Məhkəmə qərarları › İş №2(030)-247/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-247/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-247/2025 01.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçı Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, 12 iyun 2024-cü ildə Daşkəsən rayonu Çovdar kəndindəı bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib göstərdi ki, X2 ilə 2023-cü ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 12 iyun 2024-cü ildə Vəfadar adlı bir uşaqları doğulmuşdur. Aralarındakı nikahı 18 dekabr 2024-cü ildə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1397 nömrəli akt qeydi ilə qeyd etdirmişlər. Doğum vaxtı xəstəxanaya gedərkən uşaq yolda doğulmuşdur. Lakin savadsızlıqdan və səhlənkarlıqdan uşağın doğulması barədə tibbi sənəd almamışlar. Hazırda uşaq sağ-salamat olmaqla onunla birlikdə Daşkəsən rayonu Çovdar kəndində yaşayır. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq ərizə ilə müraciət etmiş, Qeydiyyat şöbəsi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 2.5.3-cü müddəasına əsasən tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi izah olunmuş, doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Qeyd edilən faktın isə məhkəmədənkənar qaydada həll edilməsi mümkün deyildir. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Ərizəçi 2023-cü ildə X2 ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 12 iyun 2024-cü ildə Vəfadar adlı bir uşaqları doğulmuşdur. Mehparəni xəstəxanaya aparan zaman uşaq yolda doğulmuşdur. Hazırda uşaq sağ-salamat olmaqla valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X2 əmisi nəvəsidir. X2 ilə Ərizəçi 2023-cü ildə ailə qurmuşlar. Mehparəni doğum vaxtı onun maşını ilə xəstəxanaya aparan zaman uşaq yolda doğulmuşdur. Afiq ilə Mehparənin 12 iyun 2024-cü ildə Vəfadar adlı bir oğlan uşaqları doğulmuşdur. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X1 arasında 18 dekabr 2024-cü il tarixdə bağlanmış nikah 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1397 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Nağıyeva” soyadı verilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 28 dekabr 2024-cü il 3-16-5/8-69-611/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 2.5.3-cü müddəasına əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi əsasında doğum qeydə alına bilər. Həmin qərarın 2.6-cı müddəasına əsasən isə tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməsi, doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, Ərizəçi ilə X2 ilə 2023-cü ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 12 iyun 2024-cü ildə bir uşaqları doğulmuşdur. Tərəflər aralarındakı nikahı 18 dekabr 2024-cü ildə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1397 nömrəli akt qeydi ilə qeyd etdirmişlər. Ərizəçi doğum vaxtı xəstəxanaya getməmiş, uşaq ev şəraitində dünyaya gəlmişdir. Uşaq ev şəraitində doğulduğu üçün, uşağın doğulması barədə tibbi sənəd alınmamışdır. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq ərizə ilə müraciət etmiş, Qeydiyyat şöbəsi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 2.5.3-cü müddəasına əsasən tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi izah olunmuş, doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideyinləri kimi qeyd olunurlar. Qanunvericilik uşağın doğulmasını təsdiq edən tibbi sənəd olmadıqda doğum faktının da məhkəmə qaydasında müəyyən olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideyinlər öz aralarında nigahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarl əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təstiq edən sənədlər, nigah haqqında şəhadətnamə və uşaq tibbi müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışında ərizəçinin izahatı, şahidlərin ifadələri və digər sübutlarla Ərizəçi 12 iyun 2024-cü il tarixdə Daşkəsən rayonu Çovdar kəndində bir oğlan uşağının doğulması faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2024 (on iki iyun iki min iyirmi dördüncü) il tarixdə Daşkəsən rayonu Çovdar kəndində bir oğlan uşağının doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideyinləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 12 iyun 2024-cü il tarixdə Daşkəsən rayonu Çovdar kəndində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar