Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-99/2022 17.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, iddiaçının vəkili X7 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8000 (səkkiz min) manat pulun və iddia qaldırılması ilə əlaqədar ödədiyi 100 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, üçüncü şəxs X8 qeydiyyat şəhadətnaməsinə əsasən özünün adında olan VAZ-21154 markalı, ** HM *** qeydiyyat nişanlı, 2012-ci ilin istehsalı olan, tünd albalı-metallik rəngli minik avtomobilini “Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında etibarnamə”yə əsasən 2019-cu ildə Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manata satmışdır. Həmin etibarnamənin vaxtı qurtardıqdan sonra X8 17 sentyabr 2020-ci il tarixdə Cavabdeh adına yenidən “Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında etibarnamə” vermişdir. Cavabdeh onun qohumudur, bacısının əridir. Bu səbəbdən Cavabdeh həmin avtomobili 8800 (səkkiz min səkkiz yüz) manata X2 aldığı zaman o da, orada iştirak etmişdir. Həmin pul Qusar rayonu Yasab kəndində Cavabdeh evində Cavabdeh tərəfindən X3 oraya göndərdiyi doğma oğlu X9 verilmişdir. Həmin vaxt orada o və Cavabdeh həyat yoldaşı, yəni onun bacısı X5 da olmuşdur. Cavabdeh həmin avtomobili 22 dekabr 2020-ci il tarixdə “Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında etibarnamə”yə əsasən 8000 (səkkiz min) manata ona satmışdır. Həmin etibarnamə Cavabdeh tərəfindən ona üçüncü şəxs X3 ona verdiyi 17 sentyabr 2020-ci il tarixli etibarnamə əsasında verilmiş və Qusar rayon Notariat Ofisində 22 dekabr 2020-ci il tarixdə təsdiq olunmuşdur. Cavabdeh həmin avtomobili 8000 (səkkiz min) manata ona satarkən onun bacısı, yəni cavabdehin həyat yoldaşı X5 və Qusar rayonu Əvəcuq kənd sakini X10 da iştirak etmişlər. Həmin pulu o, həmin şəxslərin yanında Cavabdeh evində nəğd olaraq sonuncuya vermişdir. 22 dekabr 2020-ci il tarixdən həmin avtomobil onun qanuni istifadəsindədir. 13 iyul 2021-ci il tarixdə üçüncü şəxs X1 rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək guya onun tərəfindən üçüncü şəxsin kələm sahəsinə qəsdən dərman tökülməklə həmin sahədə olan kələm məhsulunun bir hissəsinin yararsız hala salınmasını bildirmişdir. Lakin, o, həmin şəxsin kələm sahəsinə dərman tökməmiş və üçüncü şəxsin şikayəti özünün şübhələrindən başqa heç nəyə əsaslanmamışdır. O, X4 bildirmişdir ki, “nəyə istəyirsən and içim ki, mən onun kələm sahəsinə dərman tökməmişəm”. Lakin, X8 ona inanmamış və şikayətindən əl çəkməmişdir. X3 şikayəti Qusar rayon Polis Şöbəsində araşdırılmış və Qusar rayon Polis Şöbəsinin təhqiqatçısı Elxan Abdullayevin 23 iyul 2021-ci il tarixli qərarına əsasən şikayət əsassız olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. X8 bundan narazı qalıb ondan qisas almaq üçün özünün adında olan VAZ-21154 markalı, ** HM *** qeydiyyat nişanlı, 2012-ci ilin istehsalı olan, tünd albalı- metallik rəngli minik avtomobilini Cavabdeh satdığı 17 sentyabr 2020-ci il tarixli “Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında etibarnamə”ni Qusar rayon Notariat Ofisində ləğv etdirmişdir. Həmin etibarnamə ləğv edildiyi üçün Cavabdeh həmin avtomobil barəsində ona verdiyi 22 dekabr 2020-ci il tarixli etibarnamə də qüvvədən düşmüşdür. Bundan sonra üçüncü şəxs X1 Rayon Məhkəməsində ona qarşı həmin avtomobilin geri qaytarılması tələbinə dair iddia qaldırmışdır. Hazırda o, həmin avtomobilə görə Cavabdeh ödədiyi 8000 (səkkiz min) manat pulu həmin şəxsdən geri tələb edir. Cavabdeh isə həmin avtomobilə görə X4 ödədiyi 8800 (səkkiz min səkkiz yüz) manatı geri tələb edə bilər. Həmin avtomobilə həm onun, həm də ki, Cavabdeh sərəncam vermək hüquqları X8 tərəfindən ləğv edilmişdir. Ona görə də Cavabdeh həmin avtomobilə görə ödədiyi 8800 manat pulu X2 geri tələb etməyə haqlıdır. Lakin, Cavabdeh X2 həmin pulu geri tələb etmək istəmir. Bu, Cavabdeh öz hüququdur, öz iradəsindən asılı bir hərəkətdir, necə istəyirsə elə də hərəkət edə bilər. Lakin, o, həmin avtomobilə görə ödədiyi 8000 (səkkiz min) manat pulu Cavabdeh geri tələb edir. Hal-hazırda həmin avtomobil onun həyətindədir, lakin həmin avtomobil barəsində onun səlahiyyətləri ləğv edildiyi üçün o, həmin avtomobili sürə, avtmobildən istifadə edə bilmir. Belə olduğu halda, həmin avtomobilə görə Cavabdeh ödədiyi 8000 manat pul Cavabdeh tərəfindən ona qaytarıldıqdan sonra o, həmin avtomobili üçüncü şəxs X4 qaytarmağa razıdır. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında bildirmişdir ki, o, iddia ərizəsində cavabdehdən 8000 manat məbləğində pul tələb etmişdir. Həqiqətdə isə o, VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobili 2020-ci ilin dekabr ayında Cavabdeh 7930 manata etibarnamə əsasında satın almışdır. Həmin vaxt o, avtomobilin Sadulla Xidirova məxsus olduğunu bilmiş, maşının dəyəri olaraq 7930 manat pulu Cavabdeh həmin şəxsin evində vermişdir. Atası onkoloji xəstə olduğundan və maddi imkanı olmadığına görə həmin vaxt o, avtomobili öz adına keçirə bilməmişdir. O, etibarnamə müddətinin bitməsinə 2 ay qalmış avtomobili öz adına keçirtmək istəmiş, bu məqsədlə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Xaçmaz RQİİ və TBŞ-nə getmiş və orada ona etibarnamənin ləğv olunduğu məlum olmuşdur. Həmin avtomobil hazırda ondadır, cavabdeh ona pulu qaytardığı halda o, avtomobili cavabdehə qaytaracaqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X14 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı bacısının əridir. İddiaçı VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobili 2020-ci ilin dekabr ayında Cavabdeh 7930 manata etibarnamə əsasında satın almışdır. Cavabdeh həmin avtomobili X2 8800 manata satın almışdır. Sonradan avtomobilin sahibi X18 Aydəmirovun adına verilmiş etibarnaməni ləğv etdirmiş və məhkəmədə iddia qaldıraraq avtomobili iddiaçıdan tələb etmişdir. Qusar rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qanunsuz sahibliyindən və istifadəsindən alınıb X3 qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. İddiaçı avtomobilə görə Cavabdeh 7930 manat pul vermiş, hazırda iddiaçı həmin pulu tələb edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı onun qaynıdır. Sadulladan aldığı avtomobili, uşaqları Türkiyədə oxuduğuna görə satmaq istədiyini iddaçıya bildirmiş, iddiaçı da, həmin avtomobili özünün almaq istədiyini bildirmişdir. İddiaçı ona 1000 manat beh vermiş, qalan 6930 manatı sonradan vermişdir. O, həmin avtomobili Sadulladan 8800 manata almışdır. 1 il 5 ay istifadə etdikdən sonra həmin avtomobili iddiaçıya satmışdır. İddiaçının Sadullaya 10000 manat borcu vardır, Buna görə də Sadulla etibarnaməni ləğv etdirmiş və maşını tələb etmişdir. O, avtomobili iddiaçıya satanda öz adına keçirtməyi demiş, lakin iddiaçı bunu etməmiş, öz adına keçirtsəydi bunların heç biri baş verməzdi. Əgər iddiaçı pulu istəyirsə maşını qaytarmalıdır ki, o da maşını öz adına keçirdə bilsin. Belə ki, Vadimin günahından etibarnamə ləğv olunub, ona görə də, həmin şəxs avtomobilə dair Sadulladan onun adına etibarnamə alıb versin. Bundan sonra o, pulu qaytaracaqdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan ƏN-Vİİ 476591 saylı 22.12.2020-ci il tarixli “Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında etibarnamə”dən görünür ki, Cavabdeh X3 mülkiyyətində olan 2012-ci il tarixli VAZ21154 markalı 90NM205 dövlət qeydiyyatı nişanlı minik avtomobilini Sadulla Xidirovun adından sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətləri üzrə İddiaçı vermişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli 2(029)-715/2021 saylı qətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qanunsuz sahibliyindən və istifadəsindən alınıb X3 qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, VAZ-21154 minik markalı 90NM205 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X4 məxsusdur. Həmin avtomobil Sadulla Xidirov tərəfindən 17 sentyabr 2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh idarəçiliyinə verilmişdir. Bundan sonra həmin avtomobil Cavabdeh tərəfindən 22 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı idarəçiliyinə verilmişdir. X16 Aydəmirov və ya İddiaçı arasında həmin avtomobilin alqı-satqısına dair hər hansı müqavilə isə bağlanmamışdır. Sadulla Xidirov tərəfindən Cavabdeh adına verilmiş etibarnaməyə 16.07.2020-ci il tarixdə xitam verilmiş, nəticədə İddiaçı adına verilmiş etibarnamə də öz qüvvəsini itirmişdir. Bununla da, hal-hazırda Cavabdeh və İddiaçı həmin avtomobilə dair sahiblik və istifadə hüquqları qalmamış, avtomobil İddiaçı qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı avtomobili Cavabdeh 8000 manata satın aldığını bildirsə də, sonuncu isə həmin halı təsdiq etsə də, onların aralarında hər hansı etibarlı əqdin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Onların aralarında olan şifahi razılaşmanı isə məhkəmə əhəmiyyətsiz əqd kimi qəbul edir.” İşdə olan 23.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, VAZ-21154 minik markalı 90NM205 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə üçüncü şəxs X4 məxsusdur. Həmin avtomobil Sadulla Xidirov tərəfindən 17 sentyabr 2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh idarəçiliyinə verilmişdir. Bundan sonra həmin avtomobil Cavabdeh tərəfindən 22 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı idarəçiliyinə verilmişdir. İddiaçı aralarında olan şifahi razılığa əsasən avtomobilə görə Cavabdeh 7930 manat məbləğində pul vermiş, lakin həmin şəxslərin aralarında avtomobilin alqı-satqısına dair müvafiq müqavilə bağlanmamışdır. Bununla da, onların aralarında olan alqı-satqıya dair şifahi razılaşma heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqd olmuşdur. Qusar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21.10.2021-ci il tarixli 2(029)-715/2021 saylı qətnaməsinə əsasən VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınıb X4 qaytarılması qət edilmişdir. Belə olan halda, İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh verdiyi 7930 manat pulu geri tələb etmək hüququ, sonuncunun isə həmin pulu İddiaçı qaytarmaq öhdəliyi əmələ gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, İddiaçı iddia ərizəsində avtomobilə görə Cavabdeh 8000 manat məbləğində pul verdiyini göstərsə də, onun əslində həmin şəxsə 7930 manat məbləğində pul verdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 7930 (yeddi min doqquz yüz otuz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7930 (yeddi min doqquz yüz otuz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-99/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-99/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver