10301 reyestr nömrəli 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 218.8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan “elektron notariat” X1 Çıxarışdan göünür ki, Qusar şəhəri, Murtuzayev küçəsi, 11 saylı ünvanda xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1971-ci il tarixli İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh4 və xx.xx.1980-cı il təvəllüdlü X4 qeydiyyatdadırlar. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2170 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri, M.Murtuzayev küçəsi, 11 saylı evdə qeydiyyatdadır. İşdə olan Seriya AZE № 16493807 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1971-ci il təvəllüdlü İddiaçı ünvan 2 saylı ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1973-cü il təvəllüdlü Cavabdeh2 ünvan 2 saylı ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 218.8 kv.metr yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam mülkiyyət sahibi olmaqla iddiaçı İddiaçı məxsusdur. Həmin mənzil iddiaçının adına Seriya RX № ******* saylı, xx xxxxxx 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdehlər həmin ünvanda heç vaxt yaşamamışlar və hazırda da yaşamırlar. Həmin ünvanda cavabdehlərə məxsus olan hər hansı bir əmlak yoxdur. Cavabdehlərin mübahisəli yaşayış evinə qeydiyyatları formal xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanında formal qeydiyyatdadırlar. Belə ki, faktiki olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evdə yaşamırlar. Yaşayış evindən istifadəyə dair iddiaçı ilə cavabdehlər arasında hər hansı bir razılaşma yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq qeydiyyatda olmaları mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 11 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar