Məhkəmə qərarları › İş №2(030)-22/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-22/2023

26.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-22/2023 26.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Daşkəsən rayonu Zağalı kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN 0080 seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə ona verilmiş torpaq sahəsindən çıxarılması və cavabdeh tərfindən torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı 06 oktyabr 1959-cu ildə Daşkəsən rayonu Zağalı kəndində anadan olmuşdur. Həmin vaxtdan hal-hazıra kimi Zağalı kəndində yaşayır. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 7 saylı qərarı ilə İddiaçı, X2, X8 və X5 ümumi paylı mülkiyyətinə 2,12 ha torpaq sahəsi ayrılmış və “Torpağa mülkiyyət hüququna dair” JN 0080 seriyalı KOD 50605018 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin təbii ot örtüyündən hər il iddiaçı öz mal-qarası üçün quru yem tədarük etmişdir. Lakin torpaq sahəsinin bir hissəsi 10 ilə yaxın müddətdir ki, Zağalı kənd sakini Cavabdeh tərəfindən zəbt olunmuş, cavabdeh torpaq sahəsinin otunu biçərək mənimsəmiş, nəticədə iddiaçıya küllü miqdarda ziyan vurulmuşdur. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsindən çıxamasını tələb etsə də, bundan imtina etmişdir. İddiaçı ona və ailə üzvülərinə məxsus olan mülkdən sərbəst istifadə edə və həmin mülk üzərində ayrıca heç bir sərəncam verə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 15 iyun 1947-ci ildə Daşkəsən rayonu Zağalı kəndində anadan olmuş və həmin vaxtdan hal-hazıra kimi həmin kənddə yaşayır. Zağalı kəndində ona məxsus torpaq sahəsi və fərdi yaşayış evi vardır. İddiaçı ilə həmkəndli və qonşudurlar. Torpaq sahələri qonşu ərazidə yerləşir. Daşkəsən rayon Aqrara İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətinə Zağalı kəndi ərazisindən 11,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. 30 ilə yaxındır ki, mübahisəli torpaq sahəsindən istifadə edir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və heç bir müdaxilə etməmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-060B Seriyalı KOD 50605018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrara İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakini İddiaçı mülkiyyətinə Zağalı kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakini İddiaçı, X2, X8 və X5 ümumi paylı mülkiyyətinə Zağalı kəndi ərazisindən 2,12 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-058C Seriyalı KOD 50605018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrara İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakinlər Cavabdeh, X9, X12, X7, X6 və X4 mülkiyyətinə Zağalı kəndi ərazisindən 11,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 18 aprel 2023-cü il tarixli 3-21-3-33/2-3416/2023 saylı mütəxəssis rəyindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən mübahisəli 0,58 ha torpaq sahəsi naturada müəyyən edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktında göstərilən torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-058C Seriyalı KOD 50605018 olan Şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmür. Mübahiəsli 0,58 ha torpaq sahəsinin 0,31 ha hissəsi “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı və ailə üzvülərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 0,27 ha hissəsi isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-058C Seriyalı KOD 50605018 olan Şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvülərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşir. Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı və ailə üzvülərinin xüsusi mülkiyyətlərində olan 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,31 ha hisəssi, Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir. İşə əlavə edilmiş 29 avqust 2022-ci il tarixloi ********* mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-060B Seriyalı KOD 50605018 olan Şəhadətnaməyə əsasən Daşkəsən rayon Aqrara İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakini İddiaçı mülkiyyətinə Zağalı kəndi ərazisindən 0,12 ha həyətyanı və “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktına əsasən Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakini İddiaçı, X2, X8 və X5 ümumi paylı mülkiyyətinə Zağalı kəndi ərazisindən 2,12 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin təbii ot örtüyündən hər il iddiaçı öz mal-qarası üçün quru yem tədarük etmişdir. Uzun müddətdir ki, torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə davam edir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-058C Seriyalı KOD 50605018 olan Şəhadətnaməyə əsasən Daşkəsən rayon Aqrara İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakinlər Cavabdeh, X9, X12, X7, X6 və X4 mülkiyyətinə Zağalı kəndi ərazisindən 11,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mütəxəssis tərəfindən Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən mübahisəli 0,58 ha torpaq sahəsi naturada müəyyən edilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktında göstərilən torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-058C Seriyalı KOD 50605018 olan Şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmədiyi, mübahisəli 0,58 ha torpaq sahəsinin 0,31 ha hissəsi “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı və ailə üzvülərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 0,27 ha hissəsi isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-058C Seriyalı KOD 50605018 olan Şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvülərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi, “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı və ailə üzvülərinin xüsusi mülkiyyətlərində olan 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,31 ha hisəssinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən olunmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İş üzrə göründüy kimi, “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı, X2, X8 və X5 ümumi paylı mülkiyyətinə Daşkəsən rayonu Zağalı kəndi ərazisindən verilmiş 2,12 ha pay torpaq sahəsinin 0,31 ha hisəssinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı, X2, X8 və X5 ümumi paylı mülkiyyətinə Daşkəsən rayonu Zağalı kəndi ərazisindən verilmiş 2,12 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,31 ha torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 14,60 manatı cavabdehə, 85,40 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0080 Seriyalı KOD 50605018 olan Dövlət Aktı ilə İddiaçı, X2, X8 və X5 ümumi paylı mülkiyyətinə Daşkəsən rayonu Zağalı kəndi ərazisindən verilmiş 2,12 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,31 ha torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manat 60 (altmış) qəpik məbləği Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat 40 (qırx) qəpik məbləği İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar