Məhkəmə qərarları › İş №2(030)-2/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-2/2023

12.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-2/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Əli оğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus mənzilin ətrafına tikilmiş qanunsuz tikililərin sökülüb götürülməsi və mənzilə olan havalanmanın təbii işıqlanmanın qarşısının alınması üçün olan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona məxsus mənzilin ətrafına tikilmiş qanunsuz tikililərin sökülüb götürülməsi və mənzilə olan havalanmanın təbii işıqlanmanın qarşısının alınması üçün olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 1997-ci il tarixli 121 nömrəli sərəncamına əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzili onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Daşkəsən rayon X5 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən həmin mənzil tam mülkiyyət hüququ ilə onun adına qeydiyyat alınaraq, 14 oktyabr 1997-ci il tarixli 2-472 reyetsr nömrəli, 471 inventar nömrəli Qeydiyyat vəsiqəsi və Texniki pasport verilmişdir. Cavabdeh onun qonşusudur. O, İ.Qayıbov küçəsi 5 saylı binanın 2-ci, cavabdehi isə ondan alt mərtəbdə yaşayır. Cavabdeh binaın arxa tərəfindən mənzilinin pəncərəsinin qarşı tərəfindən binaya bitişik böyük ölçüdə tikili tikdirmiş, tikilinin tavanı hündür olduğu üçün onun pəncərəsinə kimi çatmışdır. Həmin tikili mənzilinin təbii havalandırılmasının və işıqlandırılmasının qarşısını almışdır. Ona görə də, bütün tikilini sökülməsini tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzili X12 məxsus olmuşdur. Gəncə şəhər Notarial kontorunun 02 may 2005-ci il tarixli 305 nömrəli alqı-satqı müaviləsinə əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilini atası X3 almışdır. Həmin vaxt mənzil yan hissəsində 3,0 x 7,0 metr ölçüdə və ön tərəfində 5,5 x 13,0 metr ölçüdə tikinti işlərinin aparılaraq artırma edilmişdir. Alqı-satqıdan sonra mənzilə dair, X4nun adına Azərbaycan Respublikası Daşkəsən rayon X5 və mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 may 2005-ci il tarixli, 3-406 reyestr nömrəli, 407 inventar nömrəli Qeydiyyat vəsiqəsi və 06 may 2005-ci il tarixli, 407 inventar nömrəli, 3-406 qeydiyyat nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasport alınmışdır. Sonradan iddiaçı artırmanın onun maneə yaratdığını bəhanə edərək mübahisə yaratmışdır. İnşa edilmiş tikili tikinti normalarına uyğun aparılmışdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayon X5 və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14 oktyabr 1997-ci il tarixli, 2-471 reyestr nömrəli, 471 inventar nömrəli Qeydiyyat vəsiqəsinin və 14 oktyabr 1997-ci il tarixli, 471 inventar nömrəli, 2-471 qeydiyyat nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon X16 Rəyasət Heyətinin 22 mart 1995-ci il tarixli 18 saylı iclas protokolundan Çıxarışın surətindən görünür ki, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının şəhər nümayəndəsinin 11 mart 1995-ci il tarixli 23 saylı vəsadətini, rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin 15 mart 1995-ci il tarixli 12 saylı məktubunu və vətəndaş X10 ərizəsini nəzərə alaraq ona yaşadığı mənzilin şəraitinin yaxşılaşdırmaq məqsədi ilə artırma tikintisi üçün icazə verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyətinin tikinti vıə memarlkıq şöbəsinin 15 mart 1995-ci il tarixli 12 saylı məktubundan görünür ki, X10 yaşadığı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilin yan hissəsindəın 8,0 x 3,0 metr ölçüdə və mənzilin arxa hissəsindən 8,0 x 2,2 metr ölçüdə artırma aparılmasına icazə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayon X5 və mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 may 2005-ci il tarixli, 3-406 reyestr nömrəli, 407 inventar nömrəli Qeydiyyat vəsiqəsinin və 06 may 2005-ci il tarixli, 407 inventar nömrəli, 3-406 qeydiyyat nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzili tam mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. Xüsusi qeydlər: Gəncə şəhər notarial kontorunun xx.xx.2005-ci il tarixli 305 nömrəli alqı-satqı müqaviləsi. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli 10/7002 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşkəsən rayon X5 və mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasport sənədində Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzili 1980-ci ildə tikilmiş, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşməklə yaşayış otağı və köməkçi tikililərdən ibarət olmaqla yaşayış otaqlarının sahəsi 31,35 kv.m, köməkçi otaqların sahəsi 29,11 kv.m təşkil edir. Tədqiq olunan mənzil betondan inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Mənzil giriş pilləkən meydançasındadır. Azərbaycan Respublikası Dövlət Tikinti və Atrxitektura Komitəsinin Baş X5 və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Texniki Pasport sənədində öz əksini tapmış 10 və 11 saylı tikililərin damına ağac konstruksiyalardan yığılaraq quraşdırılmış dam örtüyünün İddiaçı məxsus mənzilin eyvan tikilisinin döşəməsindən 0,30 metr hündütrlükdə olduğu müəyyən edilmişdir. Daşkəsən şəhər XDS İK-sı tərəfindən X18öluna məxsus Daşkəsən şəhəri İ.Qayıbov küçəsində yerləşən 5 saylı evin 12 saylı mənzilin yan hissəsində 3,0 x 7,0 m etr ölçüdə və mənzilin ön tərəfindən 5,5 x 13,0 metr ölçüdə artırma tikintisinə icazə verilməsinə dair 27 fevral 1989-cu il tarixli 2 nömrəli qərar verilmişdir. Daşkəsən şəhər XDS İK-sı tərəfindən 27 fevral 1989-cu il tarixli 2 nömrəli qərar əsasında aprılmış əlavə tikinti işləri Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-i il tarixdı verilmiş Texniki Pasport əsasında öz əksini tapdığını və eləcə də, həmin texniki pasportda qeydə alınmış tikililərdən əlavə hər hansı bir tikinti işlərinin aparılmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Daşkəsən rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 may 2002-ci il tarixli, 3-406 reyestr nömrəli, 407 inventar nömrəli Qeydiyyat Vəsiqəsinə və 06 may 2005-ci il tarixli, 407 inventar nömrəli, 3-406 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna əsasən X8 adına qeydə alınmış Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilində əlavə tikitni işlərinin aparılmadığı müəyyən edilmişdir. X11 məxsus Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilinin yan hissəsində 3,0 x 7,0 metr ölçüdə və mənzilin ön tərəfində 5,5 x 13,0 metr ölçüdə tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış tikinti işlərinin Daşkəsən şəhər XDS İK-sı tərəfindən 27 fevral 1989-cu il tarixli 2 nömrəli qərar əsasında aprıldığını və həmin tikililərin 06 may 2005-ci il tarixli, 407 inventar nömrəli, 3-406 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin Texniki Pasportunda qeydə alındığını nəzərə alaraq, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilinə bitişik aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilinə bitişik tikili ümumilikdə binanın təhlükəsizliyi üçün və ayrılıqda iddiaçı X7 hər hansı maneə yaradıb-yaratmaması müvafiq qurumların tikinti konstruktoru cəlb edilməklə müəyyən edilə bilər. İşə əlavə edilmiş 19 may 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin böyük eksperti Elmar Səidov, Daşkəsən Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı Fəhmin Məmmədov, Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi v.m.i.e İlkin Bayramov və Daşkəsən Rayon Məhkəməsinin iclas katibi Pərviz Maçanovun iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-02/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı əsasında İddiaçı yaşadığı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzilində yaranmış çatlarla əlaqədar ekpertizanın keçirilməsi üçün həmin mənzilə baxış keçirilməsinə İddiaçı tərəıfindən şərait yaradılmadı. Ona görə də, həmin mənzilə baxış keçirilməsi mümkün olmadı. Aktın doğruluğu Elman Səidovun, Fəhmin Məmmədovun, İlkin Bayramovun və Pərviz Maçanovun imzaları ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/2047 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi narədə məlumatdan görünür ki, 2(030)-02/2023 nömrəli müelki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərdən mümkün olmamışdır: Qəradadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023cü il tarixdə vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İ.Qayıəbov küçəsində yerləşən 12 və 15 saylı tikililərə baxış keçirilməsi üçün ünvana gəlmiş, 12 saylı tikiliyə baxış keçirilməsinə baxmayaraq, 15 saylı mənzilə iddiaçı tərəfindən baxış keçirilməsinə icazə verilməmişdir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 arasında 10 dekabr 1991-ci il tarixdə nikah bağlanmış və bu barədə Daşkəsən rayonu VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 111 nömrəli qeyd edilmişdir. Nikahdan sonra arvada “Sadıqova” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxxxxxx 1993-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. X4, anası X6r. Bu barədə Daşkəsən rayonu VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 28 sentyabr 1993cü il tarixdə 254 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 19 aprel 2007-ci ildə ölmüşdür. Bu barədə Daşkəsən rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 20 aprel 2007-ci ildə 28 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş 21 fevbral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları, işə əlavə edilmiş sənədlərlə olunmuşdur ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 1997-ci il tarixli 121 nömrəli sərəncamına əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzili İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Daşkəsən rayon X5 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən həmin mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyat alınaraq, 14 oktyabr 1997-ci il tarixli 2-472 reyetsr nömrəli, 471 inventar nömrəli Qeydiyyat vəsiqəsi və Texniki pasport verilmişdir. Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzili isə X12 məxsus olmuşdur. Daşkəsən rayon X16 Rəyasət Heyətinin 22 mart 1995-ci il tarixli 18 saylı iclas protokolundan Çıxarışına əsasən Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının şəhər nümayəndəsinin 11 mart 1995ci il tarixli 23 saylı vəsadətini, rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin 15 mart 1995-ci il tarixli 12 saylı məktubunu və vətəndaş X10 ərizəsini nəzərə alaraq ona yaşadığı mənzilin şəraitinin yaxşılaşdırmaq məqsədi ilə artırma tikintisi üçün icazə verilmişdir. Gəncə şəhər notarial kontorundan bağlanmış 02 may 2005-ci il tarixli 305 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzilini X1. Azərbaycan Respublikası Daşkəsən rayon X5 və mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 may 2005-ci il tarixli, 3-406 reyestr nömrəli, 407 inventar nömrəli Qeydiyyat vəsiqəsinin və 06 may 2005-ci il tarixli, 407 inventar nömrəli, 3- 406 qeydiyyat nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 12 saylı mənzili tam mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. Aparılmış tikinti işləri Daşkəsən şəhər XDS İKsı tərəfindən 27 fevral 1989-cu il tarixli 2 nömrəli qərar əsasında aparılmış və həmin tikililərin 06 may 2005-ci il tarixli, 407 inventar nömrəli, 3-406 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin Texniki Pasportunda qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli 10/7002 nömrəli ekspert rəyi ndən görünüdüyü kimi, Daşkəsən şəhər XDS İK-sı tərəfindən X11 məxsus Daşkəsən şəhəri İ.Qayıbov küçəsində yerləşən 5 saylı evin 12 saylı mənzilin yan hissəsində 3,0 x 7,0 m etr ölçüdə və mənzilin ön tərəfindən 5,5 x 13,0 metr ölçüdə artırma tikintisinə icazə verilməsiknə dair 27 fevral 1989-cu il tarixli 2 nömrəli qərar verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Atrxitektura Komitəsinin Baş X5 və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Texniki Pasport sənədində öz əksini tapmış 10 və 11 saylı tikililərin damına ağac konstruksiyalardan yığılaraq quraşdırılmış dam örtüyünün İddiaçı məxsus mənzilin eyvan tikilisinin döşəməsindən 0,30 metr hündürlükdə olduğu müəyyən edilmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, ocümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Həmin məcəllənin 24.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsini təqdim edir. Həmin məcəllənin 27.1-ci maddəsinə əsasən, nbu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin məcəllənin 27.5-ci maddəsinə əsasən, Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin mçəcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş üzrə göründüyü kimi, mübahisəli tikili 1995-ci illərdə Daşkəsən şəhər XDS İK-sı tərəfindən 27 fevral 1989-cu il tarixli 2 nömrəli qərarına əsasən inşa edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Tikinti və Atrxitektura Komitəsinin Baş X5 və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Texniki Pasport sənədində öz əksini tapmış 10 və 11 saylı tikililərin damına ağac konstruksiyalardan yığılaraq quraşdırılmış dam örtüyünün İddiaçı məxsus mənzilin eyvan tikilisinin döşəməsindən 0,30 metr hündürlükdə inşa edilmişdir ki, bununla da, həmin hissədə idduaçının hüquqlarını pozmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi bina 5, 12 saylı evdə aparılmış və iddiaçıya məxsus 15 saylı evin döşəməsindən 0,30 metr hündürlükdə inşa edilmiş Texniki Pasport sənədində öz əksini tapmış 10 və 11 saylı tikililərin damına ağac konstruksiyalardan yığılaraq quraşdırılmış dam örtüyü sökülməlidir. İddia tələbi qalan hissədə təsdiqini tapmadığı üçün təmin edilməməlidir. Məhkəmə ekspertiza xərci olaraq 50 manat məbləğin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutulub Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Ekspertizanın növü: Məhkəmə tikinti-texniki, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: Ekspertiza xərci 3, SAP (XİİS) hesabı, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinədarlıq Agentliyi, Kodu: 21005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab : AZ34CTRE******************** nömrəli hesaba keçirilməli, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı isə Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi bina 5, 12 saylı evdə aparılmış və İddiaçı məxsus Daşkəsən şəhəri İ.Qayıbov küçəsi bina 5, 15 saylı evin döşəməsindən 0,30 metr hündürlükdə inşa edilmiş Texniki Pasport sənədində öz əksini tapmış 10 və 11 saylı tikililərin damına ağac konstruksiyalardan yığılaraq quraşdırılmış dam örtüyü sökülsün. Məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğin 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh tutulub Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Ekspertizanın növü: Məhkəmə tikinti-texniki, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: Ekspertiza xərci 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinədarlıq Agentliyi, Kodu: 21005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab : AZ34CTRE******************** nömrəli hesaba keçirilsin, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı isə Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar