Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-250/2025 24.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsi barədə Ərizəçı Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, Daşkəsən rayonu Təzəkənd kəndində 01 iyul 1934-cü ildə anadan olmuş X2nın doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahatında göstərmişdir ki, o, xx xxxx 1960-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuşdur. X1, X2 olmuşdur. X2 01 iyul 1934-cü ildə Daşkəsən rayonu Təzəkənd kəndinə doğulmuş və 14 yanvar 2020-ci ildə Daşkəsən rayonunda vəfat etmişdir. Anasının vəfatından sonra miras əmlaka vərəsəlik hüququ əldə etmək üçün aidiyyəti orqana müraciət etdikdə anasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. X2 01 iyul 1934-cü ildə anadan olsa da, hal-hazırda onun doğumu haqqında heç bir sənəd yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə ona Maraqlı şəxs arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” itirilmiş qeydiyyat-informasiya sistemində mərhum anası barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən anası Süqrə Əsgərovanın 01 iyul 1934-cü ildə doğulması barədə arayış verilmişdir. Hazırda qeyd edilən faktın məhkəmədən kənar qaydada həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1960-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuşdur. X1, X2dır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitablında 27 fevral 1979-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 30 iyul 2024-cü il tarixli 5/470 nömrəli arayışının surətindən görünür ki, X8 06 yanvar 2020-ci ildə Daşkəsən rayonu Təzəkənd kəndində ölmüşdür. Bu barədə 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 14 yanvar 2020-ci ildə 07 № ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 04 avqust 2024-cü il tarixli 05/09İS/069400-24 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyya informasiya sistemində 04 avqust 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 01 iyul 1934-cü ildə Daşkəsən rayonu Təzəkən kəndinə doğulmuş X3 06 yanvar 2020-ci ildə, əri - 01 yanvar 1905-ci ildə doğulmuş X5 22 sentyabr 1995-ci ildə vəfat etməsi, qızı – Ərizəçi xx xxxx 1960-cı ildə doğulduğu aşkar edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 26 dekabr 2024-cü il tarixli 3-16-5/8-69-298/2024 nömrəli məktubundan görünür ki, X3 ərizəsinə müvafiq olaraq Daşkəsən rayon İHB-nın Qabaqtəpə İƏDÜN Qeydiyyat şöbəsinin arxiv kitablarında, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” itirilmiş qeydiyyat-informasiya sistemində mərhum atası barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci tarixli 52 saylı qərarının “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələti tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən əriçəçinin ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin məhkəmə baxışında Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X8 xx.xx.1934-cü ildə Daşkəsən rayonu Təzəkənd kəndində anadan olmuşdur. Nəzərə alaraq ki, həmin məlumatı ərizəçi ala bilmir. Lakin, bu məlumat məhkəmə qətnaməsində göstərilməklə doğum faktının təsdiq edilməsi üçün yetərlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Beləliklə, işin məhkəmə baxışında X3 01 iyul 1934-cü ildə Daşkəsən rayonu Təzəkənd kəndində doğulması faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 01 iyul 1934-cü ildə Daşkəsən rayonu Təzəkənd kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideyinləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 01 iyul 1934-cü ildə Daşkəsən rayonu Təzəkənd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-250/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-250/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver