Məhkəmə qərarları › İş №2(030)-309/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-309/2024

15.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-309/2024 15.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinni “c” bəndi ilə həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsindən işdən azad edilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 091 saylı əmr qanunsuz və əsassız olduğunbdan ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunmaqla iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinni “c” bəndi ilə həmin məktəbdə müəllim vəzifəsindən azad edilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 37 nömrəli əmrin ləğv edilməsi, müəllim kimi işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bidirdi ki, o, xx xxxxxxxx 1981-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuşdurşdur. Hal-hazırda Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 36 saylı mənzilində yaşayır. 1999-cu ildə Gəncə Məişət Xidməti Kollecinin “Ümumtəhsil məktəblərində ingili dili müəllimi” fakultəsinə daxil olub, 2002-ci ildə həmin kollecin tam kursunu bitirmiş, 05 iyul 2002-ci il tarixdə AB-İİ 077517 nömrəli diplom almışdır. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedoqogiyası və metodikası” fakültəsinin “ibtidai sinif müəllimi” ixtisasına daxil olaraq yenidən hazırlanma təhsilinin tam kursunu 2004-cü ildə bitirib 20 iyul 2004-cü il tarixdə diplom almışdır. 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə ingilis-dili müəllimi işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə 2010-cu ilin sentyabr ayında Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifsinə təyin edilmişdir. Bir müddət ibtidai sinif müəllimi işləsə də, sonradan siniflər birləşdiyi üçün ona aralıq dərsləri verilmiş və 2022-ci ilə kimi işləmişdir. 2022-2023-cü tədris ilində isə o, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbində həm ibtidai, həm də ingilis-dili müəllimi işləmişdir. İbtidai sinif müəllim kimi müəllimlərin sertifikatlaşma imtahanından keçə bilməmiş, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmrlə təkrar sertifikatlaşmadan keçməmiş hesab edilərək ibtidai sinif müəllimliyindən azad edilmişdir. O, ingili-dili müəllimi kimi müəllimlərin sertifikatlaşma imtahanına çağrılmadığı üçün sertifikatlaşmada işitrak etməmişdir. İşə bərpa olunması ilə əlaqədar olaraq dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoruna müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 01 aprel 2015-ci il tarixdən hal-hazıradək Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı ondan əvvəl 2007-ci ildə həmin məktəbdə ingilis dili müəllim vəzifəsinə qəbul edilmişdir. 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə ingilis-dili müəllimi işləmişdir. Sonradan iddiaçı məktəbdə həm ibtidai sinif müəllim kimi işləmiş, eyni zamanda 5 saat ingilis dili fənini tədris etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin sertifikasiyası keçirlmiş, iddiaçı da xx.xx.2023-cü il tarixdə keçirilmiş sertifikatlaşmada iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrə əsasən Əliyeva X1 rayon Qazaxyolçular kənd tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 37 nömrəli əmr ilə təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. İşə əlavə edilmiş 23 dekabr 2004-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 15 sentyabr 2007-ci il tarixli 26 nömrəli əmri ilə Əliyeva X1 rayon Təhsil şöbəsinin müdrinin göstərişinə əsasən ixtisası üzrə Daşkəsən rayon Qazaxyolçular kənd orta məktəbinə müəllim təyin edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli 42 nömrəli əmrdən görünür ki, 2022-2023-cü tədris ilində Qazaxyolçular kənd tam orta məktəbində müəllimlərin dərs yükünə əsasən İddiaçı İ-İİİ siniflərdə 1 saat, İİ-İV siniflərdə - 1 saat ingilis dili, İ sinifdə 3 saat indilis dili, cəmi 5 saat ingilis dili tədris etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 4.1 və 5.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaqraq əmr edirəm, 1. 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin siyahısı təsdiq edilsin. 2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın: 2.1 təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. 2.2 yaranmış vakant yerlər barədə məlumatları Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin müvafiq alt sisteminə daxil edilməsini təmin etsinlər. 2.3 təkrar sertifikatlaşmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkil məqsədilə komissiyaların yaradılmasını təmin etsinlər. 2.4 1 ay müddətində görülmüş tədbirlər barədə Elm və Təhsil Nazirliyinə məlumat verilməsini təmin etsinlər. İşə əlavə edilmiş Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəb üzrə 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmrdən görünür ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında Qazaxyolçular kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Əsas: olaraq 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri göstərilmişdir. İşə əlavə edilmiş 23 dekabr 2004-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaradıcılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balı toplamaya bilməyən İddiaçı məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 1999-cu ildə Gəncə Məişət Xidməti Kollecinin “Ümumtəhsil məktəblərində ingili dili müəllimi” fakultəsinə daxil olub, 2002-ci ildə həmin kollecin tam kursunu bitirmiş, 05 iyul 2002-ci il tarixdə AB-İİ 077517 nömrəli diplom almışdır. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedoqogiyası və metodikası” fakültəsinin “ibtidai sinif müəllimi” ixtisasına daxil olaraq yenidən hazırlanma təhsilinin tam kursunu 2004-cü ildə bitirib 20 iyul 2004-cü il tarixdə YB 006667 nömrəli diplom almışdır. 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə ingilis-dili müəllimi işləmişdir. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 15 sentyabr 2007-ci il tarixli 26 nömrəli əmri ilə Əliyeva X1 rayon Təhsil şöbəsinin müdirinin göstərişinə əsasən ixtisası üzrə Daşkəsən rayon Qazaxyolçular kənd orta məktəbinə müəllim təyin edilmişdir. İddiaçı 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə ingilis-dili müəllimi, 2010- 2013-cü ilədək həm ibtidai sinif müəllim işləmiş, eyni zamanda 5 saat ingilis dili fənnini tədris etmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşmadan iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaradıcılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balı toplamaya bilməyən İddiaçı məktəbin ibtidai sinif müəllimi kimi təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hazırda iddiaçı Əliyeva X1 rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinni “c” bəndi ilə həmin məktəbdə müəllim vəzifəsindən azad edilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 37 nömrəli əmrin ləğv edilməsi, müəllim kimi işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 67-2-ci maddəsinin 4-cü bəndunə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.1-ci bəndinə əsasən, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Həmin Qaydanın 5.2-ci bəndinə görə, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.4-ci bəndinə görə, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Yuxarıda qeyd edildiyi kimi Əliyeva X1 rayonu Qazaxyolçular kənd tam orta məktəbinə müəllim qəbul edilmiş, işlədiyi müddət ərzində o, həm ibtidai sinif müəllimi, həm də ingilis dili müəllimi kimi əmək fəaliyyəti göstərmişdir. Yetərli keçid balı toplaya bilməyən İddiaçı ibtidai sinif müəllimi kimi təkrar sertifikatlaşmadan keçə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi sertifikatlaşmada iştirak ibdidai sinif müəllimliyi ilə bağlı olduğundan bununla bağlı uğur qazanmamaq həmin tədrisə aiddir. Buna baxmayaraq işəgötürən əmək müqaviləsini bütünlüklə ləğv etməklə müəllimi ingilis dili fənnini tədris etmək hüququndan da məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmri İddiaçı ingilis dili müəllimi kimi işdən azad olunmasına aid hissədə ləğv edilsin. Əliyeva X1 rayon Qazaxyolçular kənd tam orta məktəbinə ingilis-dili müəllimi işinə bərpa olunsun. İngilsi dili fənninin tədrisi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar