Məhkəmə qərarları › İş №2(030)-211/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-211/2024

13.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-211/2024 13.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işlədiyi kollektevdə və şagirdlər yanında işgüzər nüfuzuna xələl gətirib onu işdən azad etmək üçün barəsində qərəzli töhmətlər və xəbərdərliq verilməsinin, dərsinin vakanta verilməsinins qanuna zidd olduğunun müdaftəsi, maddi və mənəvi ziyana görə 3500 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, barəsində verilmiş 24.10.202ü3-cü il tarixli 47 nömrəli əmri və xx.xx.2023-cü il tarixli 50 nömrəli töhmətlərin qərəzli olduğu üçün ləğv edilməsi, dərsinin qeyri qanuni vakanta çıxarılması və ona vurduqları maddi və mənəvi ziyana görə 3500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası birinci qrup hərbi olmaqla onun himayəsindədir. Özü isə anədəngəlmə urək qusuru əlildir və Kəlbəcər rayonundan məcburi köçkündür. 2009-cu ildən müəllim işləyir heç bar xəbərdarlıq və töhmət almamışdır. Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbnin sabiq direktoru Cavabdeh1 və direktor müavini Cavabdeh2 tapşırıqla qərəzli olaraq qeyri qanuni onun barəsində töhmətlər və buraxlış sinfi 9 sinif jurnalının arxasına tövsiyyə yerinə gəlməyən uşağa qayıb yazdığı üçün ona xəbərdərləq yazmışlar. Dərsini isə qərəzli şəkildə (müəssisələrdə müəllimlərə təlabatın müəyyənləşdirilməsi) yəni 2.2-yə zidd olaraq vakanda çıxarmaları haqqında dətələrlə Gəncə Dəşkəsən regional təhsil İdarəsinə, Dəşkəsən rayon təhsil sektoruna müraciətlər etmiş, lakin heç bir tədbir görülməmiş, cavab olaraq sektor müdiri Еlmir Cəfərov onu qəbul etmədiyini bildirərək, hara gedirsən get istədiyin yerə yaz demişdir. O, isə 5 dəfə Bakı şəhərində qəbullarda olmuşdur. Gəncə Dəşkəsən regional təhsil idarəsi və tabeliyində olan müəssələrin əksəri Dövtət qanunlarına tabe deyil, elə bil Qanunlar bunlara tabedir. Məhkəmə prosesində olan yeri vakanda çıxarırlar, Ali Məhkəmə qərərı ilə xx.xx.2023 cü il tarixində işə bərpa olunan işçini yerinə təyin etmirlər. xx.xx.2023-cu il tarixdə yerinə başqa işçi götürmüşlər. xx.xx.2023-cü il tarixində Ali Məhkəmənin qərarın icra edirlər. Elə bil bu balaca məktəb təcrübə məntəqəsidir son bir ildə 7 direktor göndərib dəyişiblər.Tabellərdən göründüyü kimi gəlməyən işçilərə 100 faizlə əmək haqqı verirlər, Dövlət sənədini cırıb yerinə ksera çıxarıb yapışdırırlar, pedoqoji şura kitabına səhv yazırlar, Nazirliyə göndərilmiş dərs bölgüsü ilə məktəb əmr kitabındakı bölgü və sinif jurnalında dərs bölgüsü sinif jurnalının yazılması hamısı dа, səhvdir. Məktəbin sabiq direktonu Cavabdeh1 sınaq müddətində onun işgüzar nifuzuna xələl gətirərək istəməyi bərəsində verilmiş qərəzli töhmətlər və buraxlış sinif olan 9 sinif jurnalının arxasına tovsiyə yerinə yazılmış qərəzli xəbərdarlıq, dərsinin qeyri qanuni vakanda çıxarmaları, vəzifə səlahiyyətlərindən istifadə etmələri nəticəsində, jurnalları, Əmr kitabını, Pedaqofi şura kitabını səhv yazmaları xx.xx.2023-cü ildə işdən çıxan xx.xx.2023 cü il tarixində əmr kitabında onun barəsində töhmət verməsi və bu kimi qanun pozuntularına yol verdiyi üçün ona maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 ünvanını qeyd etməmişdir. Həmçinin iddia tələbi qeyri-müəyyən olduğundan iddiaçıya xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsində qeyd edilən nöqsanların aradan qaldırlması üçün müddət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsində yol verilmiş işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları təyin olunan müddətdə aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işlədiyi kollektevdə və şagirdlər yanında işgüzər nüfuzuna xələl gətirib onu işdən azad etmək üçün barəsində qərəzli töhmətlər və xəbərdərliq verilməsinin, dərsinin vakanta verilməsinin, qanuna zidd olduğunun müdaftəsi, maddi və mənəvi ziyana görə 3500 manat pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar