Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-153/2025 09.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənzilinə elektrik enerjisinin verilməsinin dayandırlmasının Cavabdeh1 ASC-yə Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənzilinə elektrik enerjisinin verilməsinin dayandırlmasının Cavabdeh1 ASC-yə Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh3 ilə 30 aprel 2014-cü ildə el adəti ilə ailə qurmuş, aralarındakı nikahı 29 may 2014-cü ildə Gəncə “ASAN xidməti” mərkəzi Qeydiyyat şöbəsində 916 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahdan 17 aprel 2015-ci ildə İlkin və 21 sentyabr 2016-cı ildə Xədicə adlı iki uşaqları doğulmuşdur. 2018-ci ilin sentyabr ayının 11-də ayrılıb ayrı yaşamışlar. 24 yanvar 2024-cü ildə barışıb Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənilinə köçərək orada yaşamağa başlamış və həmin mənzilə pasport qeydiyyatına düşmüşlər. Cavabdeh3 ilə yenidən nikaha daxil olmaq üçün aidiyyəti orqana ərizə ilə müraciət etsələr də, sonradan cavabdeh bundan yayınmışdır. Barışıb bir yerdə yaşamağa başladıqları müddətdə o, alimentdən imtia etmiş və bu barədə ərizə vermişdir. 06 dekabr 2024-cü il tarixdə Cavabdeh3 onunla mübahisə edərək mənzili tərk edib getmiş və mənzilə verilən qaz və elektrik enerjisini dayandırmışdır. O, aidiyyəti qurumlara şikayət etdikdən sonra qaz və elektrik enerjisi bərpa edilmişdir. Yaşadıqları mənzil əvvəl Cavabdeh3 adına qeydə alnımış, sonradan həmin mənzil digər Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Cavabdeh2 ərizəsi əsasında da mənzilə qaz və elektrik enerjisinin verilməsi dayandırlmışdır. Halbuki, o yaşadığı müddətdə qaz və elektrik enerjisində istifadəyə görə ödənişlər etmişdir. Hazırda o, azyaşlı uşaqları ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Qaz və elektrik enerjisi olmadığı üçün çətinlik çəkir. Həmin mənzilə elektrik enerjisinin verilməsi dayandırılmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 əri, Cavabdeh3 isə oğludur. Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənzili əvvəl oğlu Turalın adına qeydə alınmış, sonra həmin mənzil əri Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin mənzilə elektrik enerjisinin verilməsi dayandırılmamışdır. İddiaçı uşaqları ilə birlikdə qeyd edilən mənzildə əsas olmadan yaşayır. Odur ki, iddia tələbi əsasız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 və X3 ilə olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 noyabr 2018-ci il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 2 saylı Gəncə “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 17 yanvar 2024-cü il tarixli 4Ə-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh2 ƏMDK-nin yanında DƏİDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 11 iyul 2023-cü il tarixli, **********13-05101- 093023 reeystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasən tam mülliyyət üzrə qeydə alınmış ünvan 1 ünvanında yerləşən, ümumui sahəsi 42,9 kv.metr mənzili hədiyyə alan Cavabdeh3 bağışlamışdır. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüuqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 yanvar 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101-093023 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumui sahəsi 42,9 kv.metr mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 16 fevral 2024-cü il tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və ******* nömrəli arayışlarından görünür ki, Cavabdeh3, X3, X6 və X1 şəhəri İ.Qayıbov küçəsi ev 31, mənzil 24-də qeydiyyatdadırlar. Məhkəmə iddiaçının, cavabdehlərin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, mənzillərə elektrik enerjisinin verilməsi və ya dayandırılması "xxxx" ASC tərəfindən həyata keçirilir. Odur ki, iddia tələbi Cavabdeh1 ASC-yə münasibətdə əsl cavabdehə qarşı yönəlməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin mənzildə daimi olaraq yaşamamışdır. Həmçinin mənzilin mülkiyyətçisi olmuş Cavabdeh3 ilə əvvəllər rəsmi nikahda olmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda mülkiyyətçinin ailə üzvü hesab edilmir. Digər Cavabdeh2 onun qayınatası olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.13-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır. 9.13.1-ci bəndinə görə istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 9.13.2-ci bəndinə görə, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 9.13.3-ci bəndinə əsasən, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 9.13.4-ci bəndinə görə, enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 9.13.5-ci bəndinə görə, məhkəmənin qərarı ilə; 9.13.6-cı bəndinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Mövcud qaydalardan göründüyü kimi istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasının bir çox hallarda mümkün edilmişdir. O, cümlədən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda elektrik enerjisinin verilməsinin dayandırılmalı olması imperativ qaydada müəyyən edilmişdir. Tərəflərin izahatından göründüyü kimi iddia ərizəsində göstərilmiş mənzilə hazırda elektrik enerjisi verilməkdədir. Elektrik enerjisinin verilməsinin mövcud qaydalara zidd qaydada dayandırılmış olması sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. elektrik enerjisinin verilməsinin dayandırılmasının Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-153/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-153/2025
09.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver