Məhkəmə qərarları › İş №2(030)-16/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-16/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-16/2023 26.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, o, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, özünə məxsus dörd otaqlı fərdi yaşayış evində yaşayır. Həmin evi mərhum X22la birgə nikah dövründə inşa etdirmişlər. Birgə nikahlarından altı uşağı anadan olmuşdur. İki övladı vəfat etmiş, üç qızı ailə quraraq başqa yaşayış yerinə köçmüş, bir oğlu isə Gəncə şəhərindən torpaq sahəsi alaraq ev inşa etdirmiş və hal-hazırada da orada yaşayır. X22 19 sentyabr 1990-cı ildə vəfat etmişdir. Hazırda o, qızı Qətibə Məmmədova ilə birlikdə qış aylarında Gəncə şəhərində, yay aylarında isə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayır. Cavabdeh onun doğma nəvəsi, qızı Mənzər Ələkbərovanın oğludur. Cavabdeh valideynləri ilə aralarında narazılıq olduğu üçün onun evində yaşamaq üçün icazə istəmiş, o, da nəvəsi olduğu üçün razılaşmışdır. Cavabdeh onun evində yaşamağa başladıqdan sonra özünü ev sahibi kimi aparmış, ona əziyyət vermiş, dava-dalaş salmış, ac-susuz qoymuş, ona baxmamışdır. Son üç ildə cavabdeh ona aqresiv davranmış, qızı Qətibəni evə buraxmamışdır. Yaşlı və xəstə olmasına baxmayaraq, cavabdeh onun səhhəti ilə maraqlanmamışdır. Cavabdeh onun pensiya kartını da əlində alaraq pul vəsaitini özü üçün xərcləmişdir. O, 13 iyul 2022-ci il tarixli etibarnamə ilə özünə məxsus bütün əmlakı qızı Qətibə Məmmədovaya vermişdir. Cavabdehlə bir yerdə yaşamaq istəmir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh onun evindən çıxmaqdan imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 İddiaçı ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X13 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun doğma anası, Cavabdeh isə bacısı oğludur. Ailədə 6 uşaq olmuşlar, iki bacısı vəfat etmişdir. X1 19 sentyabr 1990-cı ildə vəfat etmişdir. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və 40 kv.metr fərdi yaşayış evini atası ona vermişdir. Hazırda mübahisəli ev ona mülkiyyətindədir və evə dair 25 fevral 2005-ci il tarixli 33 inventar nömrəli “Texniki pasport” almışdır. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X14 arasında 04 fevral 1964-cü il tarixdə nikah bağlanmış və Daşkəsən şəhər VVAQ bürosunda nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 sentyabr 1990-cı ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən RİHB-nin Zağalı İƏDÜN-də ölüm haqqında akt qeydləri kitabında 20 sentyabr 1990-cı il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 25 fevral 2005-ci il tarixli 33 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu”nun surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi bütövlüklə X8 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin 28 iyul 2022-ci il tarixli 95 nömrəli arxiv çıxarışından görünür ki, Daşkəsən rayonu Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən 51 saylı təsərrüfatbaşına kitabının 486 nömrəli şəxsi hesabı ailə başçısı 01 iyul 1946-cı il təvəllüdlü İddiaçı adına Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsi və 40 kv.metr fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 27 fevral 2023-cü il tarixli 3-21-3-33/2-1696/2023 saylı məktubundan görünür ki, 1987-ci ildə aparılmış inventarlaşdırma zamanı 33 nömrə ilə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin X2 istifadəsində olduğu göstərilmişdir. Texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin sənədi üzrə 1000,0 kv.m, faktiki 2379,0 kv.m olduğu qeyd edilmişdir. Mülki arxiv qovluğunda Mamedov (Məmmədov) Ağamməd Hüseynqulu oğlunun vəsiyyətnamə üzrə vərəsəsinin X15 olduğu müəyyən edilsə də (vəsiyyətnamə qovluğa əlavə edilməmişdir), X6 adına tərtib edilmiş Texniki pasport aşkar edilməmişdir. Qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, mülki arxiv qovluğunda fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmə tərəflərin, etibarnamə üzrə nümayəndənin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işin faktik halları ilə müəyyən olunur ki, İddiaçı Hümbət qızı ilə X3 aralarındakı nikahı 04 fevral 1964-cü ildə Daşkəsən şəhər VVAQ bürosunda 15 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından altı uşağı anadan olmuşdur. İki övladı vəfat etmiş, üç qızı ailə quraraq başqa yaşayış yerinə köçmüş, oğlu cavabdeh X13 isə Gəncə şəhərindən yaşayır. Daşkəsən rayonu Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən 51 saylı təsərrüfatbaşına kitabının 486 nömrəli şəxsi hesabında ailə başçısı kimi 01 iyul 1946-cı il təvəllüdlü İddiaçı adına Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsi və 40 kv.metr fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçının əri X5 19 sentyabr 1990-cı ildə vəfat etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 25 fevral 2005-ci il tarixli 33 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu”na əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi bütövlüklə X8 adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı doğma nəvəsi, qızı Mənzər Ələkbərovanın oğludur. Cavabdeh valideynləri ilə aralarında narazılıq olduğu üçün iddiçının evində yaşamaq üçün icazə istəmiş, iddiaçı da nəvəsi olduğu üçün razılaşmışdır. İddiaçı qış aylarında Gəncə şəhərində qızı X4 yanında, yay aylarında isə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşamışdır. Buna baxmayaraq, Cavabdeh onları evə buraxmamışdır. Hazırda İddiaçı Hümbət qızı Cavabdeh ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. İş üzrə göründüyü kimi, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinə dair X8 adına Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 25 fevral 2005-ci il tarixli 33 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasport” işlənsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 27 fevral 2023-cü il tarixli 3-21-3-33/2-1696/2023 saylı məktubundan göründüyü kimi, X6 adına tərtib edilmiş Texniki pasportun aşkar edilmədiyi və qeyd edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi, mülki arxiv qovluğunda fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd aşkar edilmədiyi bildirilmişdir. Daşkəsən rayonu Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996- 2000-ci illəri əhatə edən 51 saylı təsərrüfatbaşına kitabının 486 nömrəli şəxsi hesabında ailə başçısı kimi 01 iyul 1946-cı il təvəllüdlü İddiaçı adına Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsi və 40 kv.metr fərdi yaşayış evi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, Daşkəsən rayonu Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən 51 saylı təsərrüfatbaşına kitabının 486 nömrəli şəxsi hesabında ailə başçısı kimi 01 iyul 1946-cı il təvəllüdlü İddiaçı adına Daşkəsən rayonu Xoşbulaq kəndində 0,10 ha torpaq sahəsi və 40 kv.metr fərdi yaşayış evi qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı nəvəsi olsa da, onun qeyd edilən evə dair heç bir hüququ yoxdur. Digər cavabdeh Elman Məmmədov qeyd edilən evə dair öz adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 25 fevral 2005-ci il tarixli 33 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasport” alsa da, qeyd edilən Texniki Pasport Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Mülki arxiv qovluğunda aşkarlanmamış, qeyd edilən fərdi yaşayış evinin daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmiş, mülki arxiv qovluğunda fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X8 qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququ yaranmamışdır. İddiaçı isə mübahisəli evə dair təsərrüfatbaşına kitabda qeyd olunmuş və gözlənilən mülkiyyət hüququ olmaqla qanunla qorunan hüquqları vardır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar