Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-324/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Daşkəsən Rayonu İcra Hakimiyyəti, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsnin bağlanmış hesab edilməsi tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Daşkəsən Rayonu İcra Hakimiyyəti, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddisa ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh2 adına qeydə alınmış, hazırda onun və ailə üzvülərinin istifadəsində olan Daşkəsən şəhəri Ş.İ.Xətai küçəsi 4 saylı evin 5 saylı 2 otaqlı mənzilinə dair Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsnin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi və qeyd olunan mülkün onun adına dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçıların iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, Cavabdeh2 17 may 2005-ci ildə vəfat etmişdir və onun ölümü 18 may 2005-ci il tarixdə 17 nömrəli aktla Tovuz rayonu Bozalqanlı icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyına alınmışdır. Həmçinin, Cavabdeh2 əri X1 28 fevral 1996-cı ildə vəfat etmişdir və onun ölümü 01 mart 1996-cı il tarixdə 7 nömrəli aktla Daşkəsən RQŞ tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş üzrə göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 17 may 2005-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən həyatda olmayan şəxsə qarşı məhkəmədə iddia qaldırıla bilməz. Mülkiyyətçinin hüquqi varisi müəyyən edildikdən sonra, müvafiq qaydada hüquqi varisin yaşayış yeri üzrə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263, 264 və 267-ci maddələrinin rəhbər tutaraq , QƏRARAALDİ: İddiaçı cavabdehlər Daşkəsən Rayonu İcra Hakimiyyəti, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsnin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırkı qərardadla birlikdə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-324/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-324/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver