Məhkəmə qərarları › İş №2(030)-239/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-239/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-239/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, onun 05 aprel 1961-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olması haqqında doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahatında göstərmişdir ki, o, 05 aprel 1961-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olmuşdur. X4, anası X5 olmuşdur. X4 ilə anası X5 1960-cı ildə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları, yəni o və bacısı X19 anadan olmuşdur. Onun və bacısının adına Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. X4 ilə anası X5 arlarında nikahı 05 fevral 1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qedyi ilə qeydə aldırmışlar. O, 1968-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Kiçik Məzrə kəndində 10 illik orta təhsil almışdır. X9 ilə aralarındkaı nikahı 25 iyun 1983-cü ildə Daşkəsən rayonu VVAQ şöbəsində 58 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 27 iyun 1984-cü ildə X10 və 21 dekabr 1985-ci ildə X16 anadan olmuşdur. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar valideynləri Basarkeçər rayonu Çaxırlı kəndində yerləşən evlərini X7 məxsus olmuş, Daşkəsən rayonu Kəmərqaya (keçmiş Şarukar) kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə dəyişmişlər. Bununla bağlı X4 ilə X14 arasında 24 mart 1989-cu il tarixli 140/35 nömrəli icazə və 26 mart 1989-cu il tarixli müqavilə bağlanmışdır. Bundan sonra valideynləri Ermənistan Respublikasından köçüb Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşmış, bu kənddə yaşayış yeri üzrə qeydiyyata düşüb vəfat edənədək orada yaşamışlar. X4 21 iyun 1998-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Onun adına 1961-ci ildə doğum haqqında şəhadətnamə yazılıb verilsə də, sonra naməlum səbəbdən doğum haqqında şəhadətnaməsi itmişdir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin təkrar şəhadətnamə ala bilməmiş, doğum haqqında qeyd sənədləri Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetliyində olduğundan doğum qeydi barədə rəsmi məlumat əldə etməsi mümkün olmamışdır. Ona görə də, qanunvericilikdə nəzərdə tutulduğu kimi doğum akt qeydinin məhkəmə qaydasında müəyyən edilməsinə zəruri ehtiyac yaranmışdır. Qeyd edilən faktın məhkəmədə kənar qaydada müəyyən edilməsi qeyri-mümkün olduğu üçün, yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X20 ifadəsində göstərmişdir ki, Ərizəçi onun mərhum qardaşı X6 arvadıdır. Ərizəçi 05 aprel 1961-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olmuşdur. Ərizəçi ilə X9 aralarındkaı nikahı 25 iyun 1983cü ildə Daşkəsən rayonu VVAQ şöbəsində 58 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 27 iyun 1984-cü ildə X10 və 21 dekabr 1985-ci ildə X16 anadan olmuşdur. Ərizəçi X4, anası X5 olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdmişdir ki, 01 noyabr 1957-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olmuşdur. Ərizəçi ilə eyni kəndə yaşamış, qonşu olmuş, eyni məktəbdə oxumuşlar. Ərizəçi 05 aprel 1961-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olmuşdur. X4, anası X5 olmuşdur. Ərizəçi onun qaynı X9 aralarındkaı nikahı 25 iyun 1983-cü ildə Daşkəsən rayonu VVAQ şöbəsində 58 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. İşə əlavə olunmuş Nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X2 arasında 05 fevral 1934-cü il tarixdə nikah bağlanmış və Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 01 mart 1966-cı ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd anadan olmuşdur. X4, anası X3r. Bu barədə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 04 mart 1966-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 75011623 nömrəli Komsomol biletinin surətindən görünür ki, 1964ci ilin aprel ayında anadan olmuş Ərizəçi 31 mart 1983-cü ildə Ermənistan SSR Vardenis rayon komsomol komitəsinə üzvülüyə qəbul edilmişdir. İşə əlavə edilmiş Orta Təhsil haqqında 02 iyul 1979-cu il tarixli AB 534592 №-li attestatın surətindən görünür ki, Ərizəçi Ermənistan SSR Vardenis rayonu Kiçik Məzrə kənd qiyabi orta məktəbində təhsil almış və 1979-cü ildə həmin məktəbi bitirmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, 21 yanvar 1955-ci il təvəllüdlü X9 ilə 05 aprel 1961-ci il təvəllüdlü Ərizəçi arasında 25 iyun 1983-cü il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində 58 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 27 iyun 1984-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 iyul 1984-cü il tarixdə 181 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 21 dekabr 1985-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 17 yanvar 1986-cı il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01 iyun 1998-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən RİHB-nin Kəmərqaya kənd İƏDÜN-də ölüm haqqında akt qeydləri kitanbında 21 iyun 1998-ci il tarixdə 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşə əlavə olunmuş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 mart 2007-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən RİHB-nin Kəmərqaya kənd İƏDÜN-də ölüm haqqında akt qeydləri kitanbında 03 mart 2007-ci il tarixdə 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşə əlavə olunmuş Maraqlı şəxs 21 fevral 2023-cü il tarixli 3-165/8-A-xx-xx/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa Qaydası”nın 13 və 14-cü müddəlarına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə veerənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və kosulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə ərizəçinin izahatını və şahidlər ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları və işə əlavə edilmiş sənədlərlə müəyyən olundu ki, Ərizəçi 05 aprel 1961-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olmuşdur. X4, anası X5 olmuşdur. X12 ilə X5 1960-cı ildə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 05 aprel 1961-ci ildə Ərizəçi və 01 mart 1966-cı ildə X19 anadan olmuşdur. Onların adına Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin X4 ilə anası X5 arlarında nikahı 05 fevral 1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qedyi ilə qeydə aldırmışlar. Ərizəçi Ermənistan SSR Vardenis rayonu Kiçik Məzrə kənd orta məktəbində təhsil almış və 1979-cü ildə həmin məktəbdə10 illik orta təhsil almışdır. Ərizəçi X9 ilə aralarındkaı nikahı 25 iyun 1983-cü ildə Daşkəsən rayonu VVAQ şöbəsində 58 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 27 iyun 1984-cü ildə X10 və 21 dekabr 1985-ci ildə X16 anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirdiyi üçün ərizəçi təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ilkin doğum haqqında akt qeydi Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd soveti tərəfindən aparıldığı və məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi qeyri-mümkün olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, sənədin məhkəmədənkənar bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə görə, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarının İİ hissəsinin 16-cı bəndində əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 05 aprel 1961-ci ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilməli, Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1961 (beş aprel bir min doqquz yüz altmış birinci) il, doğulduğu yer Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kəndi, X4 ilə anası X5, valideyinlərinin milliyyəti azərbaycanlı yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi 05 aprel 1961-ci ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi 21xx.xx.1961 (beş aprel bir min doqquz yüz altmış birinci) il, doğulduğu yer Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kəndi, X4 ilə anası X5, valideyinlərinin milliyyəti azərbaycanlı yazılsın. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar