Məhkəmə qərarları › İş №2(030)-14/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-14/2024

31.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-14/2024 31.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pozulmuş əmək hüquqlarının bərpa edilməsinin, maddi ziyan olaraq 4000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi, xəsarət aldığına görə işləmədiyi üçün 2022-ci ilin may ayından noyabr ayınadək, 6 ay üzrə hər ay 600 manat olmaqla, cəmi 3600 manat məbləğində əmək haqqının, eləcə də 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 27 noyabr 2021-ci il tarixdən "xxxx" MMC-nin rəhbəri X7 tərəfindən işə qəbul edilərək qeyri-rəsmi fəhlə işləməyə başlamışdır. "xxxx" MMC Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev 98 ünvanında fəaliyyət göstərir. İşlədiyi müddətdə aylıq əmək haqqını əlbə-əl olaraq qəbul etmişdir. İşlərin görülməsi zamanı təhlükəsizlik normaları tətbiq edilmədən həyata keçirilmişdir. Cavabdeh tərəfindən işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmamış, nəticə etibarı ilə onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. 29 may 2022-ci il tarixdə iş zamanı baş vermiş qəza hadisəsi nəticəsində 3 metr yüksəklikdən yıxılaraq ağır xəsarət almışdır. Hadisədən sonra müayinə zamanı sol gicgah sümüyün pertozmastoid hissəsində köndələn xətti yerdəyişməmiş sınıqlar, sağ maxillar sinusunda xroniki sinusit və mukozal qalınlaşma aşkar olunmuşdur. Eləcə də, ağız nahiyyəsində dişləri sınmış, çənə nahiyyəsində əyilmə olmuşdur. Ailəlidir və iki övladı vardır. Ailəsini saxlamaq üçün işləmək məcburiyyətindədir. Lakin sağlamlıq işmkanları artıq buna imkan vermir. 29 may 2022-ci il tarixdən 2022-ci ilin noyabr ayınadək 6 ay müddətində müalicə almışdır. Bu günədək hələ də, müalicəsi davam etməsinə baxmayaraq sağlamlığında müəyyən problemlər vardır. Cavabdeh müəyyən dərman perapatlarının alınması üçün ona yalnız 1000 manat məbləğində yardım etmişdir. Halbuki, bugünədək müayinə və müalicəsi üçün 5000 manat məbləğində pul vəsaiti xərcləmişdir. İşəgötürənin məsuliyyətsizliyi nəticəsində aldığı xəsarətə görə öz vəsaiti hesabına çəkdiyi 4000 manat məbləğində xərc və aldığı xəsarət nəticəsində işləmədiyi 2022-ci ilin may ayından noyabr ayındaək, 6 ay üzrə hər ay 600 manat olmaqla, cəmi 3600 manat məbləğində əmək haqqı müəssisə tərəfindən ona ödənilməlidir. Dəfələrlə cavabdehdən əmək haqqını və çəkilmiş xərcin əvəzini tələb etsə də, cavabdeh bundan qəti imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh "xxxx" MMC-nin rəhbəri X7 məhkəməyə ərizə təqdim edərək iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin rəhbəri X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. Mikyaıl Quliyev günəmuzd fəhlə işləmişdir. İşindən asılı olaraq gündəlik 15-20 manat pul vermişdir. İddiaçının yıxılıb xəsarət aldığı ərazi "xxxx" MMC-yə aid ərazi deyildir. İddiaçının bütün məhkəmə xərclərini ödəmiş, iddiaçı ona qarşı hər hansı iddia və tələbi olmaması barədə notariat qaydada təsdiq edilmiş ərizə vermişdir. Hazırda iddiaçıda heç bir xəsarət yoxdur. İddia etdiyi kimi əmək qabiliyyətini də, itirməmişdir. Hal-hazırda iddiaçı başqa sahədə çalışır. İddia tələbi əsassız və qanunsuz olduğu üçün məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Bakı sağlamlıq mərkəzinin 27 may 2022-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1990-cıl il təvəllüdlü İddiaçı Kranio-serebal KT müayinəsindən keçmiş və ona “sol gicgah sümüyün pertroz-mastoid hissəsindəı köndələn xətti yerdəyişməmiş sınıqlar, sol gicgah nahiyyəsi perto-mastoid sümüyə paralel subdural nahiyyədə hava qabarsıqları və subdujral heçorragiya (d- 2mm)O, sağ maxillar sinusda xroniki sinusit və mulozal qalınlaşma” diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş 14 iyun 2022-ci il tarixli göndərişin, 01 iyun 2022-ci il tarixli, 03 iyun 2022-ci il tarixli və 14 iyun 2022-ci il tarixli resept blanklardan görünür ki, İddiaçı tərəfindən dərman pereparatları alınmışdır. İşə əlavə olunmuş Avrasiya Hospitalı tərəfindən verilmiş 16 iyul 2022-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü İddiaçı 16 iyul 2022-ci il tarixdə X2 KT müayinəsindən keçmişdir. İşə əlavə olunmuş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş 22 iyul 2022-ci il tarixli 8İ-6546 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-nin rəhbəri X7 tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. "xxxx" MMC-nin rəhbəri X4 qarşı heç bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də, olmayacaqdır. İşə əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 26 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma üzrə təyin eidlmiş məhkəmə-tibb ekspertizasının 757 saylı rəyinə əsasən, İddiaçı aşkar edilmiş xəsarət – açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah nahiyyəsindəı lövhə şəkilli subdural hematoma, pnevmosefaliyə - küt əşyanın təsirindən törənmişdir, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükləli olan, sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Araşdrıma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanıda yerləşən “ünvan 3dar Cəmiyyətinin ərazisinin 1050 kvadrat metr sahəsində icarə müqaviləsi əsasında fəaliyyət göstərən Cavabdeh Məhdudud Məsuliyyətli Cəmiyyətdə fəhlə işləyən İddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yıxılaraq xəsarət alması faktı ilə əlaqədar Nərimanov rayon prokurorluğunda aparılmış araşdırma zamanı İddiaçı xəsarət almasında heç kimin heç bir bir təqsiri olmadığı, onun fəhlə kimi işləyən zaman əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair təlimatlandırmaqla fərdi mühafizə vasitələri ilə təmin edilərək işə buraxılmasına baxmayaraq boya sobasının üstündən kaskanı götürmək məqsədi ilə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1, 10.2 bəndlərinin tələblərini pozaraq öz fərdi təhlükəsizliyini qorumayıb, mövcud qaydaların tələbələrinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivandan istifadə etməsi nəticəsində yıxılaraq xəsarət alması təsdiq edilmişdir. İddiaçı xəsarət alması faktı ilə əlaqədar toplanmış 372-c- 22 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. 372-c-22 nömrəli material üzrə "xxxx" MMC-nin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətaya dair icraatın başlanması rədd edilmişdir. 372-c-22 nömrəli material üzrə İddiaçı xəsarəti "xxxx" MMC-də işləyən zaman aldığı qəbul edilmiş və yazılmışdır. İşə əlavə olunmuş Bakı 4 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə 01 noyabr 2022-ci il tarixli 02192 nömrəli arayışdan görünür ki, İddiaçı əmək hüquqlarının təmin edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi tələbi üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf "xxxx" MMC-nin X7 25 oktyabr 2022-ci il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən cavabdehə 17 oktyabr 2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşə əlavə olunmuş Azərbaycan Tibb Universiteti X1 10 iyul 2023-cü il tarixli 319 saylı arayışından görünür ki, İddiaçı 27 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək Azərbaycan Tibb Universiteti X1 neyrocərrahiyyə şöbəsində müalicə almışdır. Bu müddət ərzində üst-çənə cərrahımım, həkim travmatoloqun, lor həkimin müayinələri olmuş, eləcə də digər müayinələrdən (beyin KT-si, ayaq darağı sümüklərinin rentgeni, laborotor analizlərdən) keçmişdir. Bu dövr ərzində klinikanın kassasına 696 manat ödəmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji X6 Hüquqi Şəxsi Məhkəmə-tibb ekspertizasının 13 noyabr 2023-cü il tarixli 467/MEŞ saylı rəyindən görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 26 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə təyin eidlmiş məhkəmə-tibb ekspertizasının 757 saylı rəyinə əsasən İddiaçı qeyd edilən xəsarətlər - açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah nahiyyəsindəı lövhəşəkilli subdural hematoma, pnevmosefaliya məhkəmə-tibbi meyarlara əsasən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edildiklərindən bu hal ümumi əmək qabiliyyətinin dayanıqlı (daimi) itirilmə faizinin təyini ilə qiymətləndirilmir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi və iddiaçı razılaşdıqlarını və iddiaçı heç bir şikayət və tələbinin olmaması barədə ərizə verdiyini bildirir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 27 noyabr 2021-ci il tarixdən "xxxx" MMC-nin rəhbəri X7 tərəfindən işə qəbul edilərək qeyri-rəsmi fəhlə işləməyə başlamış, işlədiyi dövrdə, yəni xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yıxılaraq xəsarət almışdır. Həmin fakt üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və 26 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, araşdırma üzrə təyin eidlmiş məhkəmə-tibb ekspertizasının 757 saylı rəyinə əsasən, İddiaçı aşkar edilmiş xəsarət – açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah nahiyyəsindəı lövhə şəkilli subdural hematoma, pnevmosefaliyə - küt əşyanın təsirindən törənmişdir, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükləli olan, sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Araşdrıma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanıda yerləşən “ünvan 3dar Cəmiyyətinin ərazisinin 1050 kvadrat metr sahəsində icarə müqaviləsi əsasında fəaliyyət göstərən Cavabdeh Məhdudud Məsuliyyətli Cəmiyyətdə fəhlə işləyən İddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yıxılaraq xəsarət alması faktı ilə əlaqədar Nərimanov rayon prokurorluğunda aparılmış araşdırma zamanı İddiaçı xəsarət almasında heç kimin heç bir bir təqsiri olmadığı, onun fəhlə kimi işləyən zaman əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair təlimatlandırmaqla fərdi mühafizə vasitələri ilə təmin edilərək işə buraxılmasına baxmayaraq boya sobasının üstündən kaskanı götürmək məqsədi ilə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1, 10.2 bəndlərinin tələblərini pozaraq öz fərdi təhlükəsizliyini qorumayıb, mövcud qaydaların tələbələrinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivandan istifadə etməsi nəticəsində yıxılaraq xəsarət alması təsdiq edilmişdir. İddiaçı xəsarət alması faktı ilə əlaqədar toplanmış 372-c- 22 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. 372-c-22 nömrəli material üzrə "xxxx" MMC-nin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətaya dair icraatın başlanması rədd edilmişdir. 372-c-22 nömrəli material üzrə İddiaçı xəsarəti "xxxx" MMC-də işləyən zaman aldığı qəbul edilmiş və yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilat tərəfindən işlərin görülməsi zamanı təhlükəsizlik normalarının tətbiq edilməməsi nəticəsində 29 may 2022-ci il tarixdə iş zamanı baş vermiş qəza hadisəsi nəticəsində 3 metr yüksəklikdən yıxılaraq ağır xəsarət aldığını qeyd etsə də, iş materialları, o cümlədən 26 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla İddiaçı aşkar edilmiş xəsarət – açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah nahiyyəsindəı lövhə şəkilli subdural hematoma, pnevmosefaliyə - küt əşyanın təsirindən törənməsi, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükləli olan, sağlamlığa ağır zərər vurmaya aid edilməsi, həmçinin ünvan 2 ünvanıda yerləşən “ünvan 3dar Cəmiyyətinin ərazisinin 1050 kvadrat metr sahəsində icarə müqaviləsi əsasında fəaliyyət göstərən Cavabdeh Məhdudud Məsuliyyətli Cəmiyyətdə fəhlə işləyən İddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yıxılaraq xəsarət alması zamanı İddiaçı xəsarət almasında heç kimin heç bir bir təqsiri olmadığı, onun fəhlə kimi işləyən zaman əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair təlimatlandırmaqla fərdi mühafizə vasitələri ilə təmin edilərək işə buraxılmasına baxmayaraq boya sobasının üstündən kaskanı götürmək məqsədi ilə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1, 10.2 bəndlərinin tələblərini pozaraq öz fərdi təhlükəsizliyini qorumayıb, mövcud qaydaların tələbələrinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivandan istifadə etməsi nəticəsində yıxılaraq xəsarət alması müəyyən edilmişdir. Qeyd edilən qərardan iddiaçı tərəfindən şikayət verilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi ərizənin surətindən görünür ki, həmin ərizədə cavabdeh müəssisənin rəhbəri tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh müəssisənin təqsiri ucbatından xəsarət almasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı onun pozulmuş əmək hüquqlarının bərpa edilməsinin, maddi ziyan olaraq 4000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi, xəsarət aldığına görə işləmədiyi üçün 2022-ci ilin may ayından noyabr ayınadək, 6 ay üzrə hər ay 600 manat olmaqla, cəmi 3600 manat məbləğində əmək haqqının, eləcə də 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar