Məhkəmə qərarları › İş №2(030)-179/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-179/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-179/2024 14.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, onun xx xxxx 1988-ci ildə Ermənistan SSR Amasiya rayonunda anadan olması haqqında doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X8 ərizənin məzmunun uyğun izahatında göstərmişdir ki, Ərizəçi onun qızıdır. O, X9 ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Qızı Ərizəçi xx xxxx 1988-ci ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuşdur. Ərizəçi adına Ermənistan SSR, Amasiya rayonu VVAQ şöbəsində doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə əlaqədar 1989-cu ilin yanvar ayında ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan ailəsi ilə birlikdə Daşkəsən rayonu Quşçu kəndində məskunlaşmışlar. Qızı Ərizəçi Daşkəsən rayonu Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbdə təhsil almışdır. X4 30 oktyabr 2019-cu ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Qızının adına olmuş doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Sənədləşmə işləri ilə bağlı doğum haqqında şəhadsətnaməyə ehtiyac yaranmışdır. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ilkin doğum haqqında akt qeydi Ermənistan SSR Amasiya rayonu VVAQ şöbəsi tərəfindən aparıldığı və məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, qanunvericilikdə nəzərdə tutulduğu kimi doğum akt qeydinin məhkəmə qaydasında müəyyən edilməsinə zəruri ehtiyac yaranmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı qızıdır. X1 ilə X9 1987-ci ildə Ermənistan SSR Amasiya rayonunun Daşkörpü kəndində faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx xxxx 1988-ci ildə Aysel adlı bir qızları doğulmuşdur. Məlum hadisələrlə əlaqədar 1989-cu ilin yanvar ayında bütün bacı və qardaşları ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan valideynləri ilə birlikdə Daşkəsən rayonu Quşçu kəndində məskunlaşmışlar. X9 30 oktyabr 2019-cu ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı qızıdır. X1 ilə X9 1987-ci ildə Ermənistan SSR Amasiya rayonunun Daşkörpü kəndində faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx xxxx 1988-ci ildə Aysel adlı bir qızları doğulmuşdur. O, hərbi xidmətdə olduğuna görə 1988-ci ilin dekabr ayının 25-də məzuniyyətə gəlmiş, məlum hadisələrlə əlaqədar 1989-cu ilin yanvar ayında bütün bacı və qardaşlarının ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonu Quşçu kəndində məskunlaşmışlar. X9 30 oktyabr 2019-cu ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1988ci ildə Ermənistan SSR Amasiya rayonunda doğulmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu inzibati ətrazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş Vİ СЛ№ 308422 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1988-ci ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuşdur. X2, anası X5r. İşə əlavə olunmuş 10 iyul 2004-cü il tarixli Əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1988-ci ildə anadan olmuş Əmirova X12 rayonu Ə.İsmayılov adına Quşçu kənd orta məktəbdə oxumuş və 2004-cü ildə əsas təhsili bitirmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 30 oktyabr 2019cu ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında 07 noyabr 2019-cu ildə 151 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin 22 noyabr 2023-cü il tarixli 5-42-14/2-350/2023 saylı arayışından görünür ki, Əmirova X12 rayonu Quşçu kəndində yaşayır. İşə əlavə olunmuş Maraqlı şəxs 24 noyabr 2023-cü il tarixli 3-16-5/8-Ə-69-440/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”in 13 və 14-cü bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və kosulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin 14 fevral 2024-cü il tarixli 5-42-14/2-02/2024 saylı arayışından görünür ki, Ərizəçi uzun müddətdir ki, Daşkəsən rayonu Quşçu kəndində pasport qeydiyyatındadır. Hal-hazırda nümayəndəliyin ərazisində yaşamır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin 14 fevral 2024-cü il tarixli 3-48-13RA/1- 4/2024 saylı məktubundan görünür ki, Ərizəçi barəsində Daşkəsən rayon Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühafizə olunan 1990-2000-ci illəri əhatə edən təsərrüfatbaşına kitabları yoxlanılmış və Daşkəsən rayon Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının 130 nömrəli şəxsi hesabı X6 adına qeydiyyata alınmış, ailə üzvüləri xx.xx.1953-cü il təvəllüdlü X11, 1940-ci il təvəllüdlü X9, 1915-ci il təvəllüdlü X13, xx.xx.1964-cü il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1989-cu il təvəllüdlü X15 və xx.xx.1990-cı il təvəllüdlü X7r. İşə əlavə olunmuş fərdi uçot kartoçkasının surətindən görünür ki, xx xxxx 1988-ci ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş Əmirova X12 rayonu Quşçu kəndində qeydiyyatdadır. X2, anası X5r. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları və işə əlavə edilmiş sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx xxxx 1988-ci ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuşdur. X2, X8 olmuşdur. Ərizəçinin X2 ilə X8 1987-ci ildə faktiki nikah münasibətləri əsasında Ermənistan SSR Amasya rayonu Daşkörpü kəndində ailə qurmuşlar. Məlum hadisələrlə əlaqədar 1989-cu ilin yanvar ayında Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonu Quşçu kəndində məskunlaşmışlar. Əmirova X12 rayonu Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəbdə təhsil almış, 2004-cü ildə məktəbi bitirmişdir. Ərizəçi X2 30 oktyabr 2019-cu ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirdiyi üçün ərizəçi təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ilkin doğum haqqında akt qeydi Ermənistan SSR Amasiya rayonu VVAQ şöbəsi tərəfindən aparıldığı və məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi qeyri-mümkün olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, sənədin məhkəmədənkənar bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə görə, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarının İİ hissəsinin 16-cı bəndində əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1988-ci ildə Ermənistan SSR Amasiya rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilməli, Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1988 (iyirmi iki mart bir min doqquz yüz səksən səkkizinci) il, doğulduğu yer Ermənistan SSR Amasiya rayonu, X2 ilə anası X8 yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi xx xxxx 1988-ci ildə Ermənistan SSR Amasiya rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1988 (iyirmi iki mart bir min doqquz yüz səksən səkkizinci) il, doğulduğu yer Ermənistan SSR Amasiya rayonu, X2, anası X8 yazılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar