Məhkəmə qərarları › İş №2(030)-32/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-32/2023

17.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-32/2023 17.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətilərində olan Daşkəsən şəhəri Tofiq İsmayılov küçəsi 21 saylı evin 36 saylı mənzilinin ona məxsus olan ½ (iki də bir) hissəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətilərində olan Daşkəsən şəhəri Tofiq İsmayılov küçəsi 21 saylı evin 36 saylı mənzilinin ona məxsus olan ½ (iki də bir) hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında razılığa gəldikləri üçün iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında razılığa gəldikləri üçün işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Ppossesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh ilə aralarında razılığa gəldikləri üçün iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı ilə aralarında razılığa gəldikləri üçün işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İsmayılova X1 iddia ərizəsinin baxılmamış saxlanılıb sənədlərin qaytarılması barədə ərizə verdiyinə görə ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən 21 sentyabr 2022-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətilərində olan Daşkəsən şəhəri Tofiq İsmayılov küçəsi 21 saylı evin 36 saylı mənzilinin ona məxsus olan ½ (iki də bir) hissəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar