Məhkəmə qərarları › İş №2(030)-201/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-201/2023

12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-201/2023 12.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi vərəsəliyin qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2022-ci il tarixdə vəfat etmiş mərhum anası X6 ölümündən sonra vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə tələbi müdafiə edib izahatında göstərmişdir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyunl 1997-ci il tarixli 7 saylı qərarına əsasən X6 mülkiyyətinə Daşkəsən rayonu Zağalı kəndi ərazisindən 0,07 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı Ərizəçiı adına qeydiyyata alınmışdır. X12 30 yanvar 2022-ci ildə vəfat etmişdir. Mərhumun Ərizəçi başqa övladı yoxdur. Şövkət Mustafayevanın vəfatından sonra qeyd edilən torpaq sahəsindən istifadə etməklə vərəsəliyi şəksiz qəbul etmişdir. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşkəsəın rayon Dövlət Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 1960-cı ildə Daşkəsən rayonu Zağalı kəndində anadan olmuşdur. X3, anası X8r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsindəı 07 dekabr 1977-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş JN-0057 (kod ********) saylı Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 7 saylı qərarına əsasən Daşkəsən rayonu Zağalı kənd sakini X6 mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X12 30 yanvar 2002-ci ildə vəfat etmişdir. Bu barədə Daşkəsənm rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 30 yanvar 2002-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2 (030)–402/2014 saylı qərardadından görünür ki, həmin qərardadla Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” mülki işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanmışdır. Belə ki, işə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısımım Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2014-cü il tarixli 726 saylı arayışındanb göründüyü kimi, Ərizəçi anası X12 30 yanvar 2002-ci ildə v əfat etmişdir. Mərhum X2 Məhəmməd Dəmir oğlu ilə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. X11 ailə üzvüləri qızları X15 və Ərizəçi Məhənnəd qızı olmuşdur. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 04 mart 2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə Daşkəsənm rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 10 mart 2023-cü il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Ərizəçi mərhum anası X6 ondan başqa övladı olmadığını bildirsə də, göründüyü kimi, X15 da mərhum Şövkət Mustafayevanın qızı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X1 qanun üzrə torpaq pay tələbi hüququna malik olan digər vərəsələrin razılığı olmadığından Ərizəçi ərizəsinə baxıla bilməz Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Ərizəçi tərəfindən 24 fevral 2023-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizçəyiə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi vərəsəliyin qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçi iddia icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar