Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-176/2024 26.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayon İcra Hakimiyyətinə qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Daşkəsən rayon İcra Hakimiyyətinin təsiri altında verdiyi xx.xx.2023-cü i tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız edilməklə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamının (əmrinin) qanunsuz və əsassız olduğu üçün ləğv edib, onu əvvəlki işinə (dövlət qulluğuna) bərpa edilməsi və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, cavabdeh Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2023-cü il tarixli 81 saylı sərəncamı (əmri) ilə tutduğu vəzifədən azad edilmişdir. Əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun barəsində vətəndaş şikayəti daxil olan kimi, həmin şikayət ərizəsi araşdırılmadan Daşkəsən rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev onu otağına çağıraraq öz ərizəsi ilə işdən çıxmasını tələb etmiş, əks halda onu ləkələyərək çıxaracağını bildirmişdir. Başçı ona 24 iyun 2023-cü ildə bir ərizə yazdırmış, sonra isə 04 iyul 2023-cü il tarixli ikinci ərizəni də, yazmasını tələb etmişdir. O, başçının təsiri altında qeyd edilən ərizələri yazmışdır. Ərizədə guya iş yerinin yaşayış yerinə uzaq olmasını əsas gətirməklə işdən könüllü çıxmaq istədiyini bildirməklə işdən azad olunmasını xahiş etmişdir. O, 2016-cı ildə işə qəbul olunandan işdən çıxarıldığı günə qədər Gəncə şəhərində yaşamış və hər gün işə gəlib-getmiş, heç vaxt problem olmamışdır. Onun işdən azad edilməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş əmək hüququnun kobud şəkildə pozulması deməkdir. İşəgötürən tərəfindən onun qanunsuz işdən çıxmağı nəticəsində ona vurduğu ziyana görə məsuliyyət daşıyır. Ona görə də, onun qanunsuz işdən çıxarılmasına görə məsuliyyət daşıyan təşkilat ona vurduğu ziyanı ödəməlidir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Daşkəsən rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib sübutlara hüquqi qiymət verib, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-bəndində qeyd edilir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İş materiallarından görünür ki, İddiaçı dövlət qulluqçusu olmuş və hazırda qaldırdığı iddia inzibati orqana olan Daşkəsən rayon İcra Hakimiyyətinə qarşıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Daşkəsən rayon İcra Hakimiyyətinə qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-176/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-176/2024
26.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver